Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində “neqativ hal” axtarışına çıxan “Azadlıq Radiosu” növbəti dəfə saxta məlumat tirajlayıb.

“Neqativ hal” axtarmaq sahəsində xüsusi təlim keçmiş “Azadlıq Radiosu”nun repartyorları səsvermə günü "neqativ" tapmadıqda saxta məlumat yaratmaq metodu ilə onu uydurmaq qərarına gəliblər.

Belə materialların təhlili göstərir ki, “neqativ”lər ya xüsusi teatrlaşdırılmış formada, ya da gizli üsul və vasitələrdən istfadə edilərək hazırlanmışdır.

Məsələn, çəkiliş aparıldığı dairə və məntəqə dəqiq bilinməyən və daha da təbii alınsın deyə əlində bel tutmuş şəxsi “yüzbaşı” kimi təqdim edirlər.

Bu səhnəciyin ardınca isə üzü görsənməyən kişi “müsahibə” verir. Əslində həmin müsahibədə də qanundankənar, hər hansı hüquqpozma hal qeydə alınmır. Radionun "həmsöhbəti" deyir ki, biz insanları təşviq edirik ki, seçkiyə gəlsinlər. Avtobuslar təşkil olunmuşdu, seçiciləri bir neçə dəfə məktəbdə təşkil olunan seçki məntəqəsinə aparıblar".   

Bu, hal “Azadlıq Radiosu”nun seçki prosesində gizli üsul və vasitələrdən istifadə etməklə hazırladığı növbəti videodur. Bir daha xatırladırıq ki, gizli üsul və vasitələrdən istifadə etməklə məlumat yaymaq Azərbaycan Respublikasının “Media haqqında” Qanunun maddələrini pozmaqla yanaşı, ifadə azadlığını öz qoruması altına almış Avropa İnsan Hüquqları Bəyannaməsinin 10-cu maddəsi ilə ziddiyyət təşkil edir.

Nəticə:

- Bu material radionun gizli üsul və vasitələrdən istifadə etməklə hazırladığı növbəti reportajdır.

- Amerika vətəndaşlarının vergisi hesabına fəaliyyət göstərən “Azadlıq Radiosu” Amerika Konqresinə saxta məlumatlarla dolu səhnəciklər göndərmək üçün Azərbaycan qanunlarını, beynəlxalq hüquq və normaları pozur.