REGNUM İnformasiya Agentliyinin baş redaktoru Modest Kolerovun sosial şəbəkələrdə fikirləri yayılıb. İddia olunur ki, Kolerov erməni tarixi və siyasəti haqqında ifşaedici fikirlər söyləyib. Halbuki Modest Kolerov hər zaman Anti-Azərbaycan mövqeyi ilə seçilib, erməni yanlısıdır. Məqalədə qeyd olunur: “Ermənilərin cəfəng iddialarını oxuyarkən heyrətlənirsən və bu millətin uzunqulaq inadkarlığına baxmayaraq, onların Qafqaza ilk gəlişinə dair təkzibedilməz faktları görməyə bilmirsən. XVIII əsrdə rus əsgər və çinovniklərinin sayəsində indi onlar ölkəyə və paytaxta sahibdirlər. Onlar Suriya səhralarında yaşayarkən döyülmüş əti üzüm yarpaqlarına bükə bilməzdilər. Çünki orada nə döyülmüş ət, nə də üzüm yarpağı vardı. Amma əvəzində səhrada dəvə peyini bol idi. Onlar bu peyini qurudaraq yemək bişirilməsində istifadə edirdilər. Ermənilər XX əsrin 70-ci illərində İrəvandakı Sərdar sarayını dağıtdılar ki, yaddaşlardan müsəlman izini itirsinlər. Xalqın tarixini ədəbi əsərlər müəyyən edir. Ermənilərdə isə bu, ümumiyyətlə yoxdur. Onların mətbəxində isə ancaq türk sözləridir, hətta yeməklərin adlarını belə dəyişməyiblər - lülə kabab, basdırma, bozbaş, dolma, kabab, düşbərə, piti. Soyadları da türk mənşəlidir ki, bunu da heç vaxt gizlədə bilməyiblər. Tarixi mənbələrdə İrəvan şəhərinin yaşının 500 ildən çox olmadığı göstərilir. Tarix isə heç bir erməni imperiyası tanımır. Xaçatur Abovyana qədər onların bircə yazıçısı da olmayıb, O isə XIX əsrdə peyda olub.
Onların yalançı liderləri millətin beyninə yeridiblər ki, dünyanın ən qədim, ən ağıllı xalqıdırlar. Amma öz sərhədlərini qorumağı ruslardan xahiş edirlər. Bu xalq, hətta “Nairit” zavodunu da idarə etmək qabiliyyətinə malik deyil. Bunu da ruslardan xahiş edirlər. Orada nə varsa hamısı rusların adı ilə bağlıdır və ruslara məxsusdur. Əlyazmalar yanmır! Bunu ermənilərə daim xatırlatmaq lazımdır ki, bəşəriyyəti özlərinə güldürməsinlər. İrəvanın hazırkı görkəmi ölgün paytaxt təəssüratı yaradır. Təəssüf ki, daim özlərinin xüsusi millət olduqlarını qabardanlar son 20 ildə şəhərə paytaxt görkəmi verməyə müvəffəq ola bilməyiblər. Şəhər dağıdıldı və boşaldıldı. Mən sizə ora getməyi məsləhət görmürəm ki, problemlərdən uzaq olasınız”.
Faktyoxla Lab. Regnum-un baş redaktorunun belə bir fikir səsləndirib-səsləndirmədiyini araşdırıb.
Təəssüf ki, sosial şəbəkələrin Azərbaycan seqmentində kütləvi şəkildə paylaşılan bu fikirlərin mənbəyini tapmaq mümkün olmadı. Yəni Kolerovun bu fikirləri harada, hansı platformada yaydığı məlum deyil. Hətta bu məqaləni yayan 1905.az/ saytında da mücərrəd “sosial şəbəkə”-yə istinad edilib. Bu yazı isə 2017-ci ildə dərc olunub. Azərbaycan sosial şəbəkə istifadəçiləri isə daha çox 2020-ci il noyabr ayında bu mənbəyə istinad ediblər.
Əslində bu, dezinformasiyadır. Böyük ehtimalla, Azərbaycanın sosial şəbəkə seqmentini “tələyə” salmaq üçün adi erməni gedişidir. Ola bilsin ki, məlumat sosial şəbəkələrin Azərbaycan seqmentində kifayət qədər paylaşıldıqdan sonra Kolerov belə söz demədiyini bildirsin və növbəti dəfə ermənipərəst mövqe nümayiş etdirsin. Bununla da sosial şəbəkələrin Azərbaycan seqmentində müəyyən inamsızlıq görüntüsü yaratmaq olar.
Ona görə də, sosial şəbəkə istifadəçilərinə tövsiyəmiz odur ki, mənbəyi bəlli olmayan informasiyaları paylaşmasınlar. Bundan Azərbaycanın sosial media sferasına qarşı istifadə edə bilərlər. Amma bütün hallarda qeyd olunmalıdır ki, Modest Kolerovun o fikirləri deyib-deməməsindən asılı olmayaraq, ermənilərin tarixi budur. Faktdan böyük fakt yoxdur!
Nəticə: Xəbər saxtadır, heç bir mənbə tərəfindən təsdiqlənmir.