Sosial mediada (Yaşıl Yol Dahilərdən kəlamlar Xaos ) Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Baş Naziri və Dubayın Əmri Şeyx Məhəmməd ibn Rəşid Əl Məktumun işlətdiyi bir aforizm trend olub. 

Paylaşılan statusda deyilir: Şeyxdən dövlətin gələcəyini necə gördüyünü və inkişaf tempinin saxlanması üçün nə etməli, soruşduqda, belə cavab vermişdir: "Mənim babam dəvədə gəzərdi, atam da bu vasitədən istifadə etmişdir. Mən və oğlanlarım "Mersedes"də, nəvələrim "Land Rover"-də hərəkət edirlər. Nəticələrim isə yenidən dəvələrdə gəzəcəklər".

“Niyə belə?” sualına Əmirin cavabı: Çətin vaxtlarda güclü insanlar doğulurlar, güclü insanlar isə yaxşı dövran qururlar. Yaxşı dövranda isə əksinə, zəif insanlar dünyaya gəlir və onlar ağır zamanın yaradıcılarına çevrilirlər.

Faktyoxla Lab. Dubai Əmirinin doğrudanmı belə sözlər söylədiyini araşdırıb.

Araşdırma zamanı bəlli oldu ki, bu sitat ilk dəfə Papua-Yeni Qvineyada fəaliyyət göstərən bir şirkətin facebook səhifəsində yazılıb. Az müddət ərzində böyük populyarlıq qazanıb: 1400 təkrar paylaşım, 1,2 milyon baxış.

“Babam dəvədə gəzirdi” ifadəsi Yaxın Şərq ictimai-siyasi, bir sözlə tanınmış şəxsləri haqda onlarla kitab yazan Grem Uilsonun Dubayın keçmiş əmiri, mərhum Şeyx Rəşid haqda yazdığı kitabdan götürülüb. Lakin ciddi təhriflə. Belə ki, həmin kitabda Şeyx Rəşid dəvələr haqda danışdığı lətifəni sosial şəbəkə istifadəçiləri reallıq kimi qəbul ediblər. Uilson təhrif olunmuş məlumata belə aydınlıq gətirir:

«Bunu ilk dəfə 1988-ci ildə mənə Şeyx Həmdan bin Rəşid əl Məktum tərəfindən söylənilib. Şeyx Həmdanın bildirir ki, onun atası Məsləhət Şurasında görüş zamanı “biz nədən ki, qaçamağa çalışırıq, sonunda dəvələrə gəlib çıxır” deyib".

Sitatın ikinci hissəsində deyilən “Çətin vaxtlarda güclü insanlar doğulurlar, güclü insanlar isə yaxşı dövran qururlar. Yaxşı dövranda isə əksinə, zəif insanlar dünyaya gəlirlər və onlar ağır zamanın yaradıcılarına çevrilirlər”- ifadəsinin ilk dəfə Platon tərəfindən səsləndiyini iddia edənlər var. Hətta bəzi mənbələrdə bildirilir ki, Platon “Respublika” əsərində Sokratla dialoqu zamanı bu ifadəni işlədib. Lakin həmin kitabda belə bir dialoq yoxdur.

“Foreing Policy” jurnalının 2 may 2020-ci il sayında dərc olunan “Ağır dövrlər güclü əsgər yetişdirmir” məqaləsində yazılıb: “Çətin vaxtlarda güclü insanlar doğulurlar, güclü insanlar isə yaxşı dövran qururlar. Yaxşı dövranda isə əksinə, zəif insanlar dünyaya gəlirlər və onlar ağır zamanın yaradıcılarına çevrilirlər”- Bu sitat postapokaliptik romanın müəllifi Corc Maykl Hopfa məxsusdur. Roman isə “Kimlər ki qalırlar” adlanır. 

Orijinalı: “Hard times create strong men. Strong men create good times. Good times create weak men. And, weak men create hard times.” G. Michael Hopf, “Those Who Remain”

Maykl Hopf 1970-ci ildə anadan olub. Bestsellərə çevrilmiş onlarla postapokaliptik əsərin müəllifidir. Dəniz Piyadalarının veteranı, EP-nin(Executive Protection) keçmiş agentidir. Hazırda San-Diegoda (Kaliforniya) yaşayır.

Nəticə: Dubay əmirinin güclü insanlarla bağlı sosial mediada yayılan fikirləri saxtadır. O, bu ifadəni işlətməyib. Sitatın ilk hissəsi Uilson adlı yazıçının qələmə aldığı kitabda verilən hazırki əmirin babasının “dəvələr” haqda danışdığı lətifədən götürülüb, ikinci hissə isə yazıçı Maykl Hopfun “Kimlər ki qalırlar” romanından sitatdır.