“Meydan TV” “27 saylı seçki dairəsində ''karusel'' əməliyyatı. Seçicilər bir neçə məntəqədə səs verdiklərini etiraf edirlər” başlıqlı video-süjet yayıb.

Süjetdə 27 saylı Sabunçu II seçki dairəsi 3-cü və 4-cü seçki məntəqlərinə daxil olub və oranı tərk edən qadınlar görüntülənir.

Faktyoxla Lab. “MeydanTV”-nin hazırladığı süjetlə bağlı araşdırma aparıb.

Əvvəla, “MeydanTV” təqdim etdiyi süjetdə həmin şəxslərin bülleten qəbul etməsi və səsvermə kabinəsinə keçməsi kadrları göstərilmir. Yalnız bu şəxslərin 2 fərqli məntəqəyə daxil olub-çıxmaları kadrları yayımlanıb.

Həmin qadınların hər iki məntəqədə görünmələri onların səsvermədə iştirakına dəlalət etmir. Həmin şəxslərin səs verəcək seçki məntəqəsinin yerini (hərçənd MSK seçicilərə səs verəcəkləri məntəqənin yerini dəqiqləşdirmək üçün dəfələrlə çağırış etmişdir-red.) səhv salmalarını, səsvermə üçün doğru ünvana getmədiklərini, onların bir məntəqədən geri qaytarılıb, digərinə yönləndirildiklərini diqqətdən qaçırmaq olmaz.

İkincisi, həmin şəxslərin əvvəldən hazırlanmış ssenariyə uyğun məntəqələri gəzdiklərini və kamera qarşısında açıqlama vermələrini məhz “MeydanTV” tərəfindən ələ alındıqlarını da iddia etmək mümkündür.

Nəticə:

“Meydan TV” “27 saylı seçki dairəsində ''karusel'' əməliyyatı. Seçicilər bir neçə məntəqədə səs verdiklərini etiraf edirlər” başlıqlı video-süjeti əsaslı deyil, yalnız montaj olunmuş görüntülər əsasında irəli sürülən faktsız iddialardır.

“MeydanTV”-nin hazırladığı bu süjet jurnalistikanın peşə etikası və tərəfsizlik prinsiplərinə ziddir