Axtarış

Select theme:

Alman mətbuatının azyaşlılara sosial media məhdudiyyətlərinə ikili yanaşması

Almaniyanın ən çox satılan jurnallarından biri olan “Der Spiegel” adlı mətbu orqanın Türkiyə və Almaniyada qəbul olunan sosial media qaydaları ilə bağlı seçdikləri başlıqlarla ciddi ictimai müzakirələrə səbəb olub.

Belə ki, mətbu orqan sosial media qadağalarının Almaniyada xüsusilə uşaqları qorumaq üçün tətbiq edilməli olduğunu iddia edən dil seçib. “Der Spiegel ” Türkiyədə oxşar tənzimləmə təşəbbüsləri gündəmə gəldikdə, bu addımları "demokratik hüquqların pozulması" və "nəzarət mexanizminin qurulması" kimi xarakterizə edib.

Türkiyədə nəzarət, Avropada tədbirlər

“Der Spiegel” qəzeti Türkiyə Böyük Millət Məclisi tərəfindən qanuna çevrilən sosial media qaydaları haqqında məlumat verərkən bu dəyişiklikləri "mübahisəli" adlandırıb. Xəbərdə yeni qaydaların "onlayn nəzarətin artırılması istiqamətində bir addım" olduğu bildirilib. Yarımbaşlıqda isə vurğulanıb ki, bu qanunun uşaqları qoruyub qorumayacağı ilə bağlı cəmiyyətdə ciddi şübhələr var.

Qəzetin 16 fevral tarixli nömrəsində dərc olunan məqaləsində Almaniyada 14 yaşdan kiçik uşaqlar üçün planlaşdırılan sosial media qadağası haqqında məlumat verilib. Məqalədə "Nəhayət ki, gəlir?" başlığı ilə ictimai gözləntilər qeyd edilib, qadağanın siyasi partiyalar və ictimaiyyət arasında yüksək dəstək qazandığı vurğulanıb.

Aprel ayında dərc olunan oxşar məqalələrdə Yunanıstanın  2027-ci ilə qədər “15 yaşdan kiçik uşaqlar üçün sosial media qadağası” tətbiq etməyi planlaşdırdığı və bu qaydanın bu sahədə bir model hesab edildiyi qeyd olunub.

Fransada təsdiqlənmiş sosial media qadağasının təhlükəsizliklə bağlı narahatlıqlara baxmayaraq qüvvəyə mindiyi qeyd edilsə də, başlıqlarda bu qaydalarla bağlı "məhdudiyyət" və ya "nəzarət" kimi terminlərdən istifadə edilməyib.

"Aİ Komissiyası tətbiq vasitəsilə yaş təsdiqlənməsini istəyir" başlıqlı 13 aprel tarixli məqaləsində "Der Spiegel" Avropa İttifaqının sosial mediada yaş təsdiqləmə tətbiqlərini dəstəklədiyini bildirib. 15 aprel tarixli məqalədə sosial media istifadəsinin minimum yaşı 13 olması fikri vurğulanırdı.

“Der Spiegel”, artan institusional dəstəyin olduğu Avropa ölkələrində sosial media istifadəsinə dair yaş həddi tənzimləmələrini müzakirə edərkən, Türkiyədə oxşar tənzimləmələrin nəzərdən keçirilməsi halında "nəzarət" və "məhdudiyyət" kimi terminləri vurğulaması ikili yanaşmad nümunəsidir.

Uşaqların sosial media istifadəsinə dair yaş həddi qaydaları qlobal miqyasda geniş yayılırş 

Qeyd edək ki, dünyanın bir çox ölkəsi uşaqların sosial media istifadəsinə yeni məhdudiyyətlər qoymağı düşünür.

  • Avstraliya 16 yaşdan kiçiklər üçün sosial medianı qadağan etməyə hazırlaşır;
  • bəzi Avropa ölkələri isə valideyn razılığı və yaş təsdiqləmə sistemlərini məcburi edir;
  • ABŞ dövlət əsaslı qaydalarla uşaqların platformalara girişini daha ciddi şəkildə nəzarət edir, platformalardan da yaşa uyğun məzmun təmin etmələri və təhlükəsizlik filtrlərini gücləndirmələri tələb olunur.
  • Türkiyədəki yeni qaydalar da 15 yaşdan kiçik uşaqlar üçün təhlükəsiz rəqəmsal məkanlar yaratmağı və nəzarətli istifadəni təşviq etməyi qarşıya məqsəd kimi qoyur. Yaş təsdiqləmə sistemləri uşaqları yaşlarına və inkişafına uyğun olmayan məzmundan qorumaq üçün nəzərdə tutulub, sosial şəbəkə provayderlərindən isə 15 yaşdan yuxarı istifadəçilər üçün ayrı xidmətlər təklif etməyi və bu məqsədlə lazımi tədbirlər görmələri tələb olunur.

Oxşar məqalələr: