Axtarış

Select theme:

Ermənistan hərbi paradının görünməyən tərəfi

28 may 2026-cı ildə İrəvanda keçirilən hərbi parad regional təhlükəsizlik ekspertləri və beynəlxalq media tərəfindən siyasi şou kimi xarakterizə olunur. Paradın ən çox müzakirə edilən detalı isə Ermənistanın xarici ölkələrdən idxal etdiyi müasir hərbi texnikaları "yerli istehsal" kimi qələmə verməsi və onlara erməni mifologiyasından adlar qoyaraq təqdim etməsidir.

Faktyoxla erməni məhsulu kimi təqdim edilən həmin silahları araşdırıb.

1. "Aramazd", əslində Fransa istehsalı olan “CAESAR” 155 mm-lik haubitsa

Fransanın "Nexter" şirkəti tərəfindən istehsal olunan bu təkərli özüyeriyən artilleriya sistemi müasir müharibələrdə (məsələn, Ukrayna cəbhəsində) özünü doğrultmuş effektiv silahdır. Yüksək hərəkətliliyi sayəsində "atəş et və qaç" taktikası üçün idealdır. Ermənistan bu texnika ilə artilleriya mənzilini 40-50 km-ə qədər artırmağı hədəfləyir. evnreport.com

Paradda təqdim olunan Aramazd

OrijinalCAESAR”:

dvidshub.net

2. "Lusan" və "Shant", əslində Hindistan istehsallı “Akashvə “Pinaka

“Lusan” (Akash): Rusiyanın S-300 və "Tor" sistemlərinin yerini doldurmaq üçün Hindistandan alınan orta mənzilli hava hücumundan müdafiə sistemidir. Radarlı və mobil struktura malikdir.

Paradda təqdim olunan “Lusan”

evnreport.com

Orijinal “Akash”

swarajyamag.com

Shant (Pinaka): Geniş sahələri atəş altına almaq qabiliyyətinə malik çoxlu raket atıcı sistemidir (MLRS). İrəvan bununla itirilmiş yaylım atəşli reaktiv sistemlərinin yerini doldurmağa çalışır.

Paradda təqdim olunan “Shant”:

evnreport.com

Orijinal “Pinaka”:

army-technology.com

3. Ermənilərdə "Ağheğ", əslində Çin istehsalı “CH-4B Rainbow” PUA-sı

Paradın sürprizlərindən biri Çinin zərbə-kəşfiyyat pilotsuz uçuş aparatı olan “CH-4B-nin "Ağheğ" (Ox) adı ilə nümayişi oldu. 30 saatdan çox havada qala bilən və 345 kq-dan çox silah yükü daşıyan bu dron "Bayraktar TB2" ilə eyni sinfə addir. Ermənistanın bu strateji silahı Çindən gizli şəkildə tədarük etdiyi aydın olur. Şəkildəki 2024-01 — seriya nömrəsidir (2024-cü ildə qəbul edilmiş ilk nümunə). Ümumilikdə neçə ədəd olduğu rəsmi açıqlanmayıb, amma parad zamanı 2-3 ədəd nümayiş olunub. Çox güman ki, az sayda (bir neçə ədəd) alınıb.

Paradda təqdim olunan "Ağheğ"

Çin istehsallı “CH-4B Rainbow”

4. Ermənilərdə "Nizak", əslində Çin istehsalı “GAM-102LR” TƏİR Sistemi

Ermənistanın "mifoloji rebrendinq" kampaniyasına əlavə olunan digər raket növüdür. Çin istehsalı “GAM-102LR sisteminin paradda "Nizak" (Nizə) adı ilə çıxarılması, İrəvanın silah arsenalında fərqli coğrafiyalara doğru necə kəskin bir dönüş etdiyini açıq göstərir.

Ermənistan hərbi rəhbərliyi paradda ABŞ-nin məşhur "Javelin" və ya İsrailin "Spike" sistemlərinə bənzər yerli "atəş et və unut" (fire-and-forget) texnologiyası ilə hazırladığını iddia etsə də, müstəqil hərbi ekspertlər və nüfuzlu platformalar (EVN Report, CivilNet) bu sistemin Çinin "Poly Defense" şirkətinə məxsus “GAM-102LR olduğunu əminliklə söyləyirlər. 

Hər ikisi eyni sistemdir, sadəcə maşın və tripod kimi fərqli platformalarda təqdim olunublar.

Paradda təqdim olunan "Nizak"

Çin istehsallı GAM-102LR əsasən üçayaq üzərində quraşdırılmış ikili buraxıcı və qum rəngli korpusda göstərilir. 

5. Paradda qeydə alınan digər kurioz hadisə fransız "Bastion" zirehli maşınları ilə bağlı olub. Belə ki, sosial mediada erməni istifadəçilərindən biri Ermənistanın Fransadan aldığı yüngül zirehli "Bastion" maşınlarının ciddi çatışmazlığını qeyd edib.

Bu maşınlar uzaqdan idarəolunan müasir silah stansiyası (RCWS) ilə deyil, əsgərin bədənini təhlükəyə ataraq qüllədən çıxmasını tələb edən köhnə, açıq qülləli 12.7 mm-lik "M2 Browning" pulemyotu ilə təchiz edilib.

“Bastion” — Fransanın “Arquus” (keçmiş ACMAT/Renault Trucks Defense) şirkətinin istehsal etdiyi yüngül zirehli maşındır. Ermənistan 2023-cü ildən başlayaraq bu maşınları alıb. Ümumilikdə təxminən 50 ədəd (24 + 26) sifariş verilib. Paradda nümayiş etdirilən məhz bu maşınlardır.

Şəkillərdən də gördüyünüz kimi, 12.7 mm-lik “M2 Browning” pulemyotu əsgərlər üçün təhlükəli sayıla biləcək açıq qüllədə quraşdırılıb. Əksər “Bastion” versiyalarında uzaqdan idarə edilən silah stansiyası (RCWS) yoxdur. Əsgər pulemyotu idarə etmək üçün qülləyə çıxmalıdır. Daha bahalı və müasir konfiqurasiyalarda (məsələn, bazı ixrac versiyalarında) RCWS olur, amma Ermənistan ən sadə və ucuz variantı alıb.

Başqa ölkələrdə RCWS-li müasir “Bastion” nümunələri: thedefensepost.com

Bu, həqiqətən də ciddi çatışmazlıqdır — müasir müharibədə (xüsusilə dron və snayper təhlükəsi yüksək olan regionda) əsgərin belə açıq qalması böyük riskdir.

Paradda İran izi də açıq görünüb. Belə ki, İran istehsalı olan silahlar nümayiş etdirilib. Bunlardan biri, İranın “AD-08 Majid” (Ermənistanda "Karich" / "Scorpion" adlandırılır) qısa mənzilli hava hücumundan müdafiə sistemidir. Qeyd edək ki, bu, İran silahının xaricdə ilk rəsmi nümayişi hesab olunur.

İranın digər silah növü olan - "Yasin" tipli idarəolunan aviasiya bombaları Ermənistan HHQ-nin Su-30SM qırıcı təyyarələrinin uçuşu zamanı müşahidə edilib.

“Yasin” - İranın müdafiə sənayesi tərəfindən hazırlanmış uzaq mənzilli idarəolunan aviasiya bombası sistemidir. Rəsmi məlumatlara görə, 50+ km (bəzi mənbələrdə effektiv məsafə 120 km-ə qədər) məsafədə hədəfi vura bilir. Peyk naviqasiyası və daxili idarəolunma sistemi ilə təchiz edilib. defencesecurityasia

 

 

 

Oxşar məqalələr: