“Koronavirusa yoluxan insanda erkən qocalma prosesi başlaya bilər”.  Bu iddia ilə  Ria Novosti Agentliyinə müsahibəsində  tanınmış rusiyalı  nevropatoloq Erkin Şamsiyev çıxış edib.   Mütəxəssis əlavə edib ki,  koronavirus yalnız ağciyər trombozuna səbəb olmur,  həm də vaxtından əvvəl qocalma kimi arzuolunmaz prosesləri oyadır,  fobiya  və qorxulara  səbəb olur.  Şamsiyev  bildirib ki,  koronavirus səbəbindən  ağciyərlərin zədələnməsi  nəticəsində   orqanizmdə  qaz mübadiləsi pozulur, nəticədə beyinə oksigen çadırılmasında problemlər yaranır. Bu səbəbdən də  koronavirusa yoluxan insanlar ensefalopatiyadan  şikayət edirlər.  O xatırladıb ki,  COVİD-19 diaqnozu ilə  xəstəxanalara daxil olan şəxslərin   tez-tez baş ağrısı, başgicəllənmə, nəfəs darlığından şikayət etməsi də müəyyən mənada qeyd edilən  problemlə  əlaqəlidir.

Erkin Şamsiyev

Koronavirusun erkən qocalmaya səbəb olması  ehtimalı ilə bağlı  ötən ildən araşdırmalar aparılır.  Artıq bəzi nəticələr var.  London İmperial Kollecinin bir qrup əməkdaşı Adam Hempşir  adlı alimin rəhbərliyi  ilə 84 mindən çox koronaviruslu xəstə üzərində tədqiqat aparıb.  Tədqiqatın nəticəsi olaraq alimlər  bu qənaətə gəliblər ki,  koronavirus   beyin və sinir sistemi ilə bağlı  xəstəliklərə  səbəb  ola bilər.  Alimlər deyiblər ki,  Covid-19-dan sağalan  insanlarda  qızdırma və öskürək  kimi  bəlli simptomlar  aradan qalxsa da  virusun  səbəb olduğiu beyin və sinir sistemi problemləri uzun müddət davam edir.

Adam Hempşir   

Qeyd edək ki, tədqiqata cəlb olunan koronaviruslu xəstələr 20-70 yaşlarında olub. Virusun  insanın  şüuruna təsirini öyrənmək üçün  həmin şəxslərə  yaddaş bacarığını yoxlayan testlər verilib. Testlərdə  sözləri xatırlama tipli sullar olub.  Sual-cavabın nəticələrində koronavirusa yoluxan, xüsusilə bu xəstəliyi ağır keçirən şəxslərdə  ciddi şəkildə yaddaş pozğunluğu,  zehni geriləmə qeydə alınıb.  

London İmperial Kollecinin alimləri nəticə olaraq  koronavirusa yoluxan bəzi  şəxslərin  beyinlərində  10 illik yaşlanmaya bərabər  zehni  geriləmə  müşahidə edildiyini  bildiriblər.  

Araşadırmanın bu nəticəsi ilə bağlı fərqli fikirlər var. Məsələn, Şotlandiyanın Edinburq Universitetinin, həmçinin London Universitet Kollecinin alimləri bildiriblər ki, tədqiqata cəlb olunan  şəxslərdə  koronavirusdan əvvəl beyin, sinir sistemi problemlərinin  olub-olmadığı məlum deyil. Bu səbəbdən də virusun beyin və sinir sisteminə vurduğu zərərin  xəstəlikdən sonra da davam etməsinə  dair  fikir şübhəlidir. Bununla belə alimlər, bütün hallarda koronavirsun beyin və sisnir sisteminə mənfi təsiri barədə yekdil fikir bildirirlər.

Bir sıra tədqiqatların nəticəsi olaraq mütəxəssislər koronavirusdan sağalan insanlarda müşahidə oluna biləcək probelmlərin  siyahısını hazırlayıblar.

Qəfil  və  şiddətli baş ağrısı

Ürəkbulanma, qusma

Danışma çətinliyi, başgicəllənmə

Görmə və hərəkət  pozğunluqları

Üzdə  keyimə

Danışıq və qavrayış problemləri

Davranış dəyişikliyi

Koordinasiya pozğunluğu

Qısa  müddətli yaddaş problemi

Şüurun pozulması

Həkimlər bildiriblər ki, koronavirusdan sağalan şəxslər  özlərində  bu simptomlardan  birini  hiss etsələr  mütləq   xəstəxanaya müraciət etməlidirlər.

Çində koronaviruslu xəstələr  üzərində aparılan tədqiqat da xəstəlikdən sonra nevroloji  problemlər yarandığını ortaya çıxarıb.  Tədqiqata cəlb olunan 214 nəfərdən 36-da bu problemlərə rast gəlinib. Xüsusilə  xəstəliyi ağır keçirən şəxslərdə zehni geriləmə,  həmçinin baş ağrısı, başgicəllənmə, koordinasiya pozğunluğu, kəskin insult və epilepsiya kimi problemlər müşahidə edilib.

ABŞ-da  236 mindən çox koronaviruslu xəstə üzərində aparılan  6 aylıq  araşdırma bənzər nəticələr verib.  Belə ki,  koronavirusdan sağalan  hər 3 nəfərdən birinə  nevroloji  və ya psixiatrik xəstəlik diaqnozu qoyulub.    Tədqiqatla bağlı  Lancet tibbi jurnalında dərc olunan məqalədə bildirlib ki,  virusun nevroloji, psixiatrik xəstəliklərə,  depressiyaya səbəb olduğu birmanlı şəkildə təsdiqlənməsə də  14 xəstəlik arasında ən çox qoyulan diaqnoz məhz  bu xəstəliklərlə  bağlı olub.

Röyters agentliyi xəbər verir ki, ABŞ-da eyni tədqiqat qrupunun ötən il keçirdiyi  3 aylıq tədqiqat  zamanı  COVID-19-dan sağalan şəxslərdən   20% -də psixiatrik  xəstəliklər müşahidə  olunub.

Saymon Uesseli

Amerikada aparılan tədqiqatın nəticələrini qiymətləndirən  London Kral Kollecinin psixatriya şöbəsinin müdiri  Saymon Uesseli,  həmçinin  MQ Mental Health təşkilatıbnın icraçı direktoru  Lea Milligan  COVID-19-un   psixi sağlamlığa təsirlərinin ağır ola biləcəyini bildiriblər.

Sadalananlar göstərir ki,  koronavirus bütün hallarda beyin və sinir sistemi problemləri yaradır. Amma bu problemlərin keçici olub-olmadığı ilə bağlı dəqiqləşmiş fikir yoxdur. 

Bu qənaətə gəlib ki,  rusiyalı mütəxəssisin “koronavirusa yoluxan insanda erkən qocalma başlaya” bilər açıqlaması əsasən doğrudur.