Yazının video faylı 

 

İstər müharibə dövründə, istərsə də müharibədən sonra erməni mənbələri saxta xəbər yaymaq, guya Azərbaycanda xarici ölkələrin muzdlularının döyüşməsi haqda yalan uydurur, bununla bağlı bəzi təşkilatlara Azərbaycanı ittihamla dolu məruzələr təqdim edirlər. Sosial şəbəkələrdə təşkil olunmuş kampaniyalarla Azərbaycan tərəfdən xaricdən gətirilmiş muzdluların, terrorçuların döyüşməsi haqda məlumatlar digər ölkələri təmsil edən jurnalistlər, hüquq müdafiəçiləri, təşkilat rəhbərlərinə ötürülür və davamlı paylaşılır. Belə məlumatlardan birini, Afrində anadan olmuş, STJ Suriya, Bellingcat, PopularFrontCO saytlarının araşdırmaçısı, MA tələbəsi, Nyu Yorkda yaşayan Alexander McKeever adlı tvitter istifadəçisi paylaşmışdı (20 noyabr 2020). Üstündən bir il keçməsinə baxmayaraq, həmin məlumat hələ də paylaşılmaqda, Azərbaycan ittiham olunmaqdadır.  

Alexander McKeever paylaşımında suriyalı döyüşçülərin Azərbaycanın Cəbrayıl rayonunda toplaşdıqları haqda əlinə yeni faktlar keçdiyini qeyd edib. 

Cənab Alexander McKeever həmin tvitin şərh bölümündə digər fotoları da əlavə etmişdi.  

Bir az irəli gedib deyək ki, məhz elə əlavə edilən paylaşım Aleksandr McKeeverin özünüifşasına səbəb oldu. Bu haqda sonra ətraflı danışacağıq. Hələliksə Alexander McKeeverın ümumiyətlə nə paylaşdığına, nəyə maraq göstərdiyinə diqqət edək. 

Bir “suriyalının” Qarabağ mövzusuna bu qədər diqqət ayırması, sanki erməni müəllif yazırmış kimi paylaşımlar etməsi sual doğurmaya bilməz.

İndi keçək “faktın” həqiqiliyini yoxlamağa. Daha doğrusu, "fotoları paylaşılan döyüşçülər kimlərdilər və doğrudanmı Cəbrayılda Azərbaycan tərəfdən döyüşüblər" sualına aydınlıq gətirək. 

McKeever və komandası araşdırma ilə ortaya çıxardıblar ki, həmin əsgərlər məhz bu yerdə olublar.

 

Bəli, bura qədər doğrudur. Bura Azərbaycanın Cəbrayıl şəhəri işğal altında olduğu zaman ermənilərin saldıqları hərbi hissənin həyətidir.

Bax, bu əsgər də həmin meydanda dayanıb.

Maraqlıdır, bəs foto nə vaxt çəkilib? Bunu öyrənmək üçün fakt-araşdırma texnikalarından biri olan “günəş və kölgə”dən istifadə etmək lazım gəlir. Bu texnikaya görə araşdırma predmeti olan obyektin kölgəsi fotonun çəkildiyi vaxtı müəyyən etmək üçün mühüm rol oynayır. Araşdırma zamanı bəlli olur ki, bu əsgər Google Earth proqramı ilə tapdığımız üstü qırmızı kirəmitli, fasadı isə ağ (bəlkə də sarı) binanın 150-200 metrliyində dayanıb. Xəritəyə baxdıqda əsgərin sol tərəfinə düşən bina şimalda yerləşir (foto scrində qırmızı ilə işarələnən yer əsgərin dayandığı nöqtə, digər işarələnmə isə kompası göstərir-red.)

Yəni, sanki günəş əsgərin sağ tərəfindən düşür. Bu isə nəticə əldə etmək üçün yetərli faktdır.

Davam edirik. Texnikanı tam tətbiq etmək üçün biz əsgərin boyunun hündürlüyünü hesablamalıyıq.

Bu qrafik metrölçən vasitəsilə fotoda görünən əsgərin boyunun 173 sm olduğunu müəyyən edirik.

Daha sonra kölgənin uzunluğunu tapmaq lazımdır.

Burada h-əsgərin boyu, d-kölgənin uzunluğudur. Günəşin düşmə bucağının fakt araşdırma texnologiyaları ilə 47dərəcə olduğunu müəyyən etdikdən sonra orta məktəbdə keçirilən adi trigonometriya düstürü ilə hesablayırıq. d=h x tg47. Beləliklə, kölgənin uzunluğu 173 sm (əsgərin boyu) ilə bucağın tangensinin hasilinə bərabər olur  (tg47° = 1.07237). Bu isə 185 sm (1,85 metr) edir. Bəs, kölgənin uzunluğu bizə niyə lazımdır?

Məhz belə situasiya üçün yaradılmış proqramlarda günəşin gün ərzində çıxma və batma ellipsi boyu hərəkət trayektoriyası ilə yanaşı hər hansı bir ölçülü obyektlərin kölgəsinin uzunluğu da verilir. Misal üçün, Cəbrayıl rayonun mərkəzində 21 noyabr 2020-ci il tarixdə 

saat 16-34-də 1 metr hündürlüyü olan hər hansı obyekt günəşin şualarının düşmə bucağından asılı olaraq 6,28 metr uzunluqda görünür. (scrində verilib)  

Biz, bu məqamları nəzərə alaraq (əsgərin boyu, kölgəsinin uzunluğu, qütb və cəhətlər, səmtlər) həmin göstəriciləri kölgəölçmə proqramındakı müvafiq xanalara daxil etməklə aşağıdakı nəticəni alırıq.

Beləliklə, scrinə diqqət etsək, həmin qeyd olunan bina (şimalda qalır), əsgərin foto çəkdirdiyi yer (işarələnib),  günəşin həmin anda yeri (yaşıl rəngdə görünür), əsgərin boyu (1,73 m) və kölgəsi (1,80m. Təəssüf ki, kölgənin göstəricisi təkliklərlə deyil, onluqlarla göstərilir. O səbəbdən 1,85 deyil, 1,80 görünür) və həmin an saat 11:26-nı göstərir.

Və ən vacibi: Tarix? 30 sentyabr 2020!!!

Diqqət! Azərbaycan isə Cəbrayılı 04 oktyabr 2020-ci ildə azad edib. Demək, belə çıxır ki, orada dayanan əsgərin Azərbaycan Ordusuna, Azərbaycan tərəfə heç bir aidiyyatı yoxdur.

Yeri gəlmişkən hava haqqında məlumatlar da fakt-araşdırma texnologiyalarında istifadə olunan metoddur. Həmin gün yani 30 sentyabr 2020-ci il tarixində https://www.accuweather.com/ saytının məlumatına görə, Cəbrayılda 24 dərəcə isti, buludlu hava olub. 

Bu faktın təsdiqi üçün həmin araşdırmaçının paylaşdığı fotolardan birinə diqqət edək. Fotoda əsgərlərdən biri özünü sanki yay havasında hiss edirmiş kimi qolukəsik köynəkdədir. Əcaba, biri əsgər buşlatında, digəri yay köynəyində niyə olsun ki?

Bu muzdluların Ermənistan tərəfindən döyüşdüyünü başqa nə ilə sübut edə bilərik?

Fotoya diqqət edək:

Bu scrində gördüyünüz 1 rəqəmi ilə işarələnmiş şəxs Ermənistan mühəndis –istehkam qoşunlarının nümayəndəsinin hərbi geyim formasındadır. Sadəcə foto paylaşılarkən arxada ermənicə yazılmış sözlər gizlədilib. Bunu təsdiq etmək üçün Ermənistan MİQ-lərinin formalarına baxmaq kifayətdir.

Digər iki qeyddə isə (2 və 3) erməni əsgərlərinin formalarında olan şəxslər görünür. 2-ci fotoda olan hərbçinin geyimi ilə bağlı yəqin ki, mübahisə edilən tapılmaz.

Orada məhz Suriyadan Ermənistana kömək üçün gətirilən muzdlu döyüşçülərin olduğunu təsdiq edən daha bir fakt həmin dövrdə, daha dəqiq desək 1 oktyabrda  Suriya İnsan Haqları Monitorinq mərkəzinin (Syrian Observatory Human Rights - SOHR) yaydığı məlumatda təsdiqini tapıb. Məlumatda deyilirdi ki, "Etibarlı mənbələr SOHR-ə bildiriblər ki, erməni və ərəb əsilli suriyalı döyüşçülər Azərbaycana qarşı döyüşlərdə istifadə üçün Ermənistana aparılıb",

Başqa bir məntiqlə yanaşaq. Həmin fotoda diqqəti mülki geyimli şəxslərin daha çox olması çəkir. Təsəvvür edin, Azərbaycan hücum əməliyyatı ilə Cəbrayılı azad edib və həmin hərbi hissənin həyətində mülki geyimlilər sərbəst gəzirlər. Belə bir şey mümkündür? Azərbaycanda nizami Ordu var. Və döyüş bölgəsinə hərbçilərdən başqa heç kim buraxılmayıb və uzun müddət buraxılmayıblar. Hətta xüsusi icazəsi olmayan hərbçilər də hərbi polis postlarından geri qaytarılıb.

Və bir də ətrafa diqqət edin. Məlumdur ki, Azərbaycan Ordusu hücuma keçərkən hərbi obyektlərin hamısını darmadağın edib. Bu fotolarda isə heç bir dağıntı, zədə, döyüş baş vermiş mənzərə gözə dəymir. Demək, foto çəkilərkən döyüş əməliyatları bu bölgələrə gəlib çatmayıb. Demək, bu əsgərlər gözləmə mövqeyində dayanıb, Azərbaycan Ordusunun hücumunu gözləyirmişlər.

Əsgərin əynindəki, guya Suriyadan gətirilmiş döyüşçülərin Azərbaycan Sərhəd Qoşunlarının uniformasında olduğu iddiasına gəldikdə isə, bu mövzu ermənilər tərəfindən açılmaması daha məsləhətlidir. Necə ki, Ermənistan MN-nin mətbuat xidmətinin rəhbəri Şuşan Stepanyanın müdafiə naziri Tonoyanla Laçında yerləşən erməni birləşmələrinin əsgərləri ilə görüşü haqda paylaşıb, sonra silmişdi.

Və nəhayət erməni yalan sənayesinin növbəti şəratma, saxta xəbər paylaşma, dezinformasiya yayma cəhdini heçə endirib, biabır edəcək sübut. 21 yanvar 2021-ci ildə youtube kanalında paylaşılan bu linkə baxaq.

Bu video Suriyada döyüşən Nubar Ozanyan adına erməni briqadası haqda tanıtım çarxıdır. Bu briqada, saxta erməni soyqırımının 104-cü il dönümü münasibətilə 2019-cu ilin 24 aprelində Suriyanın şimalındakı, YPG-nin nəzarətində olan ərazidə yaradılıb.

Bu məlumatı Türkiyənin Haber7.com portalının icmalçısı Taha Tağlı yayıb, bildirmişdi ki, 3 batalyondan ibarət briqada (750 nəfər Suriya ermənisi) YPG terrorçusu Nubar Ozanyanın adını daşıyır. Nubar Ozanyan isə 2017-ci ildə Türkiyə SQ anti-terror əməliyyatları zamanı məhv edilib. Nuvar Ozanyan 1-ci Qarabağ müharibəsində iştirak edib və dinc sakinlərə qarşı terror hücumlarının iştirakçısı və rəhbəri olub.  

Və video kadrlara diqqət baxanlar bu fraqmenti görüblərsə, heç şübhəsiz bütün yazı boyu dəfələrlə fotosunu paylaşdığımız şəxsi tanıdılar. Bəli, təxminimiz doğrudur, eyni adamdır.

Nəticə: Ermənistanın Azərbaycan tərəfdən xarici muzdluların döyüşməsi haqda növbəti xəbəri də saxtadır. Ermənilər və eləcə də erməni lobbisinin təsiri altında olan jurnalist, blogger və hüquq müdafiəçilərinin Azərbaycan tərəfdən döyüşən suriyalı muzdlu kimi təqdim etdikləri şəxslər YPG, PKK, ASALA, Nubar Ozanyan və digər terror qruplarının üzvləri, muzdluları və əsgərləridilər. Bu da həmin briqadanın təsis edildiyi, məşqi, təlimi zamanı çəkilən videoların linkləri (video)