2 iyul 2021 -ci il tarixində bir İnstagram səhifəsində paylaşılan yazıda, Nuru Paşaya, yəni Nuru Kıllıgilə məxsus silah fabrikinin İsrailə qarşı mübarizə aparan ərəblərə silah satmağa qalxdığı üçün partladıldığı, dövlət rəsmilərinin dəfn mərasimində iştirak etmədiyi və Nuru Kıllıgilin cənazə namazının Türkiyənin Dini işlər üzrə Komitəsi tərəfindən qılınmadığı iddia olunurdu. Yazıya 27 mindən çox baxış olmuş və təxminən 4000 bəyənmə gəlmişdi.

Yazının mətni belədir: Türkiyənin ikinci prezidenti İsmet İnönü dövründə ölkədə xüsusi silah sənayesi qurmaq üçün yaradılan bütün maneələrə qarşı mübarizə aparan Nuru Kıllıgil Paşa bir silah fabriki qurdu. İsrailə qarşı vuruşan ərəblərə silah satmaq istəyəndə fabriki uçuruldu, şəhid bədəninin qalıqları bu kiçik tabutda toplandı. Cənazədə dövlət yox idi! Onun cənazə namazını ölkə Dini işlər üzrə Komitəsi qılmadı!

Sosial media platformalarında Nuru Kıllıgil və silah fabriki ilə bağlı müxtəlif iddialara rast gəlmək mümkündür.

Faktyoxla Lab. Türkiyə mətbuatına istinadən həmin iddiaları araşdırıb.

Nuru Paşa (Kıllıgil) kimdir?

Nuru Paşa- I Dünya Müharibəsində Qafqaz Cəbhəsindəki hərbi və siyasi uğurları ilə Azərbaycanın müstəqilliyində çox əhəmiyyətli bir yeri olan Osmanlı sərkərdəsidir. I Dünya Müharibəsində Tripoli Cəbhəsində də döyüşüb. Qurtuluş Savaşında Şərq cəbhəsində xidmət edib. Nuru Kıllıgil Paşa həm də İttihad və Tərəqqi Komitəsinin ən ciddi simalarından biri olan Osmanlı sərkərdəsi və siyasətçi Ənvər Paşanın qardaşıdır.

Qurtuluş Savaşı zamanında Nuru Paşa Türk Ordusunun silah və sursat ehtiyaclarını ödəyən zavodlarda, silah təmir sexlərində və atelyelərdə çalışıb. Cümhuriyyət dövründə İstanbulda metal məmulatları, silahlar və döyüş sursatları istehsal edən bir fabrik sahibi olan fərdi sahibkar idi. 2 Mart 1949 -cu ildə İstanbul / Sütlüce'deki fabrikasının naməlum səbəbdən partlaması nəticəsində 6 yanğınsöndürən və 22 işçi öldü.

Sütlüce partlayışına nə səbəb oldu?

2 Mart 1949 -cu ildə Nuru Kıllıgilə məxsus silah zavodunda güclü partlayış baş verib. Partlayışda Nuru Kıllıgil ilə birlikdə 6 yanğınsöndürən və 22 işçi dünyasını dəyişib. İşçilər və əhali arasında xəsarət alanlar var. Hadisə zamanı zavodda olan Nuru Kıllıgil, paltardan və əşyalarından bir neçə gün sonra dağınıq halda tapıldıqda o, artıq dünyasını dəyişmişdi.

İctimaiyyətin marağına səbəb olan və parlament iclaslarında belə müzakirə edilən Sütlüce partlayışını dövrün qəzetlərindən və parlament protokollarından izləmək olar.

İstanbulda, şəhərə çox yaxın olan fabrikdə belə şiddət və dağıdıcı partlayışın necə baş verdiyinə dair aparılan araşdırma və müzakirələrdə ən çox 2 ehtimal vurğulandı. Bu ehtimallardan birincisi, səhlənkarlıq zənciri ilə qarşısı alınmayan bir qəzanın olmasıdır.

Digəri isə Nuru Paşaya qarşı təxribat iddiasıdır. Bu ehtimala diqqət yetirilərkən, vurğulanan ən əhəmiyyətli məqam Nuru Kıllıgilin zavod sahibi olmasından başqa hərbi və siyasi kimliyidir. İddiaların diqqət mərkəzində, Mühasib Sengarasın hadisədən sonra ilk dəfə izah etdiyi kimi; Suriya hökumətinin sifarişi ilə istehsal edilən və ünvanına göndərilməyən mərmilər dayanıb.

3 Mart 1949 -cu il tarixli qəzetlərdə əks olunan Sengarasın ifadəsi belədir:

Bu iki min gülləni Suriya hökumətinin sifarişi ilə hazırladıq. İstənilən vaxt göndərmə sifarişini gözləyirdik. Zavodumuz eyni zamanda Pakistandan top sifarişləri də alıb. "

1948 -ci ilin mayında İsrail Dövlətinin qurulması ilə başlayan və Ərəb Birliyinin İsrailə müharibə elan etdiyi 18 mart 1949 -cu il tarixində Milli Müdafiə Naziri Hüsnü Çakır Sütlüce silah zavodunda Fabrikasında istehsal edilən mərmilər barəsində Türkiyə Böyük Millət Məclisində keçirilən dinləmələrdə belə demişdi

"Doğrudur, bu şəxs 1948 -ci ilin son rübündə Suriya, Misir və Pakistandan sifariş almaq üçün icazə istədi. Suriya və Misir üçün (Birləşmiş Millətlər Təşkilatı) Təhlükəsizlik Şurasının bu ölkələrə silah və sursat göndərməmək qərarına əsaslanaraq Nazirlik tərəfindən qəbul edilmədi. Ancaq Təhlükəsizlik Şurası Pakistanla bağlı bir qərar vermədiyi üçün ilin son ayında Pakistan üçün belə bir sifariş icazəsinin qəbul edilməsinə etiraz bildirmədi.”

Anlaşıldığı kimi, Suriya hökumətindən alınan sifarişlər, Milli Müdafiə Nazirliyindən istehsal üçün lazımi icazə alınmadan lazımi qaydada icra edildi.

Yazıdakı iddia olunan məqam doğrudur ki, Sütlüce Silah Zavodu, o günlərdə İsraillə vuruşan ərəblərə göndəriləcək döyüş məmulatları istehsal edib. Ancaq Nuru Kıllıgil Paşanın və partlayış qurbanlarının bu istehsalatla bağlı edilən hücum nəticəsində həyatını itirib itirməməsi ilə bağlı qəti bir qərar vermək çox çətindir.

Araşdırmalarda təqib edilən digər bir ehtimal, partlayışın istismar səhlənkarlığı nəticəsində qəza nəticəsində meydana gəlməsidir.

Şahidlərin ifadələri araşdırıldıqda ortaya çıxan mənzərə, kapsulların qorunduğu kabinetin istiliyinin 80 dərəcəni keçməsi və bu vəziyyətin fərq edilmədiyi zaman ilk partlayışın meydana gəlməsidir.

Kimyəvi məhlullarının saxlanıldığı depoda çıxan yanğının təsiriylə yanğının qısa müddətdə böyüməsinə səbəb olarkən, hadisəyə şahid olanlar tərəfindən o vaxt fabrikdə olan Nuru Kıllıgilin Hasköy Yanğınsöndürmə idarəsinə xəbər verildiyi ifadə edilir. Bölmələrdə olan yanğınsöndürənlər yanğın yerinə getmişdilər.

Kimyəvi məhlulları deposunun və zavodunun müdiri Fülminat Şadan, baş verənləri prokurora açıqlamasında belə izah etdi:

"Yanğın baş verən kimi Nuru Paşa evimə gəldi və oradaki deponu dərhal çıxarmalı olduğumuzu söylədi və içərisində nələrin olduğunu bilmədim. Bununla yanaşı, kapsulların rütubət səviyyəsini ölçən termometrlər kabinetinin qarşısında qalmalı oldum. Onun təkidi ilə dolabın daşınmasına kömək etməliydim. Bu vaxt şkafın içində bir az cırıltı var idi. Bir neçə dəqiqə sonra isə dəhşətli bir partlayış oldu".

Hadisə yerinə gələn yanğınsöndürənlərin kimyəvi depodakı yanğını söndürmək üçün dama çıxdıqları və şiddətli alovun yaydığı ərazinin altında barıt və trotil kimi partlayıcı maddələrin olduğu bir anbarın olduğu söylənilir. Qısa bir müddət sonra, bu sahə çökəndə və içərisində olan partlayıcı maddələr partladıqda, böyük bir səs -küy və sarsıntı ilə İstanbulda hiss edilən əsas partlayış meydana gəldi.

Nuru Kıllıgilin cənazə mərasimi ilə bağlı iddialar

Hadisədən bir neçə gün sonra, zərərin aradan qaldırılması və hesablanması məqsədi ilə keçirilən əməliyyat zamanı Nuru Kıllıgilə məxsus ayaqqabı, qeyd dəftəri, cırılmış qalstuk və biləyindən ayrılmış əli tapıldı.

Partlayışda həyatını itirən Nuru Paşa da daxil olmaqla 10 nəfərin cəsədləri 7 Mart 1949 -cu ildə mərasimlə Beyazıt Məscidinə gətirildi. Cənazədə Daxili İşlər naziri Mehmet Emin Erişirgil, Əmək Naziri Reşad Şemsettin Sirer, İstanbul Prokuroru İhsan Köknel və General Kazım Orbay iştirak edirdi. Cəsədlər qəbiristanlıqda dəfn edildi.

Rəsmi cənazənin fotoşəkili. “Cümhuriyyət” qəzeti, 8 Mart 1949.

Nuru Paşanın şəhid cəsədinin qalıqları üçün cənazə namazının qılınmaması və dövlət məmurlarının mərasimə qatılmaması iddialarının əsası 22 Mart 1949 -cu ildə Nuru Paşaya aid olduğu düşünülən cəsədin parçalarının tapılmasıdır. Qolları və ayaqları kəsilmiş, kəllə sümüyü parçalanmış cəsəd Nuru Paşaya aid idi.

Nuru Paşanın ailəsi tapılan cəsəd parçaları üçün cənazə namazının qılınmasını tələb etdi.

Bu barədə 23 Mart 1949 -cu il tarixli “Yeni Sabah” qəzeti yazırdı: 

"Nuru Paşanın (Kıllıgil) ailəsi, Sütlücedeki partlayış yerində son axtarışlar zamanı sahildə tapılan bir bədən hissəsinin Nuru Paşaya aid olduğunu iddia etdi və bunun üçün bir cənazə mərasimi keçirmək istədiklərini bildirdi. Müvafiq inzibati orqanlar vəziyyəti müftiyə xəbər verərək bu vəziyyətdə cənazə mərasiminin keçirilib keçirilməcəyini soruşdular. İstanbul müftisi də bu mövzuda verdiyi cavabda, cənazə mərasimi üçün cənazə namazının qılınmasının vacib olduğunu, halbuki müxtəlif bədən hissələri üçün cənazə namazının caiz olmadığını bildirdi.

İslamda yandırılmış, parçalanmış və ya hissələri tapılan cəsədlərin necə dəfn edilməsi məsələsi məzhəb və fikir ayrılığına görə ayrı –ayrılıqda həyata keçirilən bir məsələdir. Bu qərarı verən dövrün İstanbul Müftisi Ömər Nasuhi Bilmenin Böyük İslam Elmihalının 544 -cü maddəsinə görə;

“Ölən bir müsəlmanın bədəninin çox hissəsi başı ilə birlikdə olarsa, yuyulur; kəfənlənir və namaz qılınır. Ancaq cəsədin yalnız yarısı başsız olaraq tapılarsa və ya bədəninin çox hissəsi itirilərsə yuyulmaz, kəfənlənməz və ya namazı qılınmaz. Kəfənə bükülmüş şəkildə dəfn olunmalıdır. "

Cənazə mərasimi başa çatdıqdan sonra tapılan bədən hissələrinin hansı üzvlərə aid olduğunu təsdiqləyəcək dəqiq bir məlumat yoxdur. Tapılan parça haqqında yuxarıda verilən şərhlər Atilla Oralın “Nuru Paşa” adlı kitabından götürülmüşdür. Oral, bədən məlumatlarını fabrik işçiləri və hadisənin şahidləri ilə müsahibələrdən əldə etdi.

Facebook - da paylaşılan iddiadakı foto, bu tapıntılar üzərində ailənin təşkil etdiyi cənazəyə aiddir.

Dövlət rəsmilərinin Nuru Paşanın cənazəsinə qatılmaması və cənazə namazının Diyanet tərəfindən qılınmaması iddiaları qismən yalandır. Nuru Paşa üçün iki dəfn mərasimi keçirildi. Onlardan biri, sağ qalanların yanında əyalət rəsmilərinin qatıldığı mərasimlə qəbiristanlıqda dəfn edildi. Digərini, İstanbul müftisi imam təyin edə bilməsə də, hadisədən bir neçə gün sonra bədəninə aid olduğu iddia edilən tapıntılar üçün ailəsi tərəfindən təşkil edilmiş və eyni şəhidlikdə dəfn edilmişdir.

Nəticə: Nuru Kıllıgilin Suriya ərəblərinə silah satmağa çalışdığı üçün fabrikinin partladılması, dövlət rəsmilərinin cənazəsinə qatılmaması və Nuru Kıllıgilin cənazə namazının Dini işlər üzrə Dövlət Komitəsi tərəfindən qılınmaması iddiaları qismən- yalandır.