Hollandiyada uzun sürən danışıqlardan sonra 4 dekabr 2021-ci il tarixindən etibarən yeni kabinet formalaşdırıldı. Yeni hökumətdə nazir qismində türk əsilli iki ad da yer alıb. Onlardan biri Amsterdam Universitetində mədəniyyət tarixi üzrə doktor, Avropa üzrə ekspert olan 49 yaşlı Günay Uslu, digəri isə İqtisadiyyat və İqlim Siyasəti üzrə Dövlət Naziri, siyasətçi Dilan Yeşilgöz-Zegeriusdur. Dilan Yeşilgöz liberal sağçı Azadlıq və Demokratiya Partiyasından (VVD) millət vəkili idi, bundan sonra isə Hollandiyanın yeni təhlükəsizlik və ədliyyə naziri olacaq.
Dilan Yeşilgöz 1977-ci ildə Ankarada dünyaya gəlib. Sonradan siyasi məsələlərlə bağlı ailəsi ilə birlikdə Hollandiyaya köçüb. Bakalavr təhsilini Amsterdam Universitetinin Sosial-Mədəni Elmlər Departamentində başa vurub. Siyasətə qədəm qoyan Dilan Yeşilgöz 2009-cu ildə liberal sağ təmayüllü Xalq Azadlıq və Demokratiya Partiyasının (Volkspartij voor Vrijheid en Democratie - VVD) üzvü olub. 2014-2017-ci illərdə Amsterdam Şəhər Şurasının üzvü seçilib. O, parlamentdə Xalq Azadlıq və Demokratiya Partiyasının enerji siyasəti, iqlim, emansipasiya və media siyasətinin sözçüsü olub.2015-2017-ci illər arasında DLR, Alman Aerokosmik Mərkəzində və Hollandiya Aerokosmik Mərkəzi NLR tərəfindən qurulan DNW-də məsləhətçi vəzifəsində çalışıb. 2017-ci ildə o, Nümayəndələr Palatasının, qanunverici orqanın, Hollandiya Baş Əyalətlərinin aşağı palatasının üzvü seçilib. 17 mart 2021-ci ildə Hollandiyada keçirilən seçkilərdən sonra Xalq Azadlıq və Demokratiya Partiyasından İqtisadi İşlər və İqlim Siyasəti üzrə Dövlət Naziri təyin edilib.
O, 2021-ci il yanvarın 3-də yenidən qurulan hökumətdə təhlükəsizlik və ədliyyə naziri olub. O, 2014-cü ildə həkim Rene Zegeriusla evlənib, Amsterdamda yaşayır. O, holland, ingilis, kürd dillərini səlis, alman dillərini isə orta səviyyədə bilir.
Faktyoxla Lab. Dilan Yeşilgözün nazir təyinatının səs-küy yaratması diqqət cəlb edib deyə onun həyat və fəaliyyətini araşdırıb.
Beləliklə, türk əsilli nazir kimi tədim olunan Dilan Yeşılgöz əslində kimdir?
Dilan Yeşilgözün həyat və fəaliyyətinə keçməmişdən əvvəl atası Yücel Yeşilgözlə bağlı bir neçə məqama diqqət yetirməliyik. Atası Yücel Yeşilgöz 12 Sentyabr 1980-ci il hərbi çevrilişdən əvvəl uzun illər İnqilabçı İşçi Həmkarlar İttifaqları Konfederasiyasında (DİSK) fəal rol oynamışdı. 80-ci il çevrilişindən sonra əvvəl İrana, daha sonra İraqa qaçan, bir az oralarda yaşayandan sonra özü kimi “inqilabçı yoldaşlarının’’ köməkliyi ilə Hollandiyaya sığınan hüquq müdafiəçisi, Türkiyənin Tunceli rayonunda anadan olmağına baxmayaraq özünü qondarma Kürdüstanda anadan olubmuş kimi tanıdan biri olub. Uzun illər Hollandiyanın Utrext Universitetinin Kriminologiya kafedrasında dosent vəzifəsində çalışıb.
Yücel Yeşilgöz 1984 – cü ildə sığındığı Hollandiyada hələ flamand dilində danışmağı öyrənmədən, müəyyən qüvvələrin təqdimatı ilə 1985 – ci ildə Utrecht Universitetində şərq dilləri və mədəniyyətləri fakultəsində Çağdaş Türk ədəbiyyatı fənnini tədris etməyə başlayıb. Yeşilgöz Türkiyədə radikal sol təşkilatlarından olan və eyni zamanda PKK – ya da yaxınlığı ilə bilinən DİSK mənsubu olduğunu iddia etməkdədir. Bu müddət ərzində Yeşilgözün niyə yaşamaq üçün Hollandiyanı seçdiyi, Hollandiyanı hardan tapdığı, Türkiyədəki bölücü və dağıdıcı terror fəaliyyətləri əsnasında qərbdən dəstək alan, Sovet sosializminin qarşısını almaq və şərqi ələ keçirmək məqsədi ilə qərbin xüsusi xidmət orqanlarının yaratdığı süni kommunist axını olan ‘Trotskiçi’ axınlarının dəstəyi ilə Hollandiya rəsmiləri ilə necə münasibətə daxil olması və heç vaxt təsdiqini tapmayan qondarma DİSK mənsubiyyəti indi də qaranlıq səhifə olaraq qalır. (Mənbə: avrupaturkgazetesi )
Amma bir fakt dəqiqdir ki, qızı Dilan Yeşilgözün tərcümeyi halında atasının onun siyasi fəaliyyətinə böyük təsiri olduğu xüsusi qeyd olunur.
Türklərin mənəvi dəyərlərindən və Milliyyətçi Hərəkat Partiyası və Ülküçülük kimi düşüncələrindən qaynaqlanan mafiya təşkilatlarının mənsubu olmaları şəklində yaratdığı əfsanə ilə alim kimi xüsusi xidmət orqanlarının nəzəriyyəsinə “Bozqurdlar” (Grey Wolves / Grijze Wolven) məfhumunu “Türk mafiyasının “Kriminologiyadakı elmi termini” kitabını Holland oxuculara təqdim edib.
Oxucular evdə aldığı bu cür tərbiyədən, ideoloji hazırlıqdan sonra övladdan məqalənin bu hissəsindən sonra söyləyəcəklərimizdə təəccüblənməzlər.
Hollandiya parlamentindəki 7 türk əslli millət vəkilindən biri olan Xalq Azadlığı və Demokratiya Partiyası (VVD) millət vəkili Dilan Yeşilgöz Zegerius da Türkiyəyə qarşı düşmənçilik yürüdən və 1915 – ci il hadisələrini qondarma “erməni soyqırımı” kimi tanıyan, Hollandiyada tez – tez Türkiyə əleyhinə danışaraq gündəmə gələnlər sırasındadır. Sadəcə, xanım Yeşilgözün kabinetindən paylaşdığı şəklə baxdığımız zaman heç şübhəsiz bir sıra həqiqətləri anlayacağıq.
Belə ki, Dilan Yeşilgözün ilk əvvəl sosial mediada, daha sonra isə mətbuatda paylaşılan şəkillərindən birində incə bir detal gizlənib. Yeşilgözün qarşısında dayanlb şəkil çəkdirdiyi fotoda Ermənistanın Qarabağı işğal etməsi ilə bağlı sublimal mesajlar gizlənib. Belə ki, 1990 – cı illərdə Ermənistan Qarabağı işgalı zamanı 106 yaşındaki bir ermeni qadın əlində AK-47 Kalaşnikov avtomatı ilə görünür.
Bu foto Ermənistanın Qarabağda apardıqları işğalçı müharibədə qadınların da iştiakını sübut edən simvola çevrilmişdi. (Mənbə )
Digər fakt. 2016 – cı ildə Hollandiyanın RTL-Z telekanalında efirə gedən ‘Van Liempt Live’ verilişində Əhməd Erdoğan və Mehmet Akkoçun qonaq qismində dəvət edilmişdilər. Onlar Türkiyə prezidenti Ərdoğanın Almaniya və digər Avropa dövlətlərində başladılmış təhqir kampaniyasını durdurmaq üçün başladılan məhkəmə iddiasını müzakirə edirdilər. Verilişin digər qonağı isə 2014 – cü ildə Hollandiyada bələdiyyə seçkilərində 45 nəfərlik Amstrdam şəhər bələdiyyəsinə hökümətin ən böyük ortaqlarından olan Xalq Azadlığı və Demokratiya Partiyasından (VVD) üzv seçilməyi bacaran Dilan Yeşilgöz idi. Verilişdə özündən çıxan və belə demək mümkünsə, idarəetməni itirən Dilan Yeşilgöz hədyanlar yağdırmış və türklərin Hollandiyada “dövlət içində dövlət” qurmaqda ittiham etmiş və açıq hədəf göstərmişdi. Türkiyə Cümhuriyyətinin Rotterdam şəhərində yerləşən Baş Konsulluğunun, türklərə və prezident Ərdoğana qarşı edilən həqarətlərin artmasından sonra bu kimi halların müəyyən edilməsi məqsədi ilə atdığı müvafiq addımlar və etdiyi demokratik çağırışlarla bağlı qəribə fikirlər yürüdərək, türklərə və prezident Ərdoğana həqarətin normal sayılmalı olduğunu bildirib. Amma çox qəribədir ki, həmin verilişdə Yeşilgöz türk olduğunu düşünərək ona bələdiyyə seçkilərində səs verənlər haqqında isə ümumiyyətlə danışmayıb.
Yeşilgözün ayrıca müxtəlif cinayətlərdən axtarışlarda olan Fəthullahçı Terror Təşkilatının (FETO) Avropaya qaçan üzvlərini müdafiə edən və Türkiyənin terrorla mübarizə apardığına görə Aİ’nin qardaş ölkəyə sanksiyalar həyata keçirməli olduğunu düşünən Türkiyə əleyhində təbliğat aparan birisi kimi verdiyi açıqlamalara da mətbuatda tez – tez rast gəlmək olur. ( Mənbə )
Belə ki, Dilan Yeşilgöz bir açıqlamasında "Türkiyədə mətbuat mənsublarının həbsi ilə bağlı məncə böyük səhvə yol verilib" – deyib. Türkiyə terrora qarşı mübarizəsini davam etdirərkən, o, Avropa İttifaqının “mətbuat azadlığı” çərçivəsində FETÖ jurnalistlərinin saxlanması ilə bağlı Türkiyəyə “bəsdir” deməli olduğunu müdafiə edib.
Yeşilgöz açıqlamalarında bu cümlələrdən istifadə edib:
“Bir ölkədə mətbuat həmişə azad olmalıdır. İnsan hər zaman düşündüklərini söyləməyi, yazmağı bacarmalıdır. Türkiyə bizə bu gün mümkün olmayan bir hadisəni göstərdi ki, indi fərqli düşünmək, fərqli işlər görmək mümkün deyil. Bundan sonra Avropa burada rolu öz üzərinə götürməli, təşəbbüs göstərməlidir. Hazırda Türkiyədə hökumətin mətbuata qarşı keçirdiyi əməliyyatı qəbul etmək mümkün deyil. Mətbuat azadlığı bir ölkənin ən mühüm insan hüquq və azadlıqlarından biridir. Hazırda Türkiyədə baş verənlərə inana bilmirəm. Fikrimcə, Avropa İttifaqına üzv olan ölkələr və Hollandiya bu həbslərə qarşı olmalıdır. Bu, həqiqətən inanılmaz bir şeydir. Biz bu cür təzyiqi qəbul edə bilmərik. Türk xalqına, oradakı jurnalist dostlarımıza çox yazığım gəldi. Ümid edirəm ki, Avropa bu dəfə ayağa qalxıb “bəsdir” deyəcək və Türkiyəyə sərhədlərini göstərəcək. İnanmaq istəyirəm ki, bundan sonra təzyiqlər davam etdirilməyəcək.” (Mənbə)
Bir neçə il öncə Hollandiyada bir orta məktəbdə Hz. Məhəmmədi təhqir edən müəllim işdən uzaqlaşdırılmışdı. Hz. Məhəmməd peyğəmbəri “pedofil” adlandıran müəllim tələbələri ilə də mübahisə etmişdi. Məktəb rəhbərliyi bu ifadələrə görə müəllimin işdən uzaqlaşdırıldığını açıqlamışdı. Hollandiyada bu qərar siyasi mübahisələrə və müzakirələrə səbəb olmuşdu. Parlamentdəki bəzi partiyalar, xüsusən də hökumət tərəfdaşları müəllimin fəaliyyətini dayandırmasını “fikir azadlığına müdaxilə” kimi qiymətləndirirdilər. Türkiyənin erməni soyqırımını törətdiyini etiraf edən və PKK simpatiyası ilə tanınan VVD-nin müavini Dilan Yeşilgöz texniki məşqçinin işdən çıxarılmasını “cəfəngiyyat” kimi qiymətləndirənlərdən biri idi. Türkiyə əsilli millət vəkili Tvitter hesabında bu cümlələri paylaşmışdı: “Hansı qanuna, hansı qaydaya görə bir müəllim peyğəmbəri tənqid edə bilməz? Müəllim “Məhəmmədi təhqir etdiyinə” görə niyə işdən uzaqlaşdırılıb? Bu cəfəngiyatdır. Uşaqlara azadlıq öyrətmək üçün yaranan gözəl fürsətləri qaçırırıq.”(Mənbə)
Nəticə: "Türk əsilli" kimi təqdim edilən Hollandiyanın yeni təhlükəsizlik və ədliyyə naziri Dilan Yeşilgöz Zegerius tamamilə erməni və PKK tərəfdarı olmaqla yanaşı, əslində Türkiyə və Azərbaycan əleyhinə fəaliyyət göstərən Türk düşmənidir. O, “MƏN APO KİMİ İŞLƏMİRDİM, İNQILAB VƏ KÜRDÜSTAN ÜÇÜN O, MƏNDƏN ÇOX ÇALIŞIRDI” deyən atanın qızıdır. Onun bundan sonra necə davranacağını təxmin etmək çox da çətin deyil.