İranmeyilli teleqram kanallarından biri yaşayış binasının həyətində skamyaların taxtalarını kəsib, qış üçün odun tədarükü görən alman qadının fotosunu paylaşıb. Fotonun başlığı isə belədir: “Almanlar qışa hazırlaşır”.

Bu foto ilə bağlı araşdırma apardıqda bəlli oldu ki, doğrudan da bir qadın binanın qarşısında sakinlərin istirahəti üçün qoyulmuş skamyaların taxtalarını doğrayır. Lakin İranmeyilli kanalın qeyd etdiyi kimi, hadisə Almaniyada deyil, Kiyevdə, Dnepr rayonunda baş verib. Özü də 20 iyul 2021-ci ildə. mənbə

Ukrayna mediasının yaydığı məlumata görə, Kiyevin Dnepr rayon sakini skamyanı gənclərin səhərə qədər təşkil etdikləri səs-küylə toplantılarından bezdiyi üçün bu addımı atıb. Sayt yazır ki, gənclər səhərə kimi içki məclisləri təşkil etdikləri, yüksək tonla danışqıları, güldükləri, səs-küy saldıqları üçün yatmaq mümkün olmur. Dəfələrlə gənclərin özlərinə, yerli polis işçilərinə, mənzil istismar sahəsinə şikayət etsə də heç bir nəticə olmayıb. Bu səbəbdən belə radikal mübarizə üsulu seçib.

İranmeyilli kanalın adi bir hadisəni siyasiləşdirməsi isə normal haldır. Onlar bununla Avropanın qışda çətinliklər yaşayacağına, istilik enerjisinin olmayacağına işarə edirlər. Qeyd edildi ki, hadisə ötən ilin yay aylarında baş verib və o zaman “Ukrayna müharibəsi” başlamamışdı. Məlumat saxtadır.