Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra sosial mediada müxtəlif foto və videolar yayılır. Zəlzələ zonasından çəkilən həqiqi və yeni fotolarla yanaşı bu faciəyə aidiyyatı olmayan kadrlara da rast gəlinir. Rastımıza çıxqıqca belə yanlış informasiyalar haqda məlumat verəcəyik. Hələlik pozitiv yalandan başlayaq.

Dağıntılar altında qalan sahibinin yanında sona qədər dayanmış itin fotosu sosial mediada sürətlə yayılır. İddia edilir ki, bu foto 6 fevral 2023-cü ildə baş verən dəhşətli zəlzələdən sonra Türkiyədə şəkilib.

Faktyoxla Lab. bu iddianın həqiqiliyini yoxlayıb. 

Bu mənbələr (mənbə1, mənbə2) fotonun 6 fevral faciəsinə aidiyyatı olmadığını bildirirlər. Bu mənbə isə 2020 İzmir zəlzələsi zamanı çəkildiyini deyir.

Bəzən bu fotonun 24 yanvar 2020-ci ildə Elaziğdə, bəzən isə 30 oktyabr 2020-ci il İzmir zəlzələsində çəkildiyi söylənilir.

Maraqlıdır ki, bu fotoya 26 noyabr 2019-cu ildə Albaniyada 6,4 gücündə meydana gəlmiş zəlzələdən sonra bu ölkəyə aid olması haqda paylaşımlara rast gəlinir. Həmin tarixlərdə “Elinika Hoaxes” yunan faktyoxla saytı fotonun Albaniyaya aid olmadığını bəlli etmişdir.

Əslində bu fotoya 2018-ci ildən bəri rast gəlinir. Fotonun müəllifi Yaroslav Noskadır. 

Noskanın oxşar məzmunlu fotoları həmin ildən yayılır.