Türkiyədə 6 fevral 2023-cü ildə baş verən dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması işləri davam edir. Amma bu arada sosial media öz ampuasındadır. Baş verən dəhşətli təbii fəlakətdən sonra sosial mediada müxtəlif foto və videolar yayılır. Zəlzələ zonasından çəkilən həqiqi və yeni fotolarla yanaşı bu faciəyə aidiyyatı olmayan kadrlara da rast gəlinir. Bundan əvvəlki faktyoxlamızda qeyd etmişdik ki, belə yanlış informasiyalar haqda məlumat verəcəyik.

Şübhə oyadan paylaşımçlardan birini təqdim edirik. Bir uşağın zəlzələdən sonra dağınıtı qalıqları üzərində ağladığını əks etdirən ürəkdağlayıcı fotosu sosial mediada sürətli yayılır. İddia edilir ki, foto 6 fevral zəlzələsindən sonra çəkilib.

Faktyoxla Lab. bu iddianı araşdırıb.

Tanınmış futbolçu Miralem Pyaniç İnstagramda Türkiyədə baş verən dəhşətli zəlzələ ilə bağlı paylaşımına məhz bu fotonu əlavə edib.

Həmin paylaşımın aşağı hissəsində "İnstagram" fotonun həqiqət olmadığı haqda qeyd verib. Həmin qeyddə 2 mənbənin faktyoxla araşdırması təqdim olunur. Bunlardan biri tnınmış AP (Associated Press) , digəri isə Reuters-di. 

AP-nin iddiasına görə 2018-ci ildə, Reuters-in iddiasına görə isə foto 2021-ci ildə çəkilib və hər iki mənbə fotonun Türkiyəyə aid olmadığı qənaətindədir. 

Bu foto “tərsinə axtarış” metodu ilə araşdırıldıqda bəlli olur ki, uşağın fotosu yeganə deyil, bir neçə fotonun arasından seçilib. Digər fotolarda bir kişinin (ehtimal ki, atasıdır) uşağın yanına gəldiyi və onu qucaqlayaraq bu dəhşətli görüntüləri seyr etdiyi məlum olur. 

Bir çox mənbələrdə fotonun Ukraynada çəkildiyi qeyd edilir. 

Amma burada uyğunsuzluq da diqqəti cəlb edir. Belə ki, mart ayında (Rusiyanın bu ölkəyə hücumundan 1 ay sonra) Ukraynada havaların çox sərt olduğu bəllidir. Amma fotoda görünən kişi qoluqısa köynəkdə görüntülənir.

Bu fotolarda isə uşağın dağıntılardan affekt vəziyyətində olması iddiası ümumiyyətlə təsdiqlənmir.

Nəticə: Dağıntılar üzərində ağlayan uşağın fotosunun Türkiyədəki 6 fevral zəlzələsinə aidiyyatı yoxdur.