Qarabağda məskunlaşan erməniəsilli əhalinin vəziyyəti ilə bağlı beynəlxalq ictimaiyyəti daim aldatmağa çalışan Ermənistan rəsmiləri özlərini növbəti dəfə ifşa ediblər.

Faktyoxla Lab. Ermənistan XİN-in rəsmi saytında yayılan bir məlumatda uyğunsuzluğu (saxta məlumatı) aşkar edib.

Belə ki, Ermənistan XİN-in rəsmi məlumatına görə, qurumun rəhbəri BƏƏ-li həmkarı ilə telefon danışığı zaman Qarabağda “9 min hamilə qadının “blokadadan” əziyyət çəkdyini” dilə gətirib. 

Halbuki, Ermənistanın BMT yanında daimi nümayəndəsinin BMT Təhlükəsizlik Şurasının prezidentinə ünvanladığı 11 avqust tarixli məktubunda isə təxminən 2 minə yaxın hamilə qadının “pis qidalanma şəraitində mübarizə apardığı” qeyd olunur.

 

Ermənistan XİN rəhbərinin səsləndirdiyi “9 min” rəqəminin həddindən artıq şişirdilmiş rəqəm olduğunu anlayan erməni rəsmiləri, dərhal bu saxta xəbərə “düzəliş” veriblər. Rəsmi səhifədə “9000” rəqəmi “2000” ilə əvəz olunub.

Lakin burada da saxtakarlıqlarını gizlədə bilməyiblər. Belə ki, həmin məlumatda dəyişiklik edilib-edilməməsi ilə bağlı hər hansı fəaliyyətin olub-olmadığını http://web.archive.org/ saytının "changes" (dəyişikliklər) bölməsi ilə dəqiqləşdirə bilirik. Ermənistan XİN-in rəsmi saytında yayımlanan xəbərin linkini qeyd edilən saytda axtarış bölməsində verib, "changes" düyməsini sıxdıqda bu məlumat aşkarlanır. 

Ekranda görünən @ işarəsinə tıkladıqda isə saytda olan ilk versiya açılır: 

Məsələ bundadır ki, Ermənistan XİN-in rəsmi saytında məlumat dəyişilsə də facebookda bunu etmək mümkün deyil. Çünki “redaktə tarixçəsində” bütün dəyişikliklər qeyd olunur.

Diqqət edək: Məlumat facebook-a ilk olaraq 10 avqust tarixində 21:31-də daxil edilib.

10 avqust 2023-cü il tarixində 22:58-də ilk redaktə edilib və "9000" rəqəmi "2000"-lə əvəzlənib. 

Ermənistan XİN-in saxta məlumatını bu ölkənin tanınmış xəbər saytları da yayıblar. 

Bunlardan, news.am

 

hetq.am

 

və pastinfo.am həmin saxta rəqəmi təkrarlayıblar:

Yeri gəlmişkən, bir məqama da diqqət edək. Ermənistanın BMT yanında daimi nümayəndəsinin BMT Təhlükəsizlik Şurasının prezidentinə ünvanladığı 11 avqust tarixli məktubunda isə təxminən 2 minə yaxın hamilə qadının “pis qidalanma şəraitində mübarizə apardığı” qeyd olunsa da, Ermənistan XİN-in səhifəsində “dəqiq  2000” rəqəmi yazılıb. Yəni, "təxminən" sözünü yazmamaqla təbliğat dozasını aşağı salmaq istəmirlər. 

Nəticə:

Ermənistan XİN-in rəsmi saytında Qarabağda “9 min hamilə qadının “blokadadan” əziyyət çəkdiyi” yazılsa da, sonradan bu rəqəm 2000-ə  endirilib. Belə məlum olur ki, Ermənistan XİN rəhbəri BƏƏ-nin XİN rəhbəri  ilə telefon danışığı zamanı həmkarına yalan məlumat verib. Bu Ermənistanın Qarabağdakı “humanitar fəlakət” adlı yalan təbliğatının bir detalı, saxtakarlığın nümunəsidir.

P.S. Faktyoxla Lab. Qarabağ iqtisadi rayonunda əvvəlki illərin dinamikasını nəzərə alaraq, təqribən nə qədər hamilə qadının olması və Ermənistanın nə üçün 9000 və ya 2000 kimi şişirdirilmiş rəqəmlərdən istifadə etdiyi barədə araşdırma yazısını yaxın günlərdə təqdim edəcək.