İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu martın 18-də diplomu ləğv edildikdən bir gün sonra saxlanılıb. Əməliyyatda İmamoğlu ilə birlikdə şəhərin digər rayon bələdiyyə sədrləri də daxil olmaqla 87 nəfərin həbs edildiyi bildirilir.  

Media hadiələrlə bağlı Türkiyənin müxtəlif əyalətlərində etiraz aksiyaları başladığını yazır.

Bu aksiyalarla əlaqədar sosial mediada aktivlik müşahidə olunur və daha çox saxta xəbərlərə, köhnə foto və videoları yeni adı ilə təqdim etmələrə rast gəlinir.

Faktyoxla Lab. bu cür məlumatların bəzilərini araşdırıb.

İmamoğlu həbs edilən gün İstanbul sakinlərinin Saraçhanenədki Şəhər bələdiyyəsi binası qarşısına toplanması haqda bu görüntülər yayıldı.

Tərsinə foto axtarış metodu ilə axtarışa verdikdə bəlli olur ki, bu fotoda görünən meydan və böyük izdihamın nəinki İstanbula, heç Türkiyəyə də aidiyyatı yoxdur.

Video 22 dekabr 2024-cü ildə erbiyanın paytaxtı Belqradda çəkilib.

Həbslərə etiraz olaraq payaşılan digər video Anıtkabirdə tələbə andının oxunduğu anları əks etdirdiyi iddiası ilə paylaşılıb.

Bu videodan götürülmüş foto-skrini tərsinə şəkil axtarış metodu ilə axtarışa verdikdə videonun ilk dəfə 2018-ci ildə paylaşıldığını görürük.

Açar sözlərlə araşdırmalarımızı davam etdirdiyimiz zaman 29 oktyabr 2018-ci il tarixli “Yeni Çağ” qəzetinin “Minlərlə insan Anıtkabirdə andımızı oxuyur” başlıqlı xəbəri ilə qarşılaşırıq.

İstanbulda etirazların çoxunun əsasən Saraçhanedə ətrafında baş verdiyi sosial mediada qeyd olunur. Paylaşılan fotolardan birində etirazlar zamanı İstanbul metrosunda böyük sıxlığın müşahidə olunduğu və etirazçıların meydana tərəf hərəkət etdikləri bildirilib. 

Tərsinə şəkil axtarışının nəticələrinə görə, foto yeni deyil. İlk dəfə 2025-ci ilin fevralında paylaşılan fotoda güclü qar yağdıqdan sonra İstanbul metrosu əks olunub. Bir çox sosial media hesabı və xəbər saytı bu açıqlama ilə foto paylaşıb. Xəbərin fevralın 19-da paylaşıldığı görünür. Qarın yağması səbəbindən nəqliyyatın hərəkətinin pozulması ictimai nəqliyyatda sıxlığa səbəb olmuşdu.

Son hadisələrə aid edilən daha bir videoda ÖDTÜ tələbəsinin polisin atdığı gözyaşardıcı qaz bombasının etirazçı tərəfindən havadaca təpiklə geri qaytarılması əks olunub.

Tərsinə şəkil axtarışı metodu ilə müəyyən edilib ki, video nəinki İstanbulda, heç Türkiyədə 2025-ci ildə deyil, 2019-cu ildə Livanda çəkilib.