Suriyada 61 illik Baas rejiminə son qoyan vətəndaş müharibəsi ölkənin zəngin tarixi irsini də məhv edib. Terror təşkilatları tərəfindən talan edilmiş muzeylər boşaldılıb, heykəl və sikkə kimi daşınan əşyalar qanunsuz olaraq satılıb. Taleyi qeyri-müəyyən qalan artefaktlarla bağlı şayiələr və iddialar tez-tez gündəmə gələn mövzudur.
Hörümçək toru ilə örtülmüş dar, tozlu məkanda düzülmüş onlarla qızıl külçə və qızıl heykəlləri əks etdirən video sosial media platformalarında sürətlə yayılmaqdadır.


Videoda “Suriyanın cənubundakı Daraa çölündə Əl-Hara qəsəbəsində tikinti qazıntısı zamanı qızılla doldurulduğu iddia edilən mağaranın görüntüləri sosial medianın gündəmini zəbt edib.
Sosial media platforması “X”-lə yanaşı, “Facebook”, “TikTok” və “YouTube”da, türkcə və bir çox başqa dillərdə oxşar altyazılarla yayılan video böyük sayda izləyici toplayıb.

Suriya Qədim Əsərlər və Muzeylər İdarəsi sözügedən görüntülərlə bağlı açıqlama yayıb. Suriyanın rəsmi xəbər agentliyi SANA-da dərc olunan xəbərə görə, rəhbərlik bazar günü ekspertlər qrupu tərəfindən aparılan ərazinin bir binanın təməlinin inşası zamanı aşkar edilmiş Roma dövrünə aid bir türbə olduğunu açıqlayıb.

Qızılla dolu mağara ilə bağlı şayiələrin həqiqətə uyğun olmadığını qeyd edən idarə rəsmiləri qazıntılar zamanı Roma dövrünə aid saxsı qabların da üzə çıxarıldığını bildirib.

Xəbərdə təhlükəsizlik qüvvələrinin ərazini nəzarətə götürdüyü, qazıntı qruplarının elmi standartlara uyğun olaraq ərazidə və artefaktlarda sənədləşmə və arxeoloji iş apardığı bildirilib.

İdarə rəsmiləri Suriyanın mədəni irsinin elmi üsullarla qorunmalı olan milli sərvət olduğunu və əsl kəşflərin yalnız rəsmi kanallar vasitəsilə şəffaf şəkildə açıqlanacağını vurğulayıb.
“Teyit Hatti” paylaşılan şəklin fonunu araşdırıb. Müəyyən edilib ki, şəkil oktyabrın 29-da “Facebook” hesabı vasitəsilə yayılıb və təkcə bu platformada 19 milyondan çox baxış olub.
"Marcus - The Gold Chaser" adlı hesabın “Instagram” və “YouTube”-da sözügedən görüntüyə bənzər konseptlə onlarla video yayımladığı müəyyən edilib.

Hesab araşdırıldığında, xüsusilə qızıl, xəzinə və tarixi əsərlər mövzularında Süni İntellektlə videolar hazırlayaraq yüz minlərlə bəyənmə və milyonlarla baxış toplayan bir istifadəçi olduğu bəlli olub.

Nəticə:
- Şəkil real deyil, Süni İntellektdən istifadə etməklə yaradılıb;
- Suriya Qədim Əsərlər və Muzeylər İdarəsi açıqlamasında bu iddiaları təkzib edib;
- Bildirilib ki, ərazidə yalnız Roma dövrünə aid saxsı qablar aşkar edilib.
İstinad: aa.com.tr/teyithatti