Çia toxumları sosial mediada populyar "sağlam" qida məhsullarından biri hesab olunur. Onları smuzilərə, desertlərə və pəhriz reseptlərinə əlavə edirlər. Biz çia haqqında ən çox yayılmış fikirləri yoxladıq və bunlardan hansının həqiqət, hansının isə "marketinq tryuku" olduğunu aydınlaşdırdıq.
İddia 1: "Çia toxumları “Omeqa-3”-ün ən yaxşı mənbələrindən biridir"
Əslində: qismən həqiqətdir.

Çia həqiqətən böyük miqdarda “Omeqa-3” ehtiva edir, lakin bu, bitki mənşəli ALA formasıdır ki, o da orqanizmə lazım olan EPA və DHA formalarına kəskin şəkildə çevrilir. Faydası var, lakin balıq və ya balıq yağı ilə müqayisə oluna bilməz.
İddia 2: "Çia arıqlamağa kömək edir"
Əslində: daha çox mifdir.
Çəkinin azalmasına birbaşa təsirinin elmi sübutları yoxdur. Çia lifləri sayəsində toxluq hissi yaradır, ona görə də dolayı yolla iştahaya nəzarət etməyə kömək edə bilər. Lakin bu toxumlar arıqlamağa səbəb olmur.
İddia 3: "Çia toxumlarını quru halda yemək olar — islatmaq vacib deyil"
Əslində: qismən həqiqətdir, lakin potensial təhlükə var.
Çia öz çəkisindən 10 dəfədən artıq həcmdə su udmağa qadirdir. Əgər toxumları quru halda yeyib dərhal su içsəniz, onlar artıq qida borusunda və ya mədədə intensiv şəkildə şişməyə başlaya bilər. Tibbdə quru çia toxumlarının, xüsusilə udma pozğunluğu və ya həssas mədə-bağırsaq sistemi olan insanlarda udma çətinliyi və qida borusunun tıxanma riski və digər əks-təsir hallarının yaranması haqda məlumatlar var.
Nəticə: çia toxumlarını quru şəkildə istehlak etmək tövsiyə olunmur. İslatma və ya maye qidaya əlavə etmə riskləri azaldır və məhsulu həzm üçün daha təhlükəsiz edir.
İddia 4: "Çia — "superfood"dur
Əslində:: şişirtmədir.

Çiada həqiqətən çoxlu liflər, kalsium, maqnezium və antioksidantlar var. Lakin "superfood" termini marketinq anlayışıdır. Oxşar qida xüsusiyyətləri kətan toxumlarında, qoz-fındıqda və tam taxıl məhsullarında da var.
İddia 5: "Çia istənilən miqdarda yeyilə bilər"
Əslində: yalandır.
Dietoloqlar gündə 1-2 xörək qaşığı tövsiyə edirlər. Həddindən artıq istehlak yüksək lif konsentrasiyası səbəbindən şişkinlik, qəbizlik və narahatlıq yarada bilər.
İddia 6: "Çia allergiyaya səbəb ola bilər"
Əslində: həqiqətdir, lakin nadir hallarda rast gəlinir
Allergiya tez-tez rast gəlinmir, daha çox küncüt və digər toxumlara həssas olan insanlarda müşahidə olunur. Əksər hallarda məhsulun allergic təsirləri dözüləsi həddə olur.
İddia 7: "Çiada çoxlu kalsium var"
Əslində: həqiqətdir, lakin nüans var.

100 qram çiada təqribən 600-700 mq kalsium var ki, bu da süddən çoxdur. Lakin belə dozanı əldə etmək üçün çoxlu toxum yemək lazımdır və bu, həzm problemlərinə səbəb ola bilər.
İddia 8: "Çia ürək üçün faydalıdır"
Əslində: qismən həqiqətdir.
Liflər və bitki mənşəli “Omeqa-3” normal xolesterin səviyyəsini dəstəkləyə bilər. Lakin təsiri mülayimdir, yəni çia, dərmanları və ya tam müalicəni əvəz etmir.
Nəticə
Çia toxumları liflərlə və minerallarla zəngin faydalı məhsuldur. Lakin onların xüsusiyyətləri tez-tez şişirdilir. Mülayim istehlak (gündə 1-2 qaşıq) fayda verir, lakin çia arıqlamaq və ya xəstəliklərin müalicəsi üçün "möcüzəvi vasitə" deyil.