Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər 25 dekabr 2022-ci ildə Xankəndi şəhərində mitinq keçiriblər. Mitinqdən sonra erməni mediası ənənəsinə sadiq qalaraq, iştirakçıların sayı haqda inandırıcı olmayan rəqəm səsləndiriblər. (70 min nəfər)
Faktyoxla Lab. bu məlumatların səhihliyini və yayılan fotoların həqiqiliyini analiz edib.
İlk baxışda aksiya iştirakçılarının çoxluğu görünür. Lakin nəzərə alaq ki, hər hansı bir faktı özlərinə sərf etdiyi halda 3-4 dəfə şişirtməsələr, saxta məlumatı həqiqi kimi təqdim etməsələr, demək o iş üzərində erməni izi olmayıb.
25 dekabrda Xankəndidə keçirilən aksiya ilə bağlı diqqət çəkən əsas saxtakarlıq elementlərinə diqqət yetirək:
İlk olaraq, 30 oktyabr mitinqindəki kimi İrəvandan və digər şəhərlərdən iştirakçıları gətirən avtobuslar bu dəfə gözə dəymədyini qeyd etməliyik. Belə məlum olur ki, azərbaycanlı eko-aktivistlərin, QHT təmsilçilərinin, könüllülərin Xankləndi-Laçın yolunda aksiya keçirməsi bu məsələdə öz təsirini göstərib.
Mitinq iştirakçılarının sayı haqda. Ermənilərin “Bagramyan” telegram kanalı köhnə üsuldan (sahə perimetrinin hesablanması) - “google map”-lə ümumi sahəni və iştirakçı sıxlığı nisbətini əsas götürərək 65-70 min rəqəmini iddia etmişdilər. Biz, öz hesablamalarımızla bu iddiaya artıq aydınlıq gətirmişik.
Həmin hesablamanın necə aparıldığını yenidən təqdim edirik:
Açıq meydanda toplaşan insan kütləsinin sayını hesablamaq üçün Mapcheking əlavəsinə Xankəndidəki “Dirçəliş” maydanında keçirilən aksiyanın konturlarını əlavə edirik. Əldə edilən foto və videolar əsasında meydanın sağ və sol kənarlarında əhali sığlığının çox aşağı olduğunu (hər kv. metrə 0,7 nəfər), 220 metr uzunluğu, 7 metr eni olan parçanı və tirbunanın qarşısındakı boşluğu nəzərə alıb, hər kv.metrə orta hesabla 2 nəfərin düşdüyünü əsas götürərək məlumatları mapcheking əlavəsinə daxil edirik. Nəticə 17751 nəfər göstərir.
Beləliklə, 25 dekabr 2022-ci ildə Azərbaycanın Qarabağ iqtisadi rayonunda yerləşən Xankəndi şəhərində ermənilərin keçirdikləri mitinqdə 70 min deyil, 17751 nəfər toplaşıb. Erməni mənbələrinin məlumatı növbəti dəfə şişirdilib.
Bu yazını ingilis dilində bu linkdən oxumaq mümkündür
Qeyd edək ki, erməni mənbələr mitinqdə iştirak edənlərin ümumi sayını təqdim etmək üçün hər kv.m. 2,5-3 nəfər sıxlığında hesablayırlar.
Qeyd: "Bagramyan" telqram kanalının bu hesablamalarına, çertyojuna inansaq ağaclar, binaların divarları və hasarları, maşınlar, küçələrdəki lampalar da aksiyaya dəstək verərək, iştirakçı olublar.
Əslində elə ermənilərin özlərinin yaydığı fotolarda da bu göstəricilərin səhv olduğu və fotolarda müəyyən düzəlişlərin apardıldığı qənaətinə gəlmək olur.
Bu foto-analizlərə diqqət edək:
“Dirçəliş” meydanının tribunadan sol girişində küçə və bina var. Qeyd edilən yol və bina meydanı sanki yekunlaşdırır.
Bu isə erməni kanallarının yaydığı fotodur.
İndi analizə baxaq:
Erməni mənbələrin yaydığı fotodan bu anlaşılır: meydanın tribunadan sol girişindəki bina mitinqə görə 30 metr geri çəkilib ki, aksiya iştirakçıları rahat toplaşıb "70 min yalanı"nı söyləyib, belə köntöy qələbəlik fonu yarada bilsinlər?
Bu yazını rus dilində bu linkdən oxumaq mümkündür
Bundan başqa, sağ və sol girişdə iştirakçı çoxluğunu "göstərə biliblər". Əslində adi foto-illuziyadır. Ermənilər bilmədən bu kadrları da paylaşıb və bütün “zəhmətlərini” heç ediblər.
Sonda ermənilərin "70 min iştirakçı" iddiasına bir müqayisəli misalla nöqtə qoyaq. Sonuncu dünya çempionatında qalib gələn Argentinanın paytaxtı Buenos-Ayres şəhərində 18 oktyabrda keçirilən “kutlama mitinqini” yada salaq. Paytaxt Buenos-Ayresin 11 milyon sakini var və ən böyük prospektlərindən biri 9-cu Julio prospektidir ki, qələbəni qeyd etmək üçün bura on minlərlə azarkeş, şəhər sakini toplaşmışdı. Bundan sonra ardıcıllığa diqqət edək:
Demək, bura həmin prospekt və məşhur “Obelisk” qülləsinin peyk görüntüsüdür.
Bu fotolarda isə qələbəni qeyd edən "insan seli" əks olunub:
Həmin prospektdə qələbəni qeyd etməyə çıxan sakinlərin əhatə etdikləri ərazi xəritədə belə görünür və kənar prospektlərlə kəsişmələri nəzərə almasaq 3 km uzunluğunda məsafə alınır.
İndi həmin göstəriciləri mapcheking əlavəsinə yükləyək:
Bəli, 77 248. Erməni mediası bu fakta diqqət etsinlər və birdəfəlik anlasınlar ki, 900 metr uzunluğu, 70 metr eni olan meydana 70 min insanı sığışdırmaq mümkün deyil. Ona görə də dahilərdən birinin dediyi "qara otaqda qara pişiyi axtarmaq çətindir, xüsusən əgər o, həmin otaqda yoxdursa" aforizmini xatırlamaq lazım gəlir.
12 dekabrdan etibarən azərbaycanlı eko-aktivistlərin, QHT təmsilçilərinin və könüllülərin başladıqları etiraz aksiyası separatçıların son ümid yerini də əllərindən aldı. Növbəti mitinqdə açıqladıqları say özünü doğrultmadı. Biz, bu araşdırmanı aparmaqla mitinqdə iştirak edənlərin sayı ilə bağlı erməni tərəfi ilə mübahisə etmək fikrindən uzağıq. Onsuz da heç nəyi sübut etmək olmur. Biz, yalnız erməni mənbələrinin əllərində olan faktı necə şişirdərək təqdim etdiklərini, yalanı müasir texnologiyalarla necə doğru kimi çatdırdıqlarını göstərməyə çalışdıq.