Qarabağda yaşayan "hüquq müdafiəçisi" Qeqam Stepanyan Xankəndidən Ağdərəyə meyitlərin gətirilməsi üçün gedən təcili tibbi yardım maşınlarının Azərbaycan hərbçiləri tərəfindən atəşə tutulması haqda xəbər yayıb. O bildirib ki, təcili tibbi yardım maşınının sürücüsü yaralanıb.

Faktyoxla Lab. bu məlumatın dəqiqliyini yoxlaylıb.

Bu xəbərlə bağlı Azərbaycanın Müdafiə Nazirliyi açıqlama yayıb. Açıqlamada deyilir ki, Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən təcili tibbi yardım maşınına atəş açılması barədə yayılan məlumatlar tamamilə yalandır.

"Beynəlxalq ictimaiyyətdə yanlış fikir formalaşdırmaq məqsədilə yayılan bu məlumatı qəti surətdə təkzib edirik", - deyə, Müdafiə Nazirliyinin açıqlamasında qeyd olunur. 

Beləliklə, saxta məlumatlar yayması ilə tanınan "hüquq müdafiəçisi" Qeqam Stepanyanın Xankəndidən Ağdərəyə meyitlərin gətirilməsi üçün gedən təcili tibbi yardım maşınlarının Azərbaycan hərbçiləri tərəfindən atəşə tutulması haqda yaydığı xəbər saxtadır, dezinformasiya xarakterlidir. Azərbaycan hərbçiləri tərəfindən mülki əhali və mülki infrastruktur obyektləri hədəfə alınmır.