Erməni teleqram kanalları “Qırmızı bazar yaxınlığında uşaqlar itiblər. Kimdəsə bu haqda informasiya varsa 097280190 nömrəsinə zəng etsin” paylaşımına yazılmış bir mətni paylaşaraq Azərbaycan əsgərləri haqda uyğun olmayan məlumat yayırlar. Azərbaycanlı istifadəçilər adından həmin paylaşıma əlavə olunmuş mətndə deyilir: “Kimdəsə bomberlər, gizli nömrələr, internet nömrələr varsa bu nömrəyə zəng edib, bombalayın. Əgər zəng etsəniz deyin ki, “sülhməramlısınız” və uşaqları meşədə asılmış, öldürülmüş və ya necəsə görmüsünüz. Məsləhətdir ki, onları minaların çox olduğu yerdə gördüynüzü deyəsiniz.   Qoy axtaranlar minalarda parçalansınlar. Bu bic uşaqları isə ümidvaram ki, əsgərlərimizin ... qulu olublar”

 

Faktyoxla Lab. bu məlumatı doğru olub-olmadığını araşdırıb.

Bu foto-skrini mever.gr/forensics proqramında yoxladıqda bu görüntü əldə olunur.

Bu nə məna verir? Elə həmin proqramda analiz proqramının aşkar etdiyi foto-skrində “Bunun mənası nədir?” keçidinə tıkladıqda bu şərh açılır:

Bu analizə əsaslanıb bildirmək olar ki, ikiqat kvantlı analizdə JPEG görüntüdə ardıcıl sıxılma rejiminin izlərini aşkar edir. Bir şəklin birləşdirmə sahəsi digər şəklə daxil edildikdə və iki şəklin sıxılma tarixçələri fərqli olarsa, bu alqoritm tərəfindən ziddiyyət olaraq aşkar edilə bilinir. Yəni, bu  alqoritm tərəfindən aşkar edilən saxtakarlığa xas bir haldır. Əgər yapışdırılmış şəkil yüksək keyfiyyətdə yaddaşa verilərsə, bu, saxtakarlığın uğurla aşkarlanmasına gətirib çıxarmalıdır.

Beləliklə, erməni teleqram kanallarında azərbaycanlı istifadəçilər adından yayılan bu məlumat saxtadır, redaktə və montaj proqramı ilə hazırlanıb.