Rusiyalı milyarder Ruben Vardanyan 21 sentyabrda Xankəndidən video-müraciət yayıb. Həmin müraciətdə bəzi texniki məqamlar şübhə doğurub.

Bu səbəbdən Faktyoxla Lab. video-müraciətin texniki araşdırmasını aparıb.

Faktyoxla Lab.-ın texniki heyəti aşağıdakı məqamları iddia edir:

1. Video R.Vardanyanın hər iki əli ilə tutduğu tablet vasitəsilə çəkilib. Tablet çox yaxın tutulduğu üçün səs effekti çəkilişin küçədə deyil, studiya, otaq və digər qapalı yerdə aparıldığını deməyə əsas verir. Çünki kənar səslər (maşın külək və s.) demək olar ki, eşidilmir. “Background” səslə (videoda quş səsi, küləyin səsi, maşın səsi və s. kimi alt səslər) “front” səsləri (əsas səs, hazırki videoda Ruben Vardanyanın səsi) rahatlıqla ayırmaq mümkündür. Külək yalnız alt səsdə hiss olunur və kənar texniki müdaxilənin (-10 db) olduğu hiss edilir. 

2. Videoda bu məqama diqqət edək. Videoya böyüdülmüş miqyasda (zoom) baxanda saçdan ayrılmış tüklər bəzən itir, bəzən isə təkrar görünür. Bu “front görüntü” çəkilən məkandakı işıqların düzgün qurulmadığı halda baş verir. Yəni, "keying effect" nöqtələr (ləkələr) işığa qayıdanda itir, bəzən isə təkrar görünür. (keyfing effect- videonun bir hissəsini götürüb onu şəffaf etdikdə baş verən xüsusi birləşmə effektidir . Biz videonun bir hissəsini rəngə, parlaqlığa və ya hətta maskalanmaya görə seçə bilərik. Videonun şəffaf ediləcək hissəsini rəngə görə seçməyimiz xromakey manipyulyasiyası adlanır). Mütəxəssislər izah edirlər ki, belə halların baş verməməsi üçün “xromakey” çəkiliş üçün işıq projektorları və kameralar düzgün quraşdırlmalıdır.

Bu hal video görüntüdə 1:03-də də təkrarlanır: Qara ləkə gah itir, gah görünür

3. Videonun 1:22-ci dəqiqəsində “RGB” edilmiş saçın üzərində nöqtələr görünür. ( RGB ingilis sözləri "Red"(qırmızı), "Green" (yaşıl), "Blue" (göy) sözlərinin baş hərflərindən götürülüb. Rənglərin aşqar modeli- bir qayda olaraq, rənglərin bir-birinə sintez olunmasıdır. "RGB" ona görə adlanır ki, əsas rənglərin qara rəngə əlavə olunması ilə digər rənglər alınır)

Bu o deməkdir ki, saç “xromakey”-ə həssasdır və düzgün “screen matte” olunmayıb. Bir daha təkrar edirik: “front görüntü” çəkilən məkandakı işıqlar düzgün quraşdırlmadı üçün “keying effect” ləkə görünür və işığa qayıdanda itir və sonradan görünür

4. Video hazırlanarkən “Adobe After effect”, “keylight(1.2)”, “auto color”, “Track Mation”, “Stabilize” video-montaj proqram və effektlərindən istifadə olunub.

Nəticə:

- Ruben Vardanyanın video-müraciətinin Xankəndidən edildiyi şübhə doğurur. Böyük ehtimalla xüsusi proqramlar vasitəsilə qeydə alınıb.