Erməni teleqram kanalları “azərbaycanlılar sosial şəbəkələrdə Qarabağda yaşayan erməni uşaqlarının amansız qətlinə görə öz həmvətənlərinə 500 dollar təklif edirlər” başlıqlı məlumatlar yayırlar.

Faktyoxla Lab. bu məlumatın doğru olub-olmadığını araşdırıb.

Bu məlumatla bağlı teleqram kanallarında axtarış apardıqda bəlli olur ki, məlumatı anti-Azərbaycan fikirləri ilə məşhur olan, iranlı jurnalist  Salar Seyfəddininin rəhbərlik etdiyi qrupun @IR_Azariha kanalı 21 sentyabr saat 23:28-də yayıb.

Yalnız bundan sonra digər erməni kanalları qeyd edilən kanala istinad edərək məlumatı yayıblar. "re:public" 22 sentyabr tarixində, saat 10-45-də, "infoteka" isə 22 sentyabr tarixində, saat 16-57-də

Qeyd edək ki, Salar Seyfəddini qondarma qurumun “xarici işlər naziri” adlandırdıqları şəxsdən müsahibə alıb, İran mediasında yayan, Şuşa şəhərinə qondarma "şuşi" deyən, tvitter platformasında isə Azərbaycan Respublikasını "Bakı respublikası" adlandıran şəxsdir.  

Paylaşımdan görünür ki, onlar saxta Azərbaycan kanalı kimi təqdim etdikləri “PⱯTRIOT” teleqram kanalına istinad ediblər.

Hazırda bu kanal mövcud deyil, əvəzində 22 sentyabr tarixində yaranmış yeni @patriot_az fəaliyyətə başlayıb.  Bu kanalın paylaşımlarında isə şübhə doğruracaq məqamlar yetərli qədərdi.  

İndi isə bu foto-scrinin analizinə baxaq.

İran və erməni teleqram kanallarının paylaşdığı “PⱯTRIOT”-a məxsus foto-skrini mever.gr/forensics proqramında yoxladıqda bu görüntülər əldə olunur:

İzah 1. İkiqat kvantlaşdırma analizi ilə uyğunsuzluq alqoritmlə aşkar edilir. Bu alqoritmlə aşkar edilən tipik saxtakarlıq halıdır. Yəni, hər hansı bir elementin yüksək keyfiyyətli təsvirdən götürülməsi və şəkiə yerləşdirilməsi nəzərdə tutulur. Mavi təsvirdə lokallaşdırılmış qırmızı sahələr fotoya edilmiş əlavələri ehtiva edir.

İzah 2.  JPEG şəklindən hər hansı bir hissə götürülüb, digər və fərqli keyfiyyətdə başqa bir şəkilə yerləşdirildikdə, orijinal JPEG sıxılma izləri buraxır. Onları aşkar etmək üçün şəkil bütün mümkün keyfiyyət səviyyələrində yenidən sıxılır və hər bir nəticə orijinaldan çıxarılır. Şəkildə "splice" (bağlama) varsa, əlavənin əvvəlcə sıxıldığı keyfiyyət səviyyəsində "Ghost" (yəni boşluq) görünməlidir. Bu yanaşma görüntü məzmununda dəyişikliklərə qarşı həssasdır, çünki kənarlara görə yüksək lokallaşdırılmış fərqlər müxtəlif keyfiyyət səviyyələrində görünür. Bununla belə, bütöv bir lokallaşdırılmış bölgə təsvirin bütün qalan hissəsindən fərqli olaraq seçilir ki, bu da  saxtalaşdırmanın göstəricisidir.

İzah 3. Artefakt uyğunsuzluqlarını bloklanması. JPEG şəkillərini birləşdirmək, köçürmək və ya rəngləməklə dəyişdirilərkən qalan izləri göstərir. JPEG sıxılması 8×8 piksellik bitişik blokların üst-üstə düşməyən şəbəkəsinə əsaslanır. Hər hansı bir saxtakarlıq edərkən, birləşdirilmiş və ya köçürülmüş sahənin 8×8 şəbəkəsinin təsvirin qalan hissəsi ilə uyğunlaşmaması baş verir və görünən izi buraxır. 

İzah 4. Səhv səviyyəsinin təhlili. JPEG Ghosts-a çox oxşar texnikaya əsaslanır, yəni şübhəli təsvirin yenidən sıxılmış JPEG versiyasının şəklin özündən çıxarılmasıdır. JPEG Ghosts-dan fərqli olaraq, təsvirin yalnız bir versiyası çıxarılır - bizim vəziyyətimizdə, keyfiyyət 75-dir. Bundan əlavə, JPEG Ghosts-un çıxışı normallaşdırılarkən, yerli effektləri artırmaq üçün filtrlənərkən ELA çıxışı geri qaytarılır. Fərziyyə ondan ibarətdir ki, təsvirin yenidən sıxılmış versiyasını özündən çıxardıqda, daha az (və ya daha az pozucu, yüksək keyfiyyətli) sıxılmalara məruz qalmış bölgələr daha yüksək qalıq verir. Yəni, bu adi paylaşım və ya paylaşımdan foto-skrin deyil, sadəcə sözlər sonradan düzəldimiş saxta fotodur.

Beləliklə,

- Erməni teleqram kanalları “azərbaycanlılar sosial şəbəkələrdə Qarabağda yaşayan erməni uşaqlarının amansız qətlinə görə öz həmvətənlərinə 500 dollar təklif edirlər” başlıqlı məlumatlar saxtadır, heç bir əsası yoxdur.

- Təqdim edilən foto müxtəlif redaktə və montaj proqramları ilə hazırlanıb, orijinal deyil.