2019-cu ildə dünya şöhrətli “Gucci” moda evinin manikenlərə xas olmayan görünüşü ilə erməniəsilli Armine Harutunyanı podiuma çıxarması model dünyası haqda düşüncələri alt-üst etdi. "Gözəllik haqqında təsəvvürlərin məhv olduğu" bir dünya istəyən “Gucci” model seçimi ilə uzun müddət gündəmdən düşmədi. Bu günlərdə isə Armine Harutunyan “Gucci”-ni medianın gündəminə sürüməkdədir. O, Ermənistana bağlı olan "VoMA" terror təşkilatına qatıldığını, Azərbaycana qarşı müharibəyə hazırlaşdıqlarını açıqlayaraq diqqəti özünə çəkə bilib.

Bəs Armine Harutunyan kimdir? Erməni "VoMA" terror təşkilatının  fəaliyyəti nədən ibarətdir? Faktyoxla Lab. bu barədə araşdırma aparıb.

“Erməni model Armine Harutyunyan “VoMA” hərbi təlim kursunda iştirak edir” başlıqlı bir video-xəbərdə Harutunyan müxtəlif atıcı silahlardan atış məşqləri edərkən görüntülənir. “VoMa” terror təşkilatının teleqram kanalına müsahibəsində Azərbaycana hücum edəcəklərini bildirib. Həmçinin, təşkilat yeni təxribatlar və hücum cəhdləri ilə bağlı açıqlama da verib: “Azərbaycanla qeyri-adi mübarizəyə hazırlaşırıq”. ( mənbə)

Əvvəlcə, Armine Harutyunyanın kimliyinə və fəaliyyətinə diqqət yetirək. Armine Harutunyan 1997 -ci ildə İrəvanda doğulub, boya-başa çatıb. Tanınmış erməni ailəsindəndir. Dzen.ru-da rast gəldiyimiz bir mənbə əslində Armine Arutyunyanın genetik kodunu çözmək baxımından bizə önəmli ipucları verir. Belə ki, erməni mənbələrinə görə, Arminenin babası Şərqi Anadoludandır və o, 20-ci əsrin əvvəllərində həmin ərazidə türklərə qarşı xüsusi amansızlıq göstərən, quldur Andronik Ozanyanın mühafizəçisi olub. Ana babası isə Ermənistanın məşhur rəssamı Xaçatur Əzizyandır.

Arminenin ailəsi haqqında öyrəndiyimiz ancaq o oldu ki, ixtisasca həkim olan anası hər zaman qızının yaradıcılığına dəstək olmağa çalışıb. Onu gimnastikaya, xora və hətta baletə belə aparıb. Hətta qızı həkimlik əvəzinə  yaradıcılıq yolunu seçəndə də valideynləri buna qarşı çıxmayıblar. Armine orta məktəbi bitirdikdən sonra “Terlemezyan adına İncəsənət Kollecinə” daxil olub. Kolleci bitirdikdən sonra teatr institutuna, institutu bitirdikdən sonra isə İrəvanda “Betkonstrakt” adlı startap lahiyələri həyata keçirən şirkətdə qrafik dizayner kimi fəaliyyətə başlamasını Armine hər zaman sənət aləminin onu özünə cəlb etməsi və daima bu aləmin bir parçası olmaq istəyi ilə bağlayır.

2019-cu ildə baş verən bir hadisə Arminenin bütün gələcək həyatını sözün əsl mənasında dəyişib. Armine sevdiyi alman rok qrupunun çıxışlarını dinləmək üçün həftəsonu Berlinə gedib. Mediaya açıqlamasında deyir ki, o, Berlində “Gucci” model skautunun diqqətini çəkib və kastinqlərə dəvət alıb. Burada bir kiçik haşiyə çıxaq. Bir çox xarici mənbələr bir dostu tərəfindən “Gucci Maison”-un direktoruna yalnız reklam qrafik dizayneri kimi təqdim edildiyini yazır. Yəni, özünün və ətrafının dediyi kimi “Gucci” skautlarının diqqətini cəlb etməsi yalnız ilk tanışlıqdan sonra olub. mənbə    

“Gucci”nin reklam üzü seçilən, həmçinin, erməni diasporunun da ciddi dəstəkləri ilə “ilin 100 seksual modeli” arasında öz yerini alan Armineni ermənilər özləri “model kimi bütün dünyada erməni eybəcərliyini mümayiş etdirirsən” deyə ciddi qınağa gətirib, “gözəlliyi”nin isə bir qədər standartlardan kənar olduğunu əsas gətirərək lağ obyektinə çeviriblər. Bu zaman isə erməni diasporunun nümayəndələri məsələyə müdaxilə edərək, hadisədə ənənəvi olaraq “ermənifobia” işartıları axtarmağa başlayıblar. Erməni deputat Sona Kazaryan Armineni lağa qoyanları “irqçi”, “qadın düşməni” adlandırıb və bildirib ki, Arminenin nailiyyəti hamımızın qələbəsidir, ona görə də tənqid etmək əvəzinə ona dəyər verməliyik”.

Məsələ bundadır ki, “Gucci” kimi böyük brendin belə qeyri-adi seçimi nəinki tək erməniləri, eləcə də moda dünyası ilə maraqlanan-maraqlanmayan hər kəsi təəccübləndirib. Bu barədə dünyanın ən məşhur TV kanalları, qəzet və saytlar fikir bildiriblər.

Məsələn, dünya şöhrətli “forbes” yazır ki, Alessandro Mişelin rəhbərlik etdiyi “Gucci şoularında” podiuma çıxan Harutunyan İtaliya mediasında və sosial media kanallarında tənqid partlayışına səbəb olub.  “O, xarici görünüşünü təhqir edən və model kimi etibarlılığını şübhə altına alan mənfi və nifrət dolu şərhlərin hədəfinə çevrildi. 

Harutunyanın sifət cizgiləri sərtdir, uzun burnu, qalın qaşları və dərin, tünd gözləri var. Onun model gözəlliyinin “normal” qaydalara uyğun gəlməməsi artıq bir neçə ildir ki, şoularında layiqincə qiymətləndirilməyən gözəllik formalarına üstünlük verən Mişelin (Alessandro Mişel nəzərdə tutulur-red.) qəsdən seçimidir”-deyə "Forbes" yazır. 

Harutunyan "La Repubblica"-ya açıqlamasında qeyd edib ki, o, xarici görünüşü ilə bağlı ilk dəfə deyil ki, mənfi rəylər alır və bu, onu incitsə də, onlara məhəl qoymamaqda qərarlıdır. "Hər kəs tərəfindən başa düşülməsə belə, başqalarına uyğun gəlməkdən fərqli olmaq daha yaxşıdır" deyib. 

Hündürdaban ayaqqabıları və “qeyri-adi gözəlliyinin” olduğu iddia edilən, ulu babası, cəllad, terrorçu Andranik Ozanyanın şəxsi mühafizəçisi olmuş, əli günahsız insanların, uşaqların qanına batan bir erməni ailəsindən çıxan, özünü qatı erməni millətçisi olduğunu əsla gizlətməyən Armine Harutunyanın sənət aləmində “uğurları” haqda bu qədər.

Doğrudur, bu seçimlə Alessandro Mişel “Gucci” brendini pulsuz reklam etdirib, bütün dünyanın diqqətini özünə cəlb edə bilib. Mişel ola bilsin ki, yaxşı marketoloq və “PR”-çıdır, lakin heç bir halda ağıllı siyasətçi deyil. Çünki, Armine Harutunyan kimi modeli seçməklə özünü pulsuz müzakirəyə çıxarmağı bacarsa da, onun və mənsub olduğu xalqın bir xüsusa meyilliyini yaddan çıxarıb. Bu xüsus- əsrlərdən bəri erməni genetik kodlarında yazılmış terrora meyildir. Hazırda Arminenin sayəsində “Gucci” brendinin adı “terror” termini ilə yanaşı hallanır. Bunu izah etməyə çalışaq.

“VoMA” nədir? “VoMA” (Voxj Mnalu Arvest – “Sağ qalmaq sənəti”) -muzdlulara təlim keçirilməsini təşkil edən terror təşkilatıdır. Təşkilatın təməli 2014-cü ildə Rusiya Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GRU) keçmiş zabiti, əli günahsız insanların qanına batan, “Xocalı soyqırımı”nda iştirakı təsdiqlənmiş, PKK və ASALA terror təşkilatlarının təlimatçısı olmuş, Azərbaycan Baş Prokurorluğu tərəfindən axtarışa verilən xüsusi xidmət polkovniki Vova Vartanov tərəfindən qoyulub.

Terror təşkilatı yarandığı gündən Ermənistanın “düşmənləri” ilə mübarizə aparmaq üçün “hazırlıqlı arxa dayaq” və “ehtiyat ordu” yaratmağı hədəflədiyini bəyan edib. Terror təşkilatının saytında missiyaları barədə Qaregin Njdedən sitat gətirilib. Qaregin Njde isə qatı millətçi, faktiki faşist ideologiyasına malik təşkilat "Tseqakron" hərəkatının qurucusu, eyni zamanda həm “Vermaxt”-ın, həm də SSRİ KGB-sinin agenti, terroru özünə amal seçən şəxsdir.

Terrorçu və faşisti özünə ideal seçən təşkilatın elanlarından məlum olur ki, təlim keçənlər və təşkilatın rəhbər şəxslərinin ASALA terror təşkilatı ilə əlaqələri mövcuddur. ASALA terror təşkilatının “Van” əməliyyatının rəhbəri Vazgen Sisilyanın düşərgələrdə iştirakçılara təlimlər keçdiyi mətbuatda yayılıb.

Vazgen Sisilyan- 1981-ci ildə Parisdəki Türkiyə səfirliyinə hücumun, daha sonra isə 1991-ci ildə Türkiyənin Budapeştdəki səfirinin öldürülməsinin səbəbkarı, Livan ermənisidir, uzun müddət Fransada yaşayıb, ASALA- teror təşkilatının Avropa üzrə gizli rəhbəridir. 1992-ci ildə Xocalı soyqırımında iştirakına görə “Artsax müharibəsi qəhrəmanı” adına layiq görülüb. Sisilyan aprel döyüşləri, eləcə də 44 günlük müharibədə də öz terror dəstəsi ilə birlikdə iştirak edib. Hazırda “VoMA” terror təşkilatının hərbi təlimlərinə cavabdehdir. mənbə

Terror təşkilatına müxtəlif ölkələrdən, müxtəlif şəxslərdən ianələr edilir. Təşkilatın veb saytında qeyd olunur ki, hər ay 13 000$ abunədən, 11 000$ təşkilat və qurumlardan birdəfəlik köçürmələrdən, 9000$ “PayPal” vasitəsilə, 1500$ Ruben Vardanyanın bankı olan “SberBank”-dan (ümumilikdə 34,500 ABŞ dolları) vəsait cəlb olunur. Qeyd edək ki, 44 günlük müharibə zamanıVoMA” təşkilatına sentyabr ayında 88.000, oktyabrda isə 48.000 dollar vəsait köçürülüb. Bundan başqa tam ştatlı təlimatçıların əmək haqqı 7000$-dır. "VoMA" komandasının sərhəd bölgələrinə muzdluları cəlb etmək üçün xüsusi təlimatçılara 1000-3000 $ maaş verir. mənbə

Araşdırmalarla, Vladimir Vartanov və digərlərinin Azərbaycan Respublikasına və vətəndaşlarına qarşı terror aktları törətmək məqsədilə 2014-cü ildə Ermənistan Respublikası ərazisində "VoMA"  adlı hərbiləşdirilmiş təşkilat təsis edərək internet resurslarından istifadə etməklə xarici ölkələrin erməni əsilli vətəndaşlarını, eləcə də ASALA, PKK və digər terror təşkilatlarının üzvlərini "VoMA"-nın üzvülüyünə cəlb edib hərbi təlimlərdə iştiraklarını təşkil edərək “Dağ-atıcı ehtiyat batalyonu”nun (“VoMA batalyonu”) tərkibində cinayətkar birlik halında birləşmələri müəyyən edilib. mənbə

Layihənin yaradıcıları əmindirlər ki, Ermənistanın düşmənlərini hər an öldürməyə hazır olmaq üçün hər bir vətəndaş, eləcə də erməni diasporunun nümayəndələri döyüş hazırlığı keçməlidilər. “Müharibələrə və gələcək sarsıntılara hazırlaşmaq özünümüdafiədir. Bizim müttəfiqimiz ordumuzdur və biz Ermənistanda təlim keçmiş ehtiyatda olanlarıq”, - deyə təşkilatın saytında qeyd olunur.

Erməni hərbi ekspert Leonid Nersesyan “VoMA” və ümumiyyətlə erməni könüllü birləşmələri (oxu: terror birləşmələri!-red.) haqqında qələmə aldığı yazısında qeyd edir ki, könüllü birləşmələr adətən axşamlar və ya həftə sonları təlimlərdə iştirak etmək istəyən mülki könüllülərə arxalanır. Bu qrupların bəziləri, o cümlədən “VoMA” və “Tiqran Mets” Azərbaycanla sərhəddə intensiv döyüşlərdə də iştirak edirlər.( mənbə)

Araşdırmalarımız zamanı Rusiyanın zham.ru saytının baş redaktoru Vladimir Petunçun 2019 -cu ildə “VoMa-nın terror düşərgələrindəki” təlimlərindən hazırladığı yazını aşkar etdik. ABŞ-dan, Rusiyadan, Qarabağdan, hətta “Cavaxetiya”dan (Gürcüstan ərazisində ermənilərin sıx yaşadığı separatçılığa meyilli bölgə-red.) olan separatçılardan ibarət bu qruplaşmalara peşəkar erməni terrorçuları tərəfindən müxtəlif təlimlər keçirildiyini yazan Petunç qeyd edir ki, terror təşkilatının rəhbəri V.Vartanov təlimçilərin qarşısında hər gün çıxış edərək Vətən üçün yaşamağın vacib olmasından danışır və könüllüləri ruh yüksəkliyinə dəvət edirdi. 10 gün boyunca ancaq döyüş şəraitində həyatda qalmaq üçün mübarizə aparan qruplar qarşısında “VoMA”-nın da rəsmi tələbləri var: Ermənistan vətəndaşlığı və ya erməni xalqına mənsub olmaq, səfər motivasiyası və vətənpərvərlik hissi… Petunçun yazdığına görə terror təşkilatının təlim məşq toplanışlarında iştirak edənlərin əsas vəzifəsi döyüş əməliyyatları zamanı sağ qalmağı öyrənmək, yoldaşlarına dəstək olmaq və ölkənin müdafiəsində orduya kömək etməkdən ibarətdir.

“Sputnik Ermənistan”-ın müxbirlərindən biri həmin təlimlərdən birində iştirak edib və təlimlərin təsvirini belə verib: “Özünümüdafiə”, “ilk tibbi yardım”, “nişanalma”, “hədəfi vurma” vərdişlərinin hamısını İrəvanyaxınlığında təşkil edilən döyüş-atış təlimi zamanı əldə etmək olar”. Jurnalist burda fərqində olmadan bir məqamın üstünü açıb. Belə ki, o, uşaqların da silah atış təlimlərinə cəlb olunduğunu yazıb. O, deyir: “Məlum olub ki, 15 yaşlı Syuzan iştirakçılar arasında ən təcrübəlidir. Qızın fikrincə, belə təlimlər vacibdir, lakin uzunmüddətli olmalıdır.

Burada təəccüblü bir şey yoxdur. Məsələ burasındadır ki, ASALA, “Hizbullah” və digər Yaxın Şərq terror qruplaşmaları kimi “VoMA” da azyaşlılara silah və döyüş təlimi keçməsi ilə seçilir. Rəsmi telegram kanallarında yerləşdirdikləri informasiyadan məlum olur ki, 44 günlük Vətən müharibəsindən öncə işğal altında olan Kəlbəcərdə təlimlər keçiblər.  

Bundan başqa 2018-ci ilin mayında Ermənistan Təhlükəsizlik Xidməti tərəfindən cinayət tərkibli əməllərinə görə bir qrup şəxs saxlanıldığı məlumatı yayıldı. Saxlanılan şəxslərdən bəzilərinin Vova Vartanovun təşkil etdiyi kursları bitirdiyi məlum olub. Erməni KİV-ləri bu barədə yazırdı: “Ermənistan təhlükəsizlik xidməti tərəfindən saxlanılan, Ermənistanda qorxu mühiti yaratmaq niyyətilə cinayət əməkdaşlığına girən qrupun üzvləri barədə yeni məlumatlar üzə çıxıb. Saxlanılanlardan bəziləri “Sağ qalmaq sənəti” tərəfindən həyata keçirilən ödənişli kurslarda iştirak edib. “Sağ qalmaq sənəti”nin təsisçisi isə ilk diversiya kəşfiyyat dəstəsinin əsasını qoyan Vova Vartanovdur. Bununla əlaqədar erməni jurnalistlər Vartanova müraciət ediblər. O bildirib ki, Qnel Hovanissyan kurslara cəlb edilənlərə atış hazırlığı öyrədirdi”.

Mütəxəssislərin fikrincə, "GRU"-nun keçmiş zabiti olan, təxribat və diversiya işlərində püxtələşmiş Vova Vartanovun yaratdığı “VoMA” terror təşkilatı Rusiyanın "Vaqner" ÖHŞ-nin (Özəl Hərbi Şirkəti) prototipidir. Bu məqamı təsdiqləyən yetərli qədər uyğunluqlar var. Biz bir faktı qeyd edirik.

Cari ilin iyul ayında “VoMA” döyüşçülərinin "Arbat" adlı xüsusi erməni batalyonu yaradaraq Ukraynadakı döyüşlərə qoşulmaları barədə xəbərlər yayıldı. “VoMA”-nın adının gizli saxlamasına baxmayaraq, muzdluların məhz “VoMA” döyüşçüləri olduğu, Vartanovun hərbi terrorçu düşərgəsində təlim keçdikləri bilinir. Xəbərin rəsmi mənbəyi isə “Amerika Müharibə Araşdırmaları İnstitutu” (AMAİ) olub. mənbə

03 iyul 2023-cü il tarixində ermənilərin hayastan.news saytında dərc olunan məqalədə isə muzdluların şəkilləri yer alıb. Şəkillərdəki şəxsləri araşdırdıqda ortaya maraqlı məqamlar çıxır. 

Şəkildəki şəxs “Arbat” batalyonunun komandiri Hayk Qasparyandır (Abrek). Məlum olur ki, Qasparyanı "Vaqner" terror qrupunun rəhbəri Yevgeni Priqojin Rostov vilayətindəki islah müəssisələrindən məhz Ukraynaya göndərilmək üçün seçib. 

Vaqnerin yaradıcısı onu "Soledarın tutulmasına görə" medalı ilə təltif edib. Eyni zamanda telegram kanalları, o cümlədən Vaqnerlə əlaqəsi olan kanallar Hayk Qasparyanı “dövlət mükafatı alan ilk keçmiş məhbus” adlandırıblar

Hayk Qasparyan rusiyalı ermənipərəst təbliğatçı Abbas Cumaya müsahibəsində özünün də Qarabağdan olduğunu və lakin müharibə zamanı həbsdə olduğu üçün döyüşlərə qatıla bilmədiyini deyib, əgər müharibə yenidən başlayarsa müharibədə iştirak edəcəyini bildirib. 

Və erməni terror təşkilatı “VoMA”-nın rəsmi telegram kanalı Hayk Qasparyanla bağlı paylaşımı da diqqətimizdən qaçmadı.

Sonda bir daha qayıdaq “Gucci” gözəlinin təlimlərdə iştirakına. Araşdırma nəticəsində bəlli olub ki, “qeyri-adi gözəlliyi” ilə seçilən “Gucci”-nin erməni simasının “VoMA”-nın təlimlərində iştirakı ilk dəfə deyil.

Belə ki, “Sputnik Ermənistan”-ın müxbiri Viktoriya Pisarenkonun 12 dekabr 2022-ci ildə hazırladığı materialdan görünür ki, həmin dövrdə “VoMA” terror təşkilatının təşkil etdiyi kurslarda 1000-dən çox qadın atıcılıq və özünümüdafiə kursları keçib. Müxbirin hazırladığı reportajdan öyrənirik ki, kursantlar arasında təkcə evdar qadınlar və müxtəlif sahələrin nümayəndələri deyil, həmçinin erməni şou-biznesin məşhur simaları da iştirak ediblər. Yazıdan öyrənirik ki, model Armine Harutyunyan məşhur brendlə (“Gucci”) işləyə-işləyə “VOMA” terror təşkilatının "Sağlam qalmaq sənəti" adlı 10 günlük kurslarında da iştirak edib.

Armine ilk növbədə fiziki və taktiki hazırlıq vərdişlərinə yiyələnmək, eləcə də praktikada ilk tibbi yardımın əsaslarını öyrənmək istədiyini bildirib. Yazıdan öyrənirik ki, o, təlim zamanı ruh yüksəkliyi və sarsılmaz əzmkarlıq nümayiş etdirirmiş.( mənbə)

Burada kiçik bir haşiyə çıxaraq bildirək ki, Armine Harutunyan "Gucci" şirkətinin siması ola-ola "Bershka" ayaqqabılarında poz verməsi erməni sadiqliyinin göstəricisidir. 

Göründüyü kimi

-Erməni diasporunun dəstəyi ilə “Gucci”-nin reklam siması seçilən, qatı erməni milliyyətçisi Armine Harutunyan “VoMA” terror təşkilatının təlim məşq toplantılarında iştirak edir və Azərbaycanı təhdid etməkdən çəkinmir;

-“Gucci” firmasının reklam siması olduğu halda bir terror təşkilatının təlim məşq toplantılarında 2 dəfə iştirak etməsi faktına "Gucci"-nin heç bir reaksiya verməməsi təəssüf doğurur;

-Armine Harutunyanın ulu babasının Anadoluda məsum insanları qətlə yetirən Andronik Ozanyanın mühafizəçisi olması faktı və modelin milliyyətçiliklə bağlı mətbuta verdiyi açıqlamalar onu göstərir ki, erməni xisləti qətiyyən dəyişmir;

- Erməni model Armine Harutunyanın təlim – məşq toplanışınnda iştirak etdiyi “VoMA” terror təşkilatının hələ də Ermənistan ərazisində mövcudluğunu qoruması onu sübut edir ki, ermənilər qətiyyən regionda sülhün təmin olunmasında maraqlı deyillər və terror təşkilatına dövlət səviyyəsində dəstək verilir.