Xəbər verildiyi kimi, 16 aprel 2024-cü ildə Haaqada BMT-nin Beynəlxalq məhkəməsində “Ermənistan Azərbaycana qarşı” dinləmələri keçirilib. Ermənistan nümayəndə heyətinin rəhbəri Şon Merfinin Azərbaycana qarşı bir sıra iddialarla çıxış edib. Bunların arasında erməni əhalisinə qarşı irqi ayrıseçkilik, “ermənifobiya”, hərbiçilərə qarşı işgəncə faktları və s. yer alıb. Böyük əksəriyyəti saxta dəlillərlə bəzədilmiş iddialar arasında bir məqam diqqətimizi cəlb edib. Ş.Merfi çıxışında qeyd edib ki, hərbi münaqişə dövründə Azərbaycan əsgərlərində “Erməni qaçma, sonunda yorğun öləcəksən” sözləri yazılmış fərqləndirici nişan taxıblar. Çıxışın bu hissəsində sosial mediada yayılmış bir fotonunun skrini proses iştirakçılarına təqdim olunub.
Həmin fraqmenti oxucular bu linkdə 10:26-10:32 dəqiqələr aralığında görə bilərlər.
Faktyoxla Lab. bu fraqmentlə bağlı araşdırma aparıb.
Məlumat üçün bildirək ki, Ənvər Paşanın fotosu vurulmuş və məlum sözlər yazılmış şevronla bağlı 02.10.23-cü ildə araşdırmanı oxuculara təqdim etmişik.
Ənvər Paşanın fotosu olan şevron Azərbaycanlı hərbçilərin səhra geyimində
Şevrona gəldikdə isə əlavə şərh vermədən bu qeydləri bir daha təkrarlayırıq.
1. Qeyd edilən foto “Azerbaijan Airsoft” simulyasiya oyununun düşərgələrindən birində çəkilib.
Sol tərəfdə dayanan hərbi geyimli şəxsin qolundakı şevronda “Azerbaijan Airsoft Sport Club” loqosu görünür. Üzü gizlədilən hərbçinin başında məşhur “Ulduz müharibələri” ("Star wars") simulyasiya oyununun dəbilqəsi (kaska) var. Azərbaycan hərbçilərinin səhra geyimində belə dəbilqə ümumiyyətlə yoxdur.
2. Hərbçinin əynindəki səhra geyimində “MultiCam” ifadəsinə rast gəlirik. "MulticAM@"-Amerikanın “Crye Precision” şirkəti tərəfindən xüsusi olaraq hazırlanmış və istehsal edilmiş müxtəlif mühit və şəraitdə istifadə üçün nəzərdə tutulmuş kamuflyaj nümunəsidir.
Bu formadan dünyanın əksər ölkələrinin Silahlı Qüvvlərində istifadə olunur. Bu haqda məlumat yayan saytların təqdim etdikləri siyahıda Azərbaycan adına rast gəlinmir.
3. Foto və video Bakıda keçmiş zavodlardan birinin ərazisində çəkilib (işarələnmiş bina İqtisadiyyat Nazirliyinin binasıdır-red.) və hazırda həmin ərazidən “Azerbaijan Airsoft Sport Club” poliqon kimi istifadə edir.
4. Cənab Şon Merfinin təqdim etdiyi skrindən də görünür ki, paylaşım 3 avqust 2022-ci ilə aiddir.
Bu isə “Airsoft” oyununun iştirakçısının paylaşımıdır. Skrindən də görünür ki, 3 aprel 2022-ci ilə aiddir və paylaşımda “Poliqonda maraqlı şevron tapdım”-deyə yazılıb.
Nəticə:
- Haaqada BMT-nin Beynəlxalq məhkəməsində “Ermənistan Azərbaycana qarşı” dinləmələri zamanı Ermənistan nümayəndə heyətinin rəhbəri Şon Merfinin təqdim etdiyi iddialardan biri saxtadır;
- Hərbçinin geyimindəki fərqləndirici nişanın Azərbaycan Ordusunun heç bir qoşun növlərində istifadə olunmur;
- Təqdim olunan şevronlu foto “Airsoft” simulyasiya oyunun iştirakçılarından birinin oyun üçün nəzərdə tutulmuş geyimindəki şevrondan çəkilib.