OCCRP layihəsi həm də araşdırmaçı media dünyasında jurnalist adı altında hakerlik fəaliyyətini reallaşdıran, “informasiya brokerləri”, “informator”, “araşdırmaçı” adlanan, işləri informasiyanı qeyri-qanuni yolla ələ keçirməklə açıqlayan, növü naməlum bir təbəqəni formalaşdırıb. “Silikon vadisi”ndə texnoloji şirkətlər, izləmə sistemləri və data brokerləri sizi izləmək üçün gücləri birləşdirir” adlı yazıda bu prosesin məzmunu ifadə edilib. (How Tech Companies, Surveillance Outfits, and Data Brokers Join Forces to Watch YouIn Silicon Valley, data is the new oil.)

Bildiyimiz kimi, OCCRP layihəsi “Ofşor dosyeləri” ilə real mənbə göstərilmədən, insayder-xəbərçi (whistleblower) mənbəli mega-sızıntılı araşdırmaçılığın əsasını qoyub. Nə qədər təəccüblü olsa da deməliyik ki, bu işdə jurnalist-insayderlərdən çox “hakerlik fəaliyyəti” daha çox diqqət cəlb edir. Məhz bu şəbəkənin təşkil etdiyi təlimlərdə “rəqəmsal-data jurnalistika” adı altında araşdırmaçılara hakerlik və sındırılmış məlumatların oxunma metodlarının  (data digging, scraping, scooping, haking, dredging, data mining və s.) öyrədilməsi təsadüfi deyilmiş. 

Jurnalistləri haker hücumları ilə əvəzlənməsi ideyasının müəllifi Çarlz Lyuisin münasibəti maraqlıdır. Sitat: "Panama sənədləri”ndə heç kim mənbənin harada olduğunu dəqiq bilmir. Bu müdiriyyətdən incimiş işçi və ya insayderini tanıyan, yaxud ifrat solçu bir haker ola bilər. Mən hakerlərin satılmış, yaxud da cinayətkar ola biləcəyi fikri ilə razıyam. Onların bəzisi nəyisə yanlış hesab etdiyi, digəri özünə münasibətdən incidiyi üçün məlumat sızdırır".

Ç.Lyusin işlətdiyi “müdiriyyətdən incimiş işçi” ifadəsi sözgəlişi, yalnız fikirlərini çatdırmaq üçün işlədilməyib. Xatırladaq ki, “Panama sənədləri” açıqlanandan sonra “OCCRP şəbəkəsi” etdikləri kibercinayəti gizlətmək üçün dövriyyəyə belə bir məlumat buraxdılar. Oxucu kütləsi az olan “Carribean News Now” saytında yayılan bu məlumatda deyilirdi ki, Panamanın "Mossak Fonseca” hüquq şirkətinin rəhbərliyindən inciyən xanım əməkdaş qisas məqsədilə bu məlumatları mediaya sızdırıb. O vaxt ciddi müzakirələrə səbəb olan bu məlumat az keçmədi ki, dövriyyədən çıxarıldı və sayt məlumatı öz səhifəsindən sildi. 

Bu “qisas” məzmununun dövriyyəyə niyə buraxıldığını və sonradan niyə silindiyini anlamaq çətin deyil. Törədilmiş faktiki kibercinayətə məişət zəminli əfsanə uydurmaq. Fikirlərimizi faktlarla izah edirik.

“Pandora sənədləri” açıqlanandan sonra qlobal media cameəsi bu məsələyə Edvard Snoudenin münasibətini öyrənmişdi. E.Snouden bu “qalmaqallara” münasibətini istehza və sarkazmla ifadə edərək demişdir ki, “Bu çox ciddi hekayənin yumoristik tərəfi ondan ibarətdir ki, ofşorlardakı maliyyə/hüquq firmalarından iki apokaliptik sızmadan ("Panama" və "Paradise" nəzərdə tutulur - red.) sonra belə, bu sahələr hələ də nəhəng “məlumat xarabalığını” təşkil edir, onlar hələ də “Sızdırma!” lövhəsi ilə qorunur”.

Sadə dillə desək sındırılma, həkk etmə “Sızdırma” etiketi ilə maskalanır! Prosesə daha dərindən baxdıqda bir mənzərə tam aydın görünür: yeni qlobal geosiyasi layihədə “jurnalist” adı altında peşəkar IT mütəxəssislərinin, xüsusi xidmət orqanlarının, özəl maliyyə kəşfiyyat agentlərinin qlobal işbirliyi formalaşdırılıb. Beləliklə, artıq dünyada fərdi məlumatları, kredit kartlarını və s. oğurlayan yalnız hakerlər deyil, “araşdırmaçı” adı altında mütəşəkkil kiber-ordular - OCCRP, ICIJ və s. akronimli təşkilatlar məşğul olurlar.

Bu faktlara diqqət edək: “Panama” və “Pandora” dosyelərində çalışanların əksəriyyətinin OCCRP əməkdaşı, üzvü olduğu özlərinin yaydıqları məlumatlardan bəlli olur. Sızdırılan sənədlərin araşdırma sənədləri halına gətirilməsində “ICIJ” və şəbəkənin digər üzvlərinin olduğu deyilsə də əksər araşdırmaları aparan haker-developerlərin OCCRP-dən olduğu görünür:

Digər fakt: ICIJ-in saytında “Üzvlərimiz” bölməsinə baxdıqda orada jurnalistdən çox, əksəriyyətinin vəzifəsi “developer, tech-redaktor, coder, hacker” yazılan şəxsləri görmək mümkündür. 

Bir az da dəqiqləşdirək. Bildiyimiz kimi, OCCRP-nin araşdırmaçı jurnalistlər üçün hazırladığı 2 araşdırma aləti (tool) var. Bunlardan biriAraşdırma hesabatları üçün Tədqiqat Materiallarının Qlobal Reyestri olan “OCCRP Aleph”-dir.

Mütəxəssislər dəqiqləşdiriblər ki, beynəlxalq “ədalət araşdırmaçıları” 2 milyon 252 min fərdi yazışma mesajlarını sındırıb, açıq mənbələrdə yayıb və beləliklə kibercinayət törədiblər.

Belə araşdırmalardan birində aşkar olunub ki, Belarusun “Qərbi Rus” analtik protalının baş redaktoru İqor Zelenkovskinin həmkarlarına yazdığı təbrik məktubu OCCRP əməkdaşları tərəfindən həkk olunaraq açıq mənbələrdə yayıblar. Belə çıxır ki, Amerikanın “Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması Şəbəkəsi” hakerlik kimi kibercinayət törətmək bir tərəfə, bunu açıq mənbələrdə yaymaqdan çəkinmirlər. 

Təşkilatın qeyd edilən alətində Azərbaycanla bağlı faktlar çoxdur. Onlardan bəzilərini göstəririk:

OCCRP-nin qanunsuz və sərhədsiz fəaliyyəti haqda daha bir fakt. Təşkilatın əməkdaşları arasında “jurnalist” adı altında fəaliyyət göstərən xakerlər, devoloperlər və digərlərinin olduğunu artıq qeyd etdik. İndi isə saxta “araşdırmaçı”lardan birini, hərçənd belə “avatar”lar bir neçədir, gələcək araşdırmalarımıza mane olmamaq üçün hələlik ən “parlaq” nümayəndəsini təqdim edirik. Eli Moskovits (Eli Moskowitz)

Saytlarında Eli Moskovits haqda İspaniyada yaşadığı yazılıb. OCCRP-yə 2020-ci ildə qoşulub və layihənin ekoloji məsələlərini koordinasiya edir. Latın Amerikasında meşələrin qırılmasını, ərazilərin qanunsuz zəbt eilməsini, emal edilən təbii ehtiyatlardan qazanılan qanunsuz pullar və korrupsiya faktlarını aşkarladığı yazılır. Məlumatda bildirilir ki, OCCRP-yə gələnə qədər Eli Barselonda Pompeu Fabra Universitetində magistr təhsili alıb, ingilis və ispan dillərində sərbəst danışır.

Bu şəxsi araşdırmaq üçün axtarışa verdikdə OCCRP-nin saytından, “linkedIn”-dən, “muckrack”-dan (https://muckrack.com/eli-moskowitz) başqa heç bir yerdə məlumat tapmadıq. Yalnız “X” səhifəsinin mövcudluğu aşkarlandı.

Tərcümeyi-halı, 2020-ci ilə qədər yazdığı məqalələr haqda heç bir mənbədə məlumata rast gəlinmir.

Axtarışlarımızı davam etdirdik. Onun “linkedIn” səhifəsində qeyd olunub ki, 2011-2015-ci illərdə “Pitzer College”-də “Siyasi elmlər və Psixologiya” üzrə bakalavr təhsili alıb. “Pitzer College” Kaliforniyanın Klermont şəhərində yerləşir. Təbii ki, bu faktın şübhələrə aidiyyatı yoxdur, yəni Eli Moskovitsin Bosniya və ya İspaniyada yaşasa da ABŞ-də təhsil alması tamamilə mümkündür.

Bəllidir ki, bütün tanınmış Universitet və Kolleclərin rəsmi səhifələrində “məzunlar” bölümü olur. Biz “Eli Moskowitz” adlı şəxsin qeyd edilən kollecdə təhsil alıb-almadığını dəqiqləşdirmək üçün “məzunlar” bölməsində Eli Moskowitz” “Eliot Moskowitz” ifadələrini axtarışa verdik. Nəticə:

Bundan sonra Eli Moskovitsin magistr təhsili aldığı Barselonda yerləşən “Pompeu Fabra Universiteti”nin səhifəsini izlədik. Bu universitetin də məzunları arasında Eli Moskowitz” adlı şəxs aşkarlanmadı.

Dəqiqləşdirməni tamamlamaq üçün hər iki təhsil müəssisənin müvafiq qurumları ilə onlayn yazışma aparıb, sualımıza cavab axtarmağa çalışdıqda isə qeyd edilən təhsil müəssisəsindən biri yazışmanın yayılmaması şərtilə cavab verəcəklərini bildirdi. Onlar bu ad-soyadda şəxsin təmsil etdikləri təhsil müəssisəsində heç vaxt oxumadığını məlumat verdilər. Digər təhsil ocağı isə iki həftə keçməsinə baxmayaraq sorğumuzu cavablandırmayıb.   

Qeyd edilən şəxsin fotosunu (cəmi 3 fotosu var) bəlli “sima axtarış proqramlarında” tapmağa çalışdıq, nəticə olmadı. Mütəxəssislər izah edirlər ki, bu hal adətən “google” axtarış sistemi şəxsin fotosunu indeksləşdirmədikdə, yəni fotonun kökü olmadıqda baş verir.

Bu isə Süni İntellektin sima-tanıma sorğusuna cavabıdır: 29% ehtimal ki süni intellektlə hazırlanıb. 

Süni İntellektin bu nəticəsinin olduğunu da deməliyik: 1% ehimal. 

Eli Moskovitslə bağlı araşdırma nəticəsində belə nəticəyə gəlinir ki, OCCRP-nin “araşdırmaçı” jurnalist kimi təqdim etdiyi bu şəxsin ya dataları yanlış təqdim edilib, ya da real persona deyil, yaradılmış obrazdır (avatar).

Bu faktı qeyd etməkdə məqsədimiz OCCRP-dən “Eli Moskowitz” adlı şəxsdən mesaj, email alan istifadəçilərin profilin saxta olmasından və ehtimal ki, fərdi informasiyalarının oğurlanacağından xəbərdar etməkdir.   

Aşkar mənbə göstərilməməsi və sübutsuzluq “ofşor dosyeləri”nin əsas göstəricisidir. Bu iddia ilə “Etibarı sındırmaq, oğurlamaq və xəyanət etmək borcu. Mətbuat azadlığı və Panama sənədləri” adlı tədqiqatda önəmli fikirlər yer alıb. Tədqiqatda mənbəsiz və saxta sənədlərin informasiya hücumu üçün sui-istifadə edilməsi əsaslı şəkildə ifşa edilib. Xüsusi vurğulanıb ki, cəmiyyətdə şəffaflıq və dürüstlük tələb edən insanlar birinci növbədə onu pozursa, bu təhlükəli meyldir. (The Duty to Hack, Steal and Betray Confidences? Press Freedom and the ‘Paradise Papers’ affair – P.Wragg. 2018, p. 66.)