Məlumdur ki, “TikTok” alqoritmləri izləyicilərin maraq dairəsini tez öyrənir və baxış tarixçəsi əsasında oxşar, uyğun məzmun təklif edir. Baxış məlumatlarını təmizləmək izləyicilərə maraq dairənizi yeniləməyə və daha uyğun məzmunla yeni başlanğıca imkan verəcək.

Faktyoxla Lab. Amerikanın “The Verge” veb saytına istinadla “TikTok”da baxış tarixçəsini tapmaq və silməyin yolunu təqdim edir.

“TikTok”da baxış tarixini necə tapmaq olar?

* Ekranın aşağı sağ küncündə “profil” işarəsinə toxunun;

* Üst sağ küncdəki üç xəttli simvolu seçin.

* "Parametrlər və Məxfilik" və "Fəaliyyət Mərkəzi" üzərinə klikləyin.

*Bundan sonra 180 gündə baxdığınız bütün videoların olduğu qalereya görməlisiniz. Nəzərdən keçirmək istədiyiniz hər hansı bir üzərinə klikləyin.

*Baxdığınız bir və ya daha çox videonu silmək üçün:

- Baxış tarixçəsi səhifəsində yuxarı sağ küncdəki "Seç" düyməsini basın. Hər videonun yuxarı sağ küncündə boş dairələr görünəcək.

-Silmək istədiyiniz hər bir video üçün dairəni və sonra sağ alt küncdəki qırmızı "Sil" düyməsini sıxın.

- Bütün videolarınızı silmək istəyirsinizsə, sol alt küncdəki "Bütün Baxış Tarixçəsini Seçin" düyməsini (o dairələrlə işarələnəcək) və sonra "Sil" düyməsini sıxın.

Unutmayaq ki, bütün videolar silinsə belə, onlar tamamilə yoxa çıxmır. “TikTok”un baxış tarixçəsi ilə bağlı izahatında deyilir ki, “təcrübənizi optimallaşdırmaq üçün baxış tarixçəsi məlumatlarınızı bir müddət saxlamağa davam edəcəyik”.

Başqa sözlə, “TikTok” bundan sonra da alqoritmləri üçün tarixçədən az müddət də olsa istifadə edəcək.