20-ci əsrdə insanlığa qarşı törədilən cinayətlərdən biri- ermənilərin Azərbaycanın Xocalı şəhərində həyata keçirdiyi Xocalı soyqırımından 33 il vaxt keçir.

Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində dərin hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirir, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər, soyqırımı həqiqətlərini əks etdirən kitablarla həqiqəti dünya ictimaiyyətinə çatdırırlar.

İndiyə qədər 20-yə yaxın dövlətin milli qanunvericilik orqanı, həmçinin ABŞ-ın 24 ştatı, eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı və Türk Dövlətləri Təşkilatı Xocalıda dinc əhalinin qətliamını pisləyən və bunu soyqırımı və insanlıq əleyhinə cinayət aktı kimi dəyərləndirən çoxsaylı qətnamə və qərarlar qəbul ediblər.

Bu müddətdə ermənilər də sakit dayanmır, əsası olmayan faktlar səsləndirir, müxtəlif yollarla günahı öz üzərlərindən atmağa çalışırlar. Bu azmış kimi saxta saytlar, fayllar, fotolar düzəldərək Xocalı soyqırımı haqda yanlış təsəvvür yaradır, hətta bəzən Xocalı soyqırımında törədilən hərbi cinayətlərin nəticələrini lentə almış müxtəlif fotoqrafların fotolarından öz məqsədləri üçün istifadə edirlər.

Bir neçə fakt sadalayaq: 28 fevral 2019-cu ildə Tbilisidə Ermənistanın Gürcüstandakı səfirliyi və Erməni Apostol Kilsəsinin nəzdində “Ayartun” adlı Mədəni-maarif və Gənclər Mərkəzinin birgə təşkilatçılığı ilə Sumqayıt hadisələrinin 31-ci ildönümünə həsr olunan anım tədbiri keçirilməsi ilə bağlı həm səfirlik, həm də mərkəzin “Facebook” sosial şəbəkəsindəki rəsmi səhifələrində tədbirlə bağlı elan yerləşdirilib.

Elanda Sumqayıt hadisələrinə həsr edilən fotokollajda 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Xocalıda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş iki azyaşlı azərbaycanlı uşağın fotoşəkli də əlavə edilib. Həmin fotoşəkli isə Ağdamda 1 mart 1992-ci il tarixində iki rakursdan azərbaycanlı fotoqraf İlqar Cəfərov tərəfindən çəkildiyini təsdiqləyən kifayət qədər mənbə var.

Ermənilər bu yalanla özlərinin Xocalıda törətdiyi soyqırımı qurbanlarını Sumqayıtda baş vermiş hadisələr zamanı “öldürülən ermənilər” adı altında təqdim etməklə dünya ictimaiyyətini aldatmaq məqsədi güdməklə yanaşı, öz saxtakarlıqlarını ifşa edirlər.

Ermənilərin Xocalı soyqırımı qurbanlarından sui-istifadəsinə dair daha bir fakt.

Erməni saytları 18 yanvar 2015-ci il tarixində Saxta “Bakı dağıntıları”nın 25 illiyi ilə bağlı təqdim edilən foto ilə birgə xəbər yayıblar. 

Məsələ burasındadır ki, yayılan xəbərə əlavə etdikləri fotodakı şəxslər əsir götürülmüş Xocalı saklinləridir. Fotoda işarələnmiş qadın isə Mehriban Ramiz qızı Bəkirovadır. Onun əsir götürülən sonrakı 15 gün ərzində yaşadığı dəhşətli əsirlik həyatı haqda xatirələrini  bu linkdə oxuya bilərsiniz.

Yalnız onu qeyd edirik ki, fotoda görünən M.Bəkirovanın qucağındakı körpə 3 günlükdür, digər uşaq isə uzun müddət epilepsiya xəstəliyindən əziyyət çəkib. Bu qadının ikinci övladı 5 yaşlı qızı itkin düşür. Rusiyalı foto-jurnalist Viktoriya İvleva tapıb (İvlevanın Bəkirova ilə görüşü haqda qələmə aldığı məqalə bu linkdə), anasına qaytarıb, lakin keçirdiyi stresdən uşaq sonradan dünyasını dəyişib.  

Erməni saxtakarlığı tək bunlarla bitmir. Misal üçün, ermənilərin Sumqayıt və Bakı “hadisələri”nin ildönümü ilə əlaqədar 2023-cü ildə BMT-nin İrəvandakı ofisi qarşısına yürüşü zamanı qaldırdıqları pankratdakı foto da saxtadır. Həmin foto Bakıda “20 yanvar” terrorunda qətlə yetirilmiş günahsız azərbaycanlıları əks etdirir. Bu fotolar 21 yanvar 1990-cı ildə Bakıda çəkilib, fotonun müəllifi isə azərbaycanlı fotoqraf Asim Talibdir.

Xatırladaq ki, məhz bu fotodan ilk dəfə deyil ki istifadə edirlər. Onların oxşar saxtakarlığı haqda Faktyoxla Lab. dəfələrlə ifşa məqalələri dərc edib.

Erməni məkri və saxtakarlığı haqda daha bir fakt.

Erməni mediası 2011-ci ildən etibarən saxta xocali.net saytına istinad edərək Xocalı soyqırımı haqda məlumatların təhrif olunmasına, saxta məlumatlarla ictimaiyyəti çaşdırmağa, özlərini təmizə çıxarmağa çalışırlar. Həmin saytda Xocalı soyqırımı yaşandığı dövrlərdə Azərbaycan rəsmilərinin, jurnalistlərinin fikirləri təhrif olunaraq, kontekstdən çıxarılaraq verilir

Azərbaycana aidiyyatı olmayan, 2-ci, 3-cü dərəcəli qurama domen adlarla yaradılmış bloqlarda saxta fotolar yerləşdirərək

Azərbaycanın Xocalı soyqırımından propaqanda vasitəsi kimi istifadə etdiyi təsəvvürünü yaratmağa çalışırlar:

Hesab edirik ki, ermənilərin apardığı bu cür təbliğata qarşı ən doğru mübarizə Xocalı soyqırımından dərhal sonra bölgəyə ezam olunmuş jurnalistlərin, foto-reportyorların çəkdikləri fotolardan istifadədir. Belə jurnalistlərin sayı çox deyil, lakin məhz onların fədakarlığı ilə soyqırımı ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə təqdim edə bilirik. "Xocalıya Ədalət" Beynəlxalq Kampaniyasının veb-səhifəsində Xocalı soyqırımını və faciənin qurbanları haqda böyük foto arxiv var. 

Misal üçün, baxan kimi soyqırım dəhşətlərini bizə xatırladan bu fotoların müəllifi İlqar Cəfərovdur:

Bu fotoların müəllifi Xalid Əsgərov:

Bu fotolar rusiyalı jurnalist Viktoriya İvlevaya məxsusdur:

Bunları isə Frederik Lengeyn lentə alıb: