Axtarış

Select theme:

Mənzil kirayəsindən tutulan gəlir vergisi hansı ölkədə daha yüksəkdir?

Milli Məclisin deputatı Vüqar Bayramov 2025-ci ildə Vergi Məcələsində nəzərdə tutulan dəyişikliklərdən biri olan fiziki şəxslərin kirayədən əldə etdikləri gəlirlərdən tutulan vergi dərəcəsi ilə bağlı fikirlərini bölüşüb. İqtisadçı-deputat hesab edir ki, 2026-cı ildən etibarən evlərini rəsmi müqavilə ilə kirayə verənlər 14 faiz deyil 10 faiz vergi ödəyəcəklər, ancaq bu rəqəm yenə də çoxdur və azaldılmasına ehtiyac var. Sitat: “Kirayə vergisinin daha çox azaldılması bu sahənin daha çox ağarmasına və büdcə daxilolmalarının artmasına səbəb ola bilər. Müqayisə üçün qeyd edək ki, Moskva şəhərində fiziki şəxslər kirayədən əldə etdiyi gəlirdən cəmi 4 faiz vergi ödəyirlər. Hüquqi şəxslər üçün isə vergi dərəcəsi 6 faizdir. Əgər 14 milyon sakini olan Moskva şəhərində vergi dərəcəsi 4 faizdirsə, deməli Bakıda 10 faizlik dərəcə kifayət qədər yüksək hesab edilə bilər. Qonşu Gürcüstanda kirayə vergisi 5 faizdir.  Avstriyada aylıq kirayə gəlirinin 1500 avrodan az olduğu halda 5.76 faiz vergi tətbiq olunur”. 

Qeyd edək ki, kirayəyə verilən daşınmaz əmlakdan əldə edilən gəlirlərdən vergi hesablanması bir neçə ildir ki, vergi qanunvericliyində öz əksini tapıb və hazırkı Qanunvericiliyə əsasən, vergi dərəcəsi 14 faizdir. Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınan və daşınmaz əmlak üçün icarə haqqından gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilibsə, ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. Qeyd olunanlara əsasən, rezident fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. vergiler.az

Hökumət hesab edir ki, 14 faiz yüksəkdir və daşınmaz əmlakı icarəyə verən şəxslərin vergi yükünü azaltmaq məqsədilə daha optimal vergi dərəcəsi müəyyənləşdirmək lazımdır. Bu məqsədlə 2026-cı ilin büdcə-vergi siyasəti çərçivəsində vergi və sosial sığorta  qanunvericiliyinə dəyişikliklər layihəsi çərçivəsində “Vergi nəzarətinin təkmilləşdirilməsi” istiqaməti üzrə fiziki şəxslərin kirayə haqqı gəlirləri üzrə vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi nəzərdə tutulur.

Bəs 10 faiz vergi dərəcəsi yüksəkdirmi və yaxud digər dövlətlərdə əmlakın icarəsindən əldə edilən gəlirlərdən tutulan vergi Azərbaycandan aşağıdırmı?


İlk növbədə qeyd edək ki, beynəlxalq praktikada əmlakın vergiyə cəlb edilməsi neçə illərdir ki, vergi qanunvericliyinin əsas prinsiplərindən biri kimi əksər ölkələrdə tətbiq olunur. Hazırda daşınmaz əmlak 130-dan çox ölkədə vergiyə cəlb olunur. Əksər ölkələrdə bu vergi yerli büdcələrə daxil olur və bütün səviyyələrdə ümumi vergi gəlirlərinin 1-3 faizni təşkil edir. Vergilərin dərəcəsi isə ölkələrin müvafiq vergi qanunvericliyinə uyğun olaraq dəyişir, hətta bir çox dövlətin əmlak sektorunda daşınmaz əmlakın yerləşdiyi regionun, paytaxtın, iri şəhərlərin və digər amilərə görə, fərqli vergi dərəcələri müəyyən edilib. Ümumi götürdükdə, dünya ölkələrində əmlakın icarə vergisinin həddi 8-45 faiz arasında dəyişir, orta göstərici 22-25 faiz nisbətindədir. mənbə

Mənzil kirayəsi ilə bağlı vergi dərəcələri haqda aşağıda təqdim etdiyimiz statistik məlumatlar globalpropertyguide götürülüb

Avropada ən ağır icarə vergi dərəcəsi olan ölkə Fransadır. Bu ölkədə şəhərlər və əmlaklara görə kirayə vergiləri dəyişir. Orta vergi dərəcəsi 50 faizdir. parisrental
Hətta müxtəlif ölkələrdə ən aşağı güzəştli vergi şərtlərinin tətbiq edilməsinə baxmayaraq, 10 fazidən aşağı icarə vergi dərəcəsi yoxdur. Yəni müxtəlif sadə vətəndaşların gəlir vergisi yükünü azaltmaq üçün tətbiq edilən güzəştləri nəzərə aldıqda yekun icarə vergisinin dərəcəsi 10-17 faiz təşkil edir.

Türkiyədə mənzilin kirayəsindən hesablanan vergilər əmlakın icarə dəyərinə uyğun olaraq dəyişir və orta rəqəm təxminən 15 faiz təşkil edir. verginet
MDB və keçmiş Sovet ölkələri sırasında da bu vergi yükü Azərbaycandan yüksəkdir, hətta Moldova, Ukraynada Azərbaycandan 3-4 faiz-bənd yuxarıdır.
Belarus
da 1 fevral 2025-ci il tarixindən etibarən mənzil kirayəsi vergisi regiondan asılı olaraq sabit məbləğlərdə hesablanır. Paytaxt Minskdə ayda kirayə verilən otaq üçün 50 Belarus rublu (BYN) təşkil edir. Bir BYN 0,29 USD və ya 0,50 AZN-dirsə, bizim pulla 25 manat ödənildiyi məlum olur. Yəni birotaqlı mənzil üçün bu ölkədə vergi 25 manat həcmində hesablanır. Rayon mərkəzlərində və Minsk vilayətində otaq üçün 46 BYN, iri regional şəhərlərdə (Baranoviçi, Borisov, Slutsk və s.) otaq üçün 31 BYN ödəmək lazım gəlir. Bu isə aylıq differensial vergi bölgüsü üzrə ən azı 12-15 faiz deməkdir. opyt.by


Qazaxıstan
da daşınmaz əmlakın kirayəyə verilməsi sahibkarlıq fəaliyyəti hesab olunur, buna görə də əldə edilən gəlirə görə fərdi gəlir vergisi (FGV) ödənilir. Vergi dərəcəsi gəlirin 10 faizini təşkil edir.
Ermənistan
da da əmlakın icarəsinə görə fərdi gəlir vergisi tətbiq olunur. Ermənistanda fiziki şəxslərin və ya fərdi gəlir vergisi bütün tədiyyəçilər üçün məcburidir və büdcəyə ödənilməli olan dövlət rüsumu hesab edilir. Ermənistan vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, eləcə də notariuslar və fərdi sahibkarlar vergini ödəməlidirlər. Ermənistan sakinlərinin gəliri məbləğdən asılı olmayaraq 20 faiz dərəcəsi ilə vergiyə cəlb olunur. Yalnız, daşınmaz əmlakın icarəyə verilməsi 10 və illik gəlir 151 min dolları keçdikdə əlavə 10 faiz vergi tutulur. armenpress

Rusiya (Moskva), Gürcüstan, Avstriyada aylıq kirayə gəlirinin 4-5 faiz aralığında olması və ya Azərbaycandan daha aşağı olması barədə fikirlərdə  də yanlışlıq var.

Rusiyada Mənzil Kirayəsindən Gəlir Vergisi (NDFL) Rusiya Federasiyasının sakinləri üçün 13 faiz, qeyri-rezidentlər üçün isə 30 faiz dərəcəsi ilə vergiyə cəlb olunur. realtycalendar
Moskvada mənzil fərdi sahibkar və ya özünüməşğul statusuna malik olmayan şəxs tərəfindən kirayəyə verilirsə, fərdi gəlir vergisi 13-22 faiz arasında ödənilir. realty.rbc
Rusiyada kirayədən vergi ödəməkdən imtina edən şəxslər ilk dəfə 20 faiz, növbəti dəfə 49 faiz miqdarında cərimə vergisi də ödəyir.
Yaxud, qonşu Gürcüstanda daşınmaz əmlak icarəsi 5 faiz ümumi vergiyə cəlb olunsa da, icarəyə götürülən əmlakın növündən və ümumi gəlirdən asılı olaraq ƏDV-yə cəlbedilmə də qüvvədədir. Kommersiya və ya digər əmlakları icarəyə verən və 12 təqvim ayı ərzində gəliri 100.000 laridən çox olan ev sahibləri ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməli və 18% ƏDV vergisi ödəməlidirlər. Yaşayış binaları biznesin bir hissəsi kimi icarəyə verildikdə məcburi ƏDV-yə cəlb edilmir. internationalwealth

Yaxud, aşağı vergi dərəcəsi kimi təqdim edilən Avstriyada aylıq kirayə gəlirindən hesablanan vergilər 5.76 faiz deyil, bu rəqəm hansısa bölgədə tətbiq olunan ən aşağı differensial dərəcədir. Bu ölkədə müxtəlif regionlar üzrə 10, 15, 20 faizlik vergi dərəcələrini nəzərə alsaq vergilər daha yüksəkdir. Təkcə paytaxt və iri şəhərlərdə icarə vergisinin 39,3 faiz olduğunu xatırlatmağı lazım bildik. globalpropertyguide


Beləliklə,

- Azərbaycanda mənzilin və ya daşınmaz əmlakın kirayəsindən əldə edilən gəlirlərdən hesablanan vergi dərəcəsi başqa ölkələrdən daha aşağıdır;
- Rusiya, Gürcüstan, Avstriyada kirayədən tutulan vergi dərəcəsinin Azərbaycana nisbətdə az olması barədə səslənən fikirlərdə də yanlışlıq var.

 

 

Oxşar məqalələr: