Axtarış

Select theme:

ABŞ-nin Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırdığına dair məlumat həqiqəti əks etdirmir

Dünən yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı ilə bağlı məlumatlar yayılıb.

Faktyoxla bu iddiaya aydınlıq gətirməyə çalışıb.

Bu gün ABŞ-nin Azərbaycandakı Səfirliyinin facebook” hesabında bu məlumata aydınlıq gətirilib. Səfirlikdən bildirilib ki, yerli mediada ABŞ-nin 75 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşları üçün bütün viza növlərini dayandırdığı iddiası ilə bağlı məqalələrin yayıldığı müşahidə olunub. “Bildiririk ki, bu məlumat həqiqəti əks etdirmir: sözügedən fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir. ABŞ-nin Bakıdakı səfirliyində qeyri-immiqrant viza müraciətlərinin qəbulu davam edir”-deyə, məlumatda qeyd olunur.

ABŞ Dövlət Departamenti saytının “Travel.State” bölməsinin yaydığı məlumatda doğrudan da milli təhlükəsizlik tədbirləri çərçivəsində 75 ölkənin vətəndaşları üçün yalnız immiqrant vizalarının verilməsininin müvəqqəti olaraq dayandırılması qeyd olunub.

Xatırladaq ki, qərar 21 yanvar 2026-cı ildən etibarən qüvvəyə minəcək.

Nəticə:

- ABŞ-nin Azərbaycan vətəndaşları üçün bütün viza növlərini dayandırdığına dair məlumat həqiqəti əks etdirmir;

- Viza verilməsində sözügedən müvəqqəti fasilə yalnız immiqrant (daimi yaşayış) vizalarına aiddir və turist, işgüzar səfər, tələbə və mübadilə proqramları üzrə qeyri-immiqrant viza müraciətlərinə şamil edilmir.

 

 

Oxşar məqalələr: