“Roblox” nədir?
“Roblox” yalnız müstəqil video-oyun deyil, video oyunların, sosial şəbəkənin və istifadəçi tərəfindən yaradılan məzmunun elementlərini birləşdirən böyük miqyaslı onlayn platformadır. Uşaqlar da daxil olmaqla, istifadəçilər yalnız oynamır, həm də real vaxt rejimində söhbət edir, virtual alış-verişdə iştirak edir və tanımadığı insanlarla ünsiyyət qururlar.
Əsas Faktlar:
- Gündəlik təxminən 100 milyon aktiv istifadəçi (2024);
- İstifadəçilərin təxminən 40%-i 13 yaşdan kiçik azyaşlılardılar;
- Hər gün platformaya istifadəçilər tərəfindən 40 milyondan çox məzmun yüklənir

Platformanın bu hibrid təbiətinin özəlliyindən biri təhlükəsizlik məsələsini hədsiz dərəcədə qəlizləşdirməsidir. Bir tərəfdən, “Roblox” özünü uşaqlar üçün təhlükəsiz bir məkan kimi təqdim edir, digər tərəfdən, platforma uşaq və böyüklərin eyni məkanı bölüşdüyü minimal nəzarətli açıq sosial mühit yaradır.
Açıq-saçıq məzmun və uşaq istismarı

“Bloomberg”-in 2024-cü il iyul ayında apardığı araşdırma Platformanın "sıfır tolerantlıq" iddialarına rəğmən açıq-saçıq cinsi məzmunla bağlı sistemli problem aşkar etdi:

- "Kondo oyunları" (condo games) məzmunun cinsəlləşdirilməsi üçün virtual müstəvidir. Harada ki, kodlaşmış sözlərdən istifadə edilərək moderasiya müntəzəm olaraq yanıldıla bilinir.
- Oyundaxili “çat-box”larda söhbətlər vasitəsilə pornoqrafik materiallar paylaşılır.
- Avtomatlaşdırılmış moderasiyanı keçmək üçün kod sözlərindən və vizual simvollardan istifadə edilir.
Fakt: “BBC News” "Roblox Condo" adlı iki çılpaq oyunçu personajının "Kim seks istəyir" (solda) və "Görüşmək istəyirsən?" (sağda) sözləri yazılmış nitq şarlarını təsvir etdiyi ekran görüntüsünü paylaşmışdır.

Həbs edilənlər və əsl qurbanlar
2018-ci ildən bəri ABŞ-də “Roblox” vasitəsilə tanış olduqları uşaqları qaçırdıqları və ya cinsi təcavüz etdikləri üçün ən azı 24 nəfərin, 2025-ci ilin iyun ayına qədər daha altı nəfərin həbs olunduğu mediada bildirilib.

Təsdiqlənmiş sxemlər:
1. Əlaqə yaradılması üçün oyundaxili hədiyyə və virtual valyuta təkliflərindən istifadə olunur;
2. Mütəmadi ünsiyyət saxlamaqla etimad mühiti yaradılır;
3. İntim mövzuların mərhələ-mərhələ, tədricən tətbiqi;
4. Ünsiyyət ani mesajlaşma tətbiqlərində (Discord, WhatsApp, Telegram) davam etdirilir;

5. Şantaj və intim materiallar göndərməyə məcbur edilmə hallarına rast gəlinir;
6. Bəzi hallarda zorakılıqla müşayiət olunan canlı görüşlərin də baş tutduğu haqda faklar aşkarlanıb.

“İtkin Düşmüş və İstismar Edilmiş Uşaqlar üzrə Milli Mərkəz”in (NCMEC) istismar halları ilə bağlı məlumatları:
- 2023: “Roblox”-dan 13.316 hesabat;
- 2024: Təkrarlanan hesabatlar üçün "birləşdirmə" funksiyasının tətbiqi səbəbindən “CyberTipline”-dakı hesabatların ümumi sayı 36,2 milyondan 20,5 milyona düşüb.
Moderatorlar komandası işlərinin öhdəsindən niyə gələ bilmir?
“Roblox” moderatorları (məzmun idarəçiləri) hər gün yüzlərlə uşaq təhlükəsizliyi hesabatı alırlar ki, moderasiya qrupu prosesi nizamlaya bilmir.

Strukturla bağlı problemlər:
- Hər gün 40 milyondan çox yeni məzmun yüklənir;
- Pozuntular saatlar və ya günlər keçəndən sonra silinir;
- Kodlaşmış sözlər və ya dəyişdirilmiş orfoqrafiya vasitəsilə filtrlər yanıldılır;

- İngilis dilindən başqa dillərdə moderasiya əhəmiyyətli dərəcədə zəifdir və ya mövcud deyil;
- Şəxsi oyun otaqları davamlı monitorinq üçün əlçatan deyil

Ekstremist və terrorçu qruplar: “764” Qruplaşması və qrupun “Roblox”-da fəaliyyəti
“764” Qruplaşması ABŞ Ədliyyə Nazirliyi tərəfindən terror şəbəkəsi kimi təsnif edilib və FTB tərəfindən "1-ci səviyyəli terror təhdidi” hesab olunur.

FTB “764” şəbəkəsi ilə bağlı 250-dən çox təhqiqat işi aparıb.

“764” Qruplaşması “Roblox”-dan necə istifadə edir:
- Qrup “Discord”, “Telegram”, “Roblox” və “Minecraft”-da aktivdir;

- İstismar məqsədilə gəncləri axtarıb tapmaqda rəqəmsal məkan kimi “Roblox”-dan istifadə olunur;
- Qurbanlar cinayətkarlarla “Roblox”-da tanış olur, sonra danışıqlar “Discord”-da davam etdirilir;
Qrupun “fəaliyyəti”nə daxildir:

- Yetkinlik yaşına çatmayanlara qarşı sistematik cinsi, fiziki və psixoloji zorakılıq;
- Özünə zərər yetirməyə (qurban verməyə) və heyvanlara qarşı qəddarlığa məcbur etmək;
- Qurbanları canlı yayımda zorakı hərəkətlər etməyə qısnamaq;
- Qurbanları intihar həddinə çatdırmaq (qurbanların canlı yayımda intihar etməsi hallarına rast gəlinib);

Digər ekstremist qruplar
Tədqiqatçılar “Roblox”-da “Proud Boys” və nasional-sosializmi (faşizm) və antisemitizmi təqdir edən məzmunların mövcudluğunu aşkar ediblər.

2025-ci ilin yanvar ayında Ceyms Uesli Burger adlı şəxs “Roblox”-dan ekstremist aktları açıq şəkildə dəstəkləmək və cihadçı şəhidlərə heyranlığını bildirmək üçün istifadə etdiyi məlum olub.

2023-cü ilin dekabr ayında Avstraliya Federal Polisi valideynlərə ekstremistlərin oyun platformalarından, xüsusən də “Roblox”-dan təbliğat və radikalizm üçün necə istifadə etdikləri barədə rəsmi xəbərdarlıq edib.
Psixoloji təsir və oyun asılılığı: Yeniyetmələr arasında oyun asılılığının yayılması
2024-cü il tədqiqatına görə:

- Yeniyetmələr arasında oyun asılılığının ümumi yayılması səviyyəsi 8,6% təşkil edir;
- Çində bu göstərici 11,7%-ə çatır ki, bu da dünyada ən yüksək göstəricidir;
- Yeniyetmələrdə oyun asılılığı simptomu hər il artır.
Dəqiqləşdirilmiş nəticələr
Koqnitiv pozuntular:
- Diqqətin azalması
- İmpuls nəzarəti problemləri
Emosional problemlər:

- Aqressivliyin artması
- Depressiya və narahatlıq
Davranış dəyişiklikləri:

- Gecələr valideynlərdən gizli şəkildə oyun oynamaq
- Sosial təcrid
Fizioloji nəticələr:
- Görmənin zəifləməsi, müvazinətin korlanması
- Yuxu çatışmazlığı
- Xroniki yorğunluq
Uşaqların maddi istismarı

“Roblox”, mahiyyəti və dəyəri uşaqlar tərəfindən tam dərk edilməyən “robux” adlı oyundaxili valyutadan istifadə edir.

İstismar mexanizmləri:
- Oyunlar texniki cəhətdən pulsuzdur, lakin oyundaxili alış-verişlər olmadan mərhələ adlamaq demək olar ki, mümkün deyil.
- Sosial təzyiq: "Zəif" avatarları olan uşaqlar “bullinq”ə və zorakılığa məruz qalırlar.

- Qumar oyunlarına bənzər mexanizmlər (qənimət qutuları) məcburi xərcləmələri təşviq edir.
Təsqiqlənmiş hallar:
- Minlərlə dollarlıq gizli alış-veriş;
- Valideynlər müntəzəm olaraq kartlarından “Roblox”-a gözlənilməz ödənişlər edildiyini aşkarlayırlar
2024-2025-ci illər Qlobal bloklanma dalğası: “Roblox”-u bloklayan ölkələr
Belə görünür ki, “Roblox”-un məhdudiyyətsiz yayılmasına qarşı başlanan kampaniya üçün 2024-cü il dönüş ili olub. Məhz bu ildən etibarən fəsadları ilə dolu olan platformanı bloklayan ölkələrin sayı kəskin şəkildə artıb.
Türkiyə

- Tarix: 7 Avqust 2024
- Səbəb: Uşaq istismarına səbəb ola biləcək məzmun
- Ədliyyə naziri Yılmaz Tunç dövlətin uşaqları qorumaq üçün lazımi tədbirlər görməyə borclu olduğunu bildirdi
Rusiya
- Tarix: 3 dekabr 2025-ci il
- Səbəb: “Roskomnadzor” platformanı ekstremizm və terrorizmi təbliğ edən materiallar, zorakılığa çağırışlar və LGBT məzmunu səbəbindən bloklayıb;

- Uşaqlara qarşı cinsi istismar hallarının mövcudluğu bloklanmanın səbəblərindən biri kimi göstərilib;
- Bloklama ərəfəsində platformanın Rusiyada təxminən 18 milyon istifadəçisi olduğu bildirilir.
Yaxın Şərq bölgəsi
İraq

- Tarix: 21 oktyabr 2025-ci il
- Səbəb: “İstifadəçilər arasında nəzarətsiz ünsiyyət uşaqları və yeniyetmələri istismara və kiber-şantajlara məruz qoyur”
Qətər

- Tarix: 13 Avqust 2025
- Səbəb: Zərərli qarşılıqlı əlaqələr və yetkinlik yaşına çatmayanların istismarı riskləri ilə bağlı narahatlıqlar
Küveyt
- Tarix: 21 Avqust 2025 (müvəqqəti qadağa)
- “Roblox” tərtibatçıları əlavə təhlükəsizlik tədbirləri tətbiq etmək barədə öhdəlik götürdükdən sonra qadağa qaldırıldı.
Əlcəzair

- Tarix: 8 sentyabr 2025
- Səbəb: Şirkətin uşaqları cinsi istismar və fırıldaqçılıqdan qorumaq üçün kifayət qədər alətlərinin olmaması
Digər ölkələr:
- Oman, İordaniya — giriş məhdudiyyətləri
- Çin — birdəfəlik bloklama
Bloklamanın ümumi mənzərəsi

2026-cı ilin yanvar ayından etibarən “Roblox” Əlcəzair, Çin, İraq, Oman, Qətər, Rusiya və Türkiyədə bloklanıb və ya məhdudlaşdırılıb.
Böhranlı trend: Bloklamaların əksəriyyəti 2024-2025-ci illərdə baş verib ki, bu da platformanın yaratdığı sistemli problemlərin beynəlxalq səviyyədə qəbul olunmasına işarə edir.
Azərbaycan: yüksək risk zonasında

Mövcud vəziyyət:
“Roblox” Azərbaycanda məhdudiyyətsiz fəaliyyət imkanına malikdir. Belə ki,
- Risklərlə bağlı ictimai müzakirələr aparılmır;
- Rəsmi tənzimləyicilərin mövqeyi barədə məlumat yoxdur;
- Valideynlər təhdidlərin miqyasından xəbərsizdirlər;
- Azərbaycan dilində moderasiya yoxdur.
Azərbaycanla bağlı narahatlıq niyə bu səviyyədədir?
Azərbaycan regionda “Roblox”-un hələ də heç bir məhdudiyyət qoyulmadan, tam şəkildə mövcud olduğu azsaylı ölkələrdən biridir.
1. Əsas məsələ: Azərbaycan dilində moderasiyanın olmaması

Bu o deməkdir:
- Cinayətkarlar filtrlərdən yan keçərək uşaqlarla ana dilində sərbəst ünsiyyət qura bilirlər;
- Azərbaycan dilində nalayiq məzmun avtomatlaşdırılmış sistemlər tərəfindən aşkarlanmır;
- Azərbaycan dilində danışan moderatorların olmaması səbəbindən şikayətlərə baxılma müddəti xeyli uzun çəkir;
- Mədəni- spesifik təhdidlər aşkarlanmır
Nümunə: Azərbaycan dilində hər hansı nalayiq ifadə moderasiyadan asanlıqla keçə bildiyi halda, həmin ifadənin ingilis dilindəki ekvivalenti dərhal bloklanır.
2. Hüquqi müdafiənin olmaması
Azərbaycanlı uşaqla bağlı hadisə baş verdikdə:
- “Roblox” Korporasiyası ABŞ-də yerləşir deyə qeyd edilən mövzuda məhkəmə təqibi aparılması olduqca çətindir;
- Transsərhəd işlərin araşdırılması beynəlxalq əməkdaşlıq tələb edir;
- Şirkətdən hər hansı məlumatın alınması aylar çəkə və ya qeyri-mümkün ola bilər
3. Valideynlərin az məlumatlılığı
Azərbaycanlı valideynlər:
- “Roblox”-u hələ də "zərərsiz uşaq oyunu" kimi qəbul edirlər;
- Platformadaxili “çat”ın funksiyalarından və uşaqların tanımadıqları insanlarla ünsiyyət qurma imkanlarından xəbərsizdirlər;
- Platformada cinsi istismar halları barədə məlumatsızdırlar;
- “Valideyn nəzarəti”ndən ya doğru-düzgün istifadə etmirlər, ya da yanlış yanaşırlar.
4. Azərbaycanlı uşaqlara qarşı spesifik təhdidlər
Qonşu ölkələrdə bloklanma rejiminin tətbiqindən sonra:

- Cinayətkar şəbəkələr diqqətlərini platformanın məhdudiyyətsiz fəaliyyət göstərdiyi Azərbaycan istifadəçilərinə yönəldə bilərlər;
- Dil baryeri yalançı təhlükəsizlik hissi yaradır;
- Yerli moderatorluğun olmaması platformanı “kor nöqtə”yə çevirir
Mədəni dissonans:
- Məzmunda tez-tez cəmiyyətin mühafizəkar qrupları tərəfindən qəbul edilməz materiallar olur;
- Uşaqlar arasında vaxtından əvvəl virtual-romantik münasibətlər formalaşır;
- İntim oyunlar və avatarlar.
Səviyyə 1: Minimum qorunma (Qeyri-kafi səviyyə)

- “Roblox”-un ayarlarında “Valideyn nəzarəti” aktivləşdirilməlidir;
- 13 yaşdan kiçik uşaqlar üçün söhbət deaktiv edilməlidir
- Oyun müddəti gün ərzində 1-2 saata qədər məhdudlaşdırılmalıdır
Səviyyə 2: Orta qorunma (Tövsiyə olunan səviyyə)

- 13 yaşdan kiçik uşaqlar üçün “Roblox”-un tamamilə qadağan edilməsi;
- 13-17 yaş arası yeniyetmələrin yalnız valideyn nəzarəti ilə platformaya girişi, az müddətli oynaması və çıxışına diqqət edilməlidir;
- “Çat” tarixçəsinin və yeni qəbul olunan dostların kimliklərinin davamlı nəzarətdə saxlanılması (həftəlik icmal da mümkündür)
- Onlayn-təhlükəsizlik haqqında müntəzəm maarifləndirmənin, müzakirələrin və söhbətin aparılması
Səviyyə 3: Maksimum qorunma (optimal səviyyə)

- “Roblox”-dan tamamilə imtina edilir;
- Alternativ, daha təhlükəsiz platformalardan yararlanılır;
- “Oflayn fəaliyyətlərə” — idman, yaradıcılıq və real həyatdakı qarşılıqlı, canlı əlaqələrə üstünlük verilir
Çox vacibdir:
- Uşaqla etibarlı atmosfer yaradılmalıdır: uşaq şübhəli onlayn "dostu" haqqında danışmaqdan çəkinməməlidir.

- Onlara manipulyasiyanı ayırd etmək öyrədilməlidir: "Əgər yeni tanıdığın biri aranızda olan ünsiyyəti gizli saxlamağı xahiş edərsə, bu təhlükəlidir."
- Uşağı problemi açıqladığı təqdirdə qətiyyən cəzalandırmaq olmaz - əks halda, növbəti dəfə susacaq.

Yekun
Platformada nələr mövcuddur və nələri faktlarla sübut etdik:
✓ Cinsi İstismar: 2018-ci ildən bəri ABŞ-də “Roblox” ilə əlaqəli ittihamlarla ən azı 30 nəfər həbs olunub.

✓ Terrorçu Qruplar: FTB-nin “Roblox”-dan sui-istifadə edən “764 Qrupu” haqda 250-dən çox araşdırması var;
✓ Qüsurlu moderasiya: Moderatorlar hər gün yüzlərlə hesabat alırlar ki, bunların hamısına cavab vermək fiziki cəhətdən mümkün deyil və faktiki olaraq işlərinin öhdəsindən gələ bilmirlər;
✓ Təhlükənin beynəlxalq səviyyədə qəbul olunması: 2024-2025-ci illərdə 9 ölkə platformanı bloklayıb;
✓ Azərbaycan bu mövzuda təhlükə ilə üz-üzədir: Azərbaycan dilində moderasiyanın olmaması və ölkənin coğrafi mövqeyi ciddi risklər yaradır.
Təhlükəsizlik üçün məsuliyyət kimin üzərindədir?

Azərbaycanda bu istiqamətdə tənzimləyici prosedurların gecikməsi nəzərə alınarsa, uşaqların təhlükəsizliyi üçün məsuliyyətin tamamilə valideynlərin üzərinə düşdüyünü qeyd etmək lazımdır.
Valideynlər regional bloklama tendensiyası (Türkiyə, Rusiya, Yaxın Şərq) və platformanın təsdiqlənmiş sistemli problemlərinin mövcudluğu şəraitində uşaqlarının “Roblox”-dan istifadə etməsinə icazə haqda düşünülmüş qərar verməlidirlər.