Axtarış

Select theme:

Xamneyinin dağıntılar altında qalan cəsədi göstərən şəkillər həqiqidirmi?

28 fevral 2026-cı il tarixində İranın Ali dini lideri Ayətullah Əli Xamneyi başladılan hava hücumu zamanı öldürülüb.

Xamneyinin cəsədinin dağıntılar altında qaldığını əks etdirən kadrlar sosial mediada yayılıb.

Qeyd edək ki, bu kadrlar, böyük müzakirələrə səbəb olub.  

İranın bir nömrəli siyasi fiqurunun cəsədinin mətbuata sızması mütəxəssislər tərəfindən şübhə ilə qarşılanıb.

Kölgələrdəki uyğunsuzluqlar, görüntü teksturasının hamarlığı, xilasedicilərin baxış istiqamətləri fotonun Süni İntellektlə hazırladığını iddia etməyə əsas verir. Bundan əlavə, xilasedicilərin uniformaları da İran xilasedicilərinin formalarına uyğun deyil. 

"Tərsinə ​​görüntü" axtarışında aşkar edilən fotolardan birində “SynthID” “su nişanı” görünməkdədir.

“Hive Moderation” Süni İntellekt aşkarlama alətinə görə, görüntünün 99,8%-i süni intellektlə hazırlanıb.

 

Oxşar məqalələr: