ABŞ və İsrailin İranı hədəf alan hücumlarından sonra sosial mediada Süni İntellektlə (Sİ) yaradılan şəkillərin yayılması olduqca sürətlənib. ABŞ-də yerləşən “X” sosial media platforması, yalan məlumatların yayılmasının qarşısını almaq üçün yeni qaydanın tətbiqini elan edib. Bundan sonra Sİ əsaslı saxta şəkillər və videolar paylaşan məzmun yaradıcıları/istifadəçilər sanksiyalarla üzləşəcəklər. Süni intellektlə yaradılan müharibə videolarının Sİ texnologiyasından istifadə edilərək hazırlandığını bildirməyən istifadəçilər 90 gün müddətinə gəlir paylaşımı proqramından kənarlaşdırılacaqlar. Eyni anoloji hal davam edərsə, həmin istifadəçilərin hesabları proqramdan birdəfəlik silinəcək.

“X” sosial media platformasının məsul meneceri Nikita Bier, “X” hesabından açıqlama verərək, platformada “Kontent Yaradıcısının Gəlir Paylaşımı” siyasətində bəzi dəyişikliklərin edildiyini bildirib. Bier bildirib ki, mövcud süni intellekt texnologiyasından istifadə edən insanları yanlış istiqamətləndirən şəkil və videoların yayımı yolverilməzdir və müharibə dövründə insanların bölgədən dəqiq məlumatlara çıxış əldə etməsi vacibdir.

Bier həmçinin qeyd edib ki, onlar artıq məzmunun həqiqiliyini qorumaq və informasiyalarda manipulyasiyanın qarşısını almaq üçün “yaradıcı gəlir paylaşımı” siyasətlərini yenidən nəzərdən keçirirlər. Onun sözlərinə görə, müharibə dövründə sahədən dəqiq məlumatlara çıxış çox vacibdir. Bugünkü Sİ texnologiyaları ilə insanları çaşdıra biləcək məzmun yaratmaq çox asandır.

Nikita Bier sözünü belə yekunlaşdırıb: “İcma Qeydi olan hər hansı bir yazı və ya məzmun generativ Süni İntellekt alətlərindən meta-məlumatlar (və ya digər siqnallar) ehtiva edərsə, bu barədə bizə məlumat veriləcək. “X”-in bu kritik dövrlərdə etibarlı qalmasını təmin etmək üçün siyasətlərimizi və məhsulumuzın təkmilləşdirmə prosesini davam etdirəcəyik."
Mənbə: Teyit hattı