Axtarış

Select theme:

Əməliyyatdan sonra gözləri açılan körpə videosu həqiqdirmi?

Süni intellekt və kompüter dəstəkli vizuallaşdırma texnologiyalarındakı sürətli inkişaf gerçəyi uydurmadan ayırmağı hər keçən gün daha da çətinləşdirir. Sosial media hesabları süni intellektlə istehsal olunan görüntüləri istifadəçilərin duyğularına xitab edəcək şəkildə gerçəkmiş kimi paylaşır.

ABŞ mərkəzli sosial media platforması “X”-də görmə əngəlli körpənin keçirdiyi əməliyyatın ardından ətrafını ilk dəfə gördüyü iddia edilən video paylaşılıb. Təxminən 4 milyon dəfə izlənən videoda körpənin gözlərini açmasından sonra ailəsinin sevinc gözyaşlarına qərq olduğu anlar yer alıb.

Anadolu Agentliyinin (AA) “Teyit Xətti” iddia videosunu araşdırıb. Görüntülərdəki şəxslərin üzlərində süni intellekt məhsullarında tez-tez rast gəlinən hamarlıq və plastik görünüş diqqət çəkib. Göz yaşlarının qeyri-təbii şəkildə axması və körpənin burnundakı qızartı videonun süni intellekt istehsalı olduğuna işarə edən detallardır.

Həmçinin görüntünün üzərində "Dola AI" “su nişanının” yer alması bu şübhələri təsdiqləyən detallardan biridir.

Süni intellekt aşkarlama alətləri də görüntünün 93% ehtimalla süni intellektlə hazırlandığı nəticəsini verir.

Nəticə: Video real deyil, Süni intellekt platformaları ilə hazırlanıb.

 

Oxşar məqalələr: