Türkiyə mediasında İkinici Qarabağ müharibəsi zamanı Azərbaycan tərəfinin AN -2 təyyarələrindən qeyri-ənənəvi metodla istifadə edildiyinə dair məlumat yayılıb. Üstəlik müharibənin bitməsindən aylar sonra. Guya pilotlarımız təyyarəni havaya qaldırıb, istiqaməti müyyən etdikdən sonra paraşütlə özlərini yerə atıblar. Pilotlarımızın Ermənistan hava hücumundan müdafiə qüvvələrinin “yeminə” çevrildiyiini deyən erməni teleqram kanalları isə qarabağ müharibəsi zamanı Azərbaycan tərəfdən çox pilotun məhz bu yolla öldüyünü deyirlər.

Bu doğrudurmu? Azərbaycan tərəfi heç vaxt İkinci Qarabağ Müharibəsində AN-2-dən istifadə edildiyini rəsmən təsdiqləməyib. Lakin müharibənin elə ilk günlərindən Ermənistanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğu iddia edilən çoxsaylı pilotsuz təyyarələr barədə məlumatlar yayılıb. Sonra məlum oldu ki, söhbət xalq arasında "kukruznik" adlandırılan, sovet istehsalı olan AN-2 təyyarələrindən gedir.

SSRİ dövründə AN-2 kənd təsərrüfatı, idman, nəqliyyat, təlim, hətta sərnişin təyyarəsi kimi istifadə edilib. Maraqlı olan məqam, hərbi məqsədlər üçün nəzərdə tutulmayan və hazırda istehsalı yalnız Çində “Yunşuji -5 adı altında davam edən Sovet təyyarəsinin qarabağda nə işi olub? 

Faktlar! Peykdən çəkilən şəkillər Qarabağda hərbi əməliyyatların başlamasından ay yarım əvvəl, 7 avqust 2020-ci il tarixdə Azərbaycanın Yevlax hava limanında 60-dan çox belə nəqliyyat vasitəsinin olduğunu göstərir. Ancaq 3 oktyabrda, bir neçə günlük döyüşlərdən sonra AN-2-lərin sayı 26 ədədə qədər azalıb. Hollandiyanın foto və video materiallar əsasında məlumat yayan Oryx tədqiqat qrupunun məlumatına görə, Azərbaycan müharibə dövründə yalnız 11 AN-2 təyyarəsini itirib. Lakin Azərbaycan tərəfi son illərdə bu cür təyyarələrin alındığına dair məlumat verməyib. Üstəlik Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Ermənistan tərəfdən Azərbaycanın pilotsuz təyyarəsinin məhv edilməsinə dair təqdim olunan “sübutlar”a diqqətlə baxdıqda onaların “kukruznuk” olduğu üzə çıxır. Azərbaycan tərəfi AN-2-dən istifadə etdiyini təsdiqləməyib, bunu erməni tərəfinin yaydığı saxta məlumat adlandırıb.

Maraqlı olan məqam, Azərbaycan Ordusunun sərəncamında ən müasir silah növləri olduğu halda kənd təsərrüfatı üçün nəzərdə tutulmuş “kukuruznik”lər ordunun nəyinə gərəkdir? Cavab sadədir. Bu üsulla erməni təşviqatı qrafika və animasiyadan istifadə etməklə erməni ictimaiyyətini aldatmaq istəyirlər. Azərbaycan tərəfinin bu təyyarədən istifadəsi versiyası əvvəlcə ruslar tərəfindən irəli sürülüb, sonra xarici mətbuatda təkrarlanıb. Mütəxəssislərin fikrincə, Azərbaycan Silahlı Qüvvələri, Ermənistanın hava hücumundan müdafiə sistemlərini müəyyənləşdirmək üçün yem kimi bu təyyarələri buraxıb, sonra zərbə PUA-ları ilə həmin sistemləri məhv edib. Bu metod köhnə "kukruznik”lərin ucuzluğu ilə izah olunur. Bəs bu "kukruznik”lərin qiyməti nə qədərdir? Sovet İttifaqı istehsalı olan AN-2 təyyarəsi vəziyyətinə görə, Rusiyada təxminən 8-15 milyon rubla təklif edilir. Bu da təxminən 100-200 min dollar civarında pul edir. Türkiyənin Bayraktar pilotsuz uçuş aparatının qiyməti 10 milyon dollardan çox təşkil edir. Üstəlik, erməni teleqram kanalının Türkiyə mediasının nəşri kimi təqdim etdiyi infoqrafikaya yalnız türk və erməni istifadəçilərinin bəzi Twitter hesablarında rast gəlinib.

Diqqət çəkən odur ki, bu nəşr ilk dəfə birbaşa AN-2 təyyarəsinin pilot tərəfindən havaya qaldırıldığını və daha sonra pilotun təyyarəni paraşütlə tərk etdiyini bildirir, lakin fərziyyə olaraq. Bu mənada, erməni tərəfinin təqdim etdiyi heç bir videoda vurulan təyyarədəki pilotun paraşütlərin köməyi ilə təyyarəni tərk etdiyi qeydə alınmayıb. Rusiyanın “İzvestiya” nəşrinin vurulmuş iki təyyarənin qalıqlarını araşdıran əməkdaşlarının da pilotların cəsədlərini tapmaması diqqət çəkir. Bundan əvvəl saxta.info ermənilərin ikinci Qarabağ müharibəsi zamanı onlarla pilotun həlak olmasına dair yaydığı məlumatları ifşa edib. Məsələ burasındadır ki, erməni mənbələri bu cür fərziyyələri şəhid Azərbaycan hərbçilərinin yaxasındakı qanad şəklində nişanlar əsasında irəli sürüblər.

Ermənistan mediası: Müharibə zamanı Azərbaycan Hərbi Hava Qüvvələrinin 36 pilotu həlak olub Saxta.info-nun araşdırması göstərib ki, sərhəd, tibbi xidmət, mühəndis-istehkam qoşunlarının nümayəndələri daxil olmaqla, Azərbaycan ordusunun hərbi qulluqçuları arasında qanadlı döş nişanlarına sahib olan digər hərbçilər də var. Beləliklə, ermənilərə məxsus teleqram kanalın “çox sayda öldürülmüş düşmən pilotu” barədə iddiası heç bir şəkildə təsdiqini tapmır. Bu qənaətə gəlirik ki, Azərbaycanın çox pilot itirməsinə dair ermənilərə məxsus hərbi yönümlü teleqram kanalda təqdim olunan nəticə əsassızdır.