AXCP sədri Əli Kərimli Qənimət Zahidlə canlı yayıma çıxaraq 2022-ci ilin dövlət büdcəsinə yeni dəyişiklikləri şərh edib. Təkəbbür, bəlağət və səs-küylə faktların sadalanması ilə müşaiət olunan müsahibədə səslənən iddiaların əksəriyyəti haqda zaman-zaman təkzib materialları vermişik. Budəfəki çıxış Əli Kərimlinin indiyə qədər danışdığı yalanların məcmuəsi olduğu üçün fərqli formatda cavab vermək qərarına gəldik.
Əli Kərimlinin 15 dəqiqəlik müsahibəsində 18 yalan informasiya- 1-ci hissə
Fraqment1. Əli Kərimli iddia edir ki, büdcədə dürüstləşmə nəticəsində yaranmış 2.5 milyard manat məbləğində profisitin xalqa heç bir aidiyyatı yoxdur, bu vəsaitlər xalqın mənafeyi nəzərə alınmadan bölüşdürülüb.
Bizim şərh: Rəsmi açıqlamaya görə büdcədə yaradılmış əlavə 2,5 milyard manat xərc təminatının təxminən yarısı işğaldan azad edilmiş ərazilərin bərpasına və insanların yaşayışı üçün zəruri infrastrukturların qurulmasına yönəldilib.
İndi sual olunur, 30 ildir evindən didərgin düşmüş 1 milyon insanın öz doğma yurduna qayıdışının təmin edilməsi xalqın mənafeyinə xidmət etmirmi? Məgər 1 milyon keçmiş məcburi köçkün xalqın nümayəndəsi deyil?
Büdcədə artırılmış əlavə xərclərin 193 milyon manat ərzaq təhlükəsizliyi üçün nəzərdə tutulub, bu, birbaşa xalqın mənafeyi və təhlükəsizliyi üçün deyil? Büdcədən Vətən müharibəsi zamanı bəzi rayon və şəhərlərdə zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidən qurulmasına əlavə 34 milyon manat ayrılıb. Bu kimin üçündür? Eləcə də, kiçik və orta sahibkarlara yenidən 163 milyon manat ayrılır ki, bu on minlərlə kiçik ailə təsərrüfatının imkanlarınnı yaxşılaşmasına xidmət edir. Həmin insanlar xalqa aid deyilmi? (Mənbə)
Fraqment 2. Ə. Kərimli deyir ki, 2022-ci ilin dövlət büdcəsində dəyişikliklər nəticəsində artan 2,5 milyard manat xərclərin tərkibində sosial sahəyə, o cümlədən şəhid ailələrinin, qazilərin, müharibə veteranlarının sosial təminatına yönəldilməsi üçün əlavə heç bir vəsait nəzərdə tutulmayıb, ümumiyyətlə, əlavə maliyyə təminatı sosial sahədən tamamilə yan keçib.
Bizim şərh: Az qala öz trollarının bütün şərhlərini oxumağa vaxt tapan Ə.Kərimli heç olmasa bir dəfə büdcəyə dəyişikliklər layihəsini açıb oxusaydı görərdi ki, sosial mudafiə sahəsində, əlavə sosial öhdəliklərin maliyyələşdirilməsi üçün büdcədən əlavə 519 milyon manat ayrılıb. Dürüstləşmədən sonra isə 2022-ci ilin dövlət büdcəsində sosial xərclərin məbləği 519 milyon manat artırılmaqla ümumilikdə artımın məbləği son bir il ərzində 2 milyard 250 milyon manata çatmış oldu. Və yaxud sosial xərclərin həcmi yenidən 2 faiz-bənd artmaqla büdcədəki payı 48 faizi ötür.
Fraqment 3.
Bizim şərh: Bu qədər savadsızlıq olmaz. Pensiya yaşının artırılmasının büdcəyə nə dəxli var? Axı, pensiyaçıların yaş həddinin artırılması “Əmək pensiyaları haqqında” Qanunla tənzimlənir və büdcə zərfi çərçivəsində deyil, ayrıca qanun layihəsi kimi müzakirə edilərək müvafiq dəyişikliklər olunur.
Əli Kərimlinin 15 dəqiqəlik müsahibəsində 18 yalan informasiya- 2-ci hissə
Fraqment 4.
Bizim şərh: Yenə də məqsədli dezinformasiya ilə məşğuldur. Diqqətlə baxsa görər ki, elə hərbi xərclərin artırılmasında əsas mənbələrdən birini məhz son 5 ayda artan neft gəlirləri təşkil edir. Büdcədə neft gəlirləri 848 milyon manat artırılır və ümumilikdə neft gəlirlərinin büdcədə payı 15,5 milyard manata (53,3%) çatdırılıb. Hərbi xərclər üçün ayrılan əlavə 588 milyon manat da məhz neftin bahalaşmasından qazanılmış həmin 848 milyon manatın böyük bir hissəsi deməkdir.
Fraqment 5. Kərimli deyir ki, büdcədə neft 50 dollardan götürülüb, ancaq daha baha satılır.
Bizim şərh: Təkrar edirik, büdcənin artırılmasının əsas səbəblərindən biri neftin baha satılmasıdır və bu xammalın satışından əldə edilmiş əlavə 848 milyon manat gəlir də məhz əlavə xərclərə yönəlir. Həmçinin, neftin baha satışı sayəsində Azərbaycanın strateji valyuta ehtiyatlarının 2022-ci ilin yanvar ayından sonrakı aylarda hər ay artaraq yanvardakı 52 milyard dollardan hazırda 54,2 milyard dollara çatıb. (Mənbə)
Hazırda isə neftin bahalaşması nəzərə alınaraq dürüstləşdirilmiş büdcədə bir barelin qiyməti 85 dollara qaldırılıb, bunun nəticəsində ilin sonunda Azərbaycanın həm neft, həm də qeyri-neft gəlirlərinin artımı hesabına ümumi daxili məhsulun gözlənilən həcmi 86,6 milyard manatdan 115,4 milyard manata çatmış olacaq. Yəni iqtisadiyyat daha 30 milyard manata yaxın böyüyəcək. (Mənbə)
Fraqment 6. Ə.Kərimli deyir ki, xəzinəyə bir ildə 18 milyard manat neftdən pul toplanır.
Bizim şərh: Səhvdir, məqsədli yalan danışır! Həmin vəsaitin bir hissəsi Hasilatın Pay Bölgüsü sazişi üzrə xarici şirkətlərin payıdır və Azərbaycanın mənfəət neftindən əldə etdiyi gəlirlər Dövlət Neft Fondunda toplanır. 2021-ci ildə Fondun gəlirləri 15,9 milyard manat, büdcə xərcləri isə 11,4 milyard manata yaxın olub. Həmin gəlirlərin 12 milyard manatı büdcəyə transfertlər, qalan 3 milyard Fondun öz xərcləri və strateji valyuta ehtiyatlarının artırılmasına yönəlib. ( Mənbə)
Əli Kərimlinin 15 dəqiqəlik müsahibəsində 18 yalan informasiya- 3-cü hissə
Fraqment 7. Əli Kərimli deyir ki, SOCAR neft çıxarıb satır, ancaq heç kimə 1 qəpik pul ödəmir.
Bizim Şərh: Tamamilə səhvdir. 2022-ci ilin büdcə gəlirlərində Dövlət Neft Şirkətinin büdcə öhdəlikləri artırılıb, büdcəyə neft sektoru üzrə daxilolmaların 33,6 faizi və ya 1 milyard 350 milyon manatı Neft Şirkətinin payına düşür. (Mənbə). SOCAR-ın 225 milyon manat borcunun büdcədən ödənilməsinə gəlincə, Kərimli yenə hansısa “iqtisadçı”nın yanlış mətnini əzbərləyib yalan danışır. Birincisi. bu vəsaitin həcmi 214 milyon manatdır və bunun Dövlət Neft Şirkətinin borcuna heç bir aidiyyatı yoxdur. İkincisi, həmin vəsait büdcənin “əsaslı xərclər”inə aid olmaqla, SOCAR-a deyil, dövlətin ümumi investisiya strategiyasına xidmət edir və Heydər Əliyev adına Neft Emalı Zavodunun yenidən qurulması və modernləşdirilməsi üçün nəzərdə tutulub. (Mənbə) Həmin zavodun modernləşdirilməsinin başlıca məqsədi isə “Avro-5” standartına cavab verən yanacaq məhsulları istehsal etmək, xaricdən yüksək markalı benzin idxalına son qoymaq, bununla da yanacağın bahalaşmasının qarşısını almaqdır. (Mənbə)
Fraqment 8. Büdcədən 100 milyon manatdan artıq vəsait “Aqrokredit”in borclarının ödənilməsi barədə ittihama gəlincə...
Bizim şərh: Birincisi, “Aqrokredit” deyil, “Aqrarkredit” bank olmayan kredit təşkilatıdır. İkincisi, bu təşkilat dövlətdən heç bir yardım almayıb, əksinə 2021-ci ili 1 milyon 191 min manat xalis mənfəətlə başa vurub. (Mənbə)
Fraqment 9
Bizim Şərh: Əli Kərimli hələ subsidiya ilə borcu ayırd edə bilmir. İzah edirik: dövlət müəssisələrinin aldıqları dövlət zəmanətli xarici kreditlər üzrə ödənişlərin vaxtında icra olunmasını təmin etmək üçün bir neçə ildir ki, “Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu” fəaliyyət göstərir. “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”na uyğun olaraq, borcların 2025-ci ilədək geri qaytarılmasının tam təmin edilməsi müəyyən edilib. Yəni, verilən borclar büdcəyə geri ödənilir. (Mənbə)
Əli Kərimlinin 15 dəqiqəlik müsahibəsində 18 yalan informasiya- 4-cü hissə
Fraqment 10.
Bizim şərh: Yalandı! 2022-ci ilin ötən 5 ayı ərzində istehlak qiymətləri indeksi, yəni inflyasiya əvvəlki ilin eyni dövrünə nisbətən 12,6 faiz, may ayında isə ötən ilin may ayına nisbətən 13,7 faiz artıb. (Mənbə)
Fraqment 11. Deyir ki, Azərbaycanda orta aylıq əməkhaqqı Gürcüstan və Ermənistandan da aşağıdır.
Bizim şərh: Yalan informasiyadır. Azərbaycanda orta aylıq əməkhaqqı 2022-ci ilin yanvar-aprel aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,2 faiz artaraq 824,7 manat təşkil edib. Bu, 485 ABŞ dolları deməkdir.
Gürcüstanda isə orta aylıq əmək haqqı 2022-ci ilin birinci rübündə 1446 lari təşkil edib. Bir ABŞ dolları təxminən 3 gürcü larisinə bərabərdir. Bu o deməkdir ki, Gürcüstanda orta aylıq əməkhaqqı məbləği 482 dollara bərabərdir, yəni Azərbaycandan az. (Mənbə). Ölkəmizdə adambaşına düşən orta aylıq əməkhaqqının Ermənistandan 40 dollar az olmasına gəlincə, bu da yalan məlumatdır. 2022-ci ilin ilk rübündə Ermənistanda orta əmək haqqı 204 min dram (425 dollar), minimum əməkhaqqı isə 68 min dram (140 dollar) təşkil edib. Yəni, Azərbaycanla müqayisədə orta aylıq əməkhaqqı 60 dollar, minimum əməkhaqqı isə (Azərbaycanda 300 manat, yaxud 177 dollar) 37 dollar azdır.
Fraqment 12. Deyir ki, Ermənistan hökuməti uşaq pulu verir Azərbaycan yox, Azərbaycanda 2,6 milyon uşağa dövlət dəstəyi yoxdur.
Bizim şərh: Yalan məlumatdır! Ermənistanda “uşaq pulu” kimi qələmə verilən adi müavinət yalnız üçüncü və sonrakı doğulan uşağa görə, ödənilir ki, bu da ölkədəki ağır demoqrafik vəziyyətdən çıxış yolu kimi həvəsləndirici xarakter daşıyır və uşaq 6 yaşına çatdıqda müavinət də dayandırılır. Ermənistanda uşağın anadan olmasına görə birdəfəlik və qulluğa görə, müavinətdən başqa, uşaqlara digər sosial müavinətlər isə nəzərdə tutulmayıb (Mənbə) Azərbaycanda isə uşaqlara birbaşa təyin edilmiş sosial müavinətlərin sayı 11-dən artıqdır. Belə ki, uşağın anadan olmasına, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə, 3 yaşınadək uşağa qulluğa, 5-dən çox uşağı olan qadınlara, həmçinin onları tərbiyə edənlərə, həqiqi hərbi xidmət keçən qulluqçularının 16 yaşa çatmamış uşaqlarına, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinətlər ödənilir.
Bundan başqa, ailə başçısını itirməyə görə, şəhid ailələrinin, müharibə veteranlarının, Çernobıl AES-də I və II dərəcə əlillik qazanan valideynlərin uşaqlarına müavinətlər ödənilir. Həmçinin, ünvanlı sosial yardım çərçivəsində (yardım alan ailələrin üzvlərinin 60 faizini uşaqlar təşkil edir) 200 min nəfərə yaxın uşaq müavinətlə təmin olunur. Ümumilikdə il ərzində Azərbaycanda təxminən 565 min uşaq birbaşa və müxtəlif sosial proqramlar vasitəsilə maddi formada dəstəklə əhatə olunub. (Mənbə) 2022-ci il yanvarın 1-dən sosial paket çərçivəsində bütün müavinətlərin həcmi 20-30 faiz artırılıb.
Əli Kərimlinin 15 dəqiqəlik müsahibəsində 18 yalan informasiya-5-ci hissə
Fraqment 13. Deyir ki, Ermənistan ölmüş hərbçilərinə Azərbaycandan daha çox kompensasiya ödəyir, hətta yaralanmış hərbçilərinə bizim ölkədə qazilərə verilən dəstəkdən daha çox yardım edir.
Bizim şərh: Ə. Kərimli erməni mənbələrini izləsə də, oradakı məlumatları şişirdərək təqdim edir. Ermənistan müharibədə həlak olmuş, yaxud sağlamlığını itirmiş hərbçilərə kompensasiya ödənişini Hərbi Sığorta Fondu vasitəsilə həyata keçirir. Həlak olmuş hərbçilərin ailələrinə 10 milyon dram (təxminən 20 min dollar) vəsait ayrılması vədi verilib və təzminatın 20 il ərzində ödənişi qərara alınıb, yəni bir ildə min dollar, ayda 83 dollar. Sanki onların ailələrinə kredit verilir. Çünki maliyyəsi yoxdur, Ermənistan 6 mindən çox itki verib, həmin kompensasiyanı ödəmək üçün yüz milyonlarla dollar pul lazımdır, büdcəsi 3 milyard olan ölkə bunu necə təmin edə bilər? Ermənilər özləri etiraf edirlər ki, Sığorta Fondunda cəmi 65 milyard dram (təxminən 152 milyon ABŞ dolları) vəsait var, onun da 45 milyardı xərclənib qurtarıb. Fond həm də minlərlə yaralıya maddi yardım vədi versə də ödəniş yoxdur, çünki hökumət bu vəsaitləri ödəmək gücündə deyil. Bu ölkədə şəhid ailələrinə, müharibə əlillərinə mənzil verilməsi ümumiyyətlə nəzərdə tutulmayıb. (Mənbə)
Fraqment 14. 30 il işləmiş Azərbaycan vətəndaşlarına normal pensiya verilmir, onların pensiya hüquqları pozulur.
Bizim şərh: Yalan informasiyadır. 25 il əmək stajı, yaxud 144 ay sığorta stajı olan bütün pensiyaçıların əmək pensiyası tam təmin olunub və onların əmək pensiyasının məbləği hazırda 310-340 manat civarındadır. (Mənbə)
Fraqment 15. İddia edir ki, hökumət 210 min əlilin pensiyasını kəsib, 200 min pensiyaçı yaş həddinin artırılması sayəsində pensiyadan məhrum edilib, ümumilikdə 400 mindən çox insanın pensiya və müavinəti ləğv olunub.
Bizim şərh: Yalan informasiyadır. 2017-ci il Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 328,4 min nəfər pensiyaçı qeydiyyatda olmuşdur ki, onların 59,4 faizi yaşa, 29,3 faizi, yəni 385 min nəfəri əliliyə görə pensiya alanlar olub. (Mənbə) Hazırda isə ölkə üzrə 1 milyon 202 mindən çox pensiyaçının 354 min nəfəri əlilliyə görə, pensiya alanlardır. Son 5 ildə əsassız əlillik təyinatının ləğvi nəticəsində 100 min nəfərə yaxın nəfərin pensiyası ləğv edilsə də, təkrar əllilik təyinatı sayəsində onların böyük bir qisminin təyinatı bərpa olunub, pensiyası ümumiyyətlə ləğv olunanların sayı isə cəmi 30 min nəfər azalıb. Əmək pensiyaçılarının sayının 200 min nəfər azalması iddiası da yalandır! Yuxarıda vurğuladığımız kimi 5 il əvvəl ölkədə 1 milyon 328,4 min nəfər pensiyaçının 59,4 faizi yaşa görə pensiya alanlar olub. 59,4 faiz 792 min pensiyaçı deməkdir, hazırda isə əmək pensiyaçılarının sayı təxminən 710 min nəfərdir. Demək azalma, 82 min nəfər olub. Bunun səbəbi də pensiya yaşının son 5 ildə artırılması olub. Beləliklə, Ə.Kərimlinin söylədiyi “400 min nəfər” rəqəmi saxtadır.
Əli Kərimlinin 15 dəqiqəlik müsahibəsində 18 yalan informasiya-6-cı hissə
Fraqment 16 Ə.Kərimli deyir ki, guya hökumət vergi və gömrük dərəcələrini artırır, bu yolla büdcəni vətəndaşların hesabına doldurur.
Bizim şərh: Yalan məlumatdır. Birincisi, 2022-ci il yanvarın 1-dən Vergi Məcəlləsinə edilmiş yeni əlavə və dəyişikliklər sayəsində vergi güzəşt və azadolmaların dairəsinin bir qədər də genişlənməsi biznesin və vətəndaşların vergi yükünün azalmasına səbəb olub. Dəyişikliklərin əhəmiyyətli bir hissəsdi birbaşa sosial xarakterli güzəştlər olmaqla, əhalinin maliyyə (vergi) yükünün azaldılmasına xidmət edir. “Vergi Məcəlləsində edilmiş dəyişikliklər suallar və cavablarda”. Səh 11-18).
Fraqment 17. Dövlətin aztəminatlı ailələrə qayğı göstərməməsi haqda.
Bizim şərh: Aztəminatlı ailələrə diqqətinin ən bariz nümunəsi hazırda 90 min ailənin (400 min nəfər) əhatə olunduğu ünvanlı sosial yardım proqramıdır ki, MDB regionunda heç bir ölkədə aztəmiantlı ailələr üçün belə layihə icra edilmir. 2022-ci ilin iyin ayının 1-ə sosial yardımın məbləği 334 manata çatıb ki, bu da son bir ildə 31 faiz artım deməkdir. (Mənbə)
Fraqment 18 Hökumət investisiya layihələrini, infrastrukturların bərpası və qurulması üçün büdcə vəsaitlərini hesabdan-hesaba ötürərək xaricə daşıyır.
Bizim şərh: Manipulyasiya və saxta məlumatdır. Büdcədə hər bir təşkilata ayrılan investisiyaların həçmi icra ili başa çatdıqdan sonra büdcənin icrasına dair qanun layihəsində və hesabat sənədində öz əksini tapır və Maliyyə Nazirliyinin saytında yerləşdirilir. İstənilən şəxs həmin resursda büdcədən ayrılmış investisiyaların hər qəpiyinə qədər hara və necə xərcləndiyini görə bilər. (Mənbə)
Beləliklə, Əli Kərimlinin 15 dəqiqəlik müsahibəsində 18 fraqmentdə yalan, saxta məlumat, dezinformasiya və manipulyasiyanı aşkar etdik.