Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici KİV-ə müsahibəsində Fransanın xarici işlər naziri Jan-İv Le Drianın Rusiyaya qarşı təhdidlərinə reaksiya verib:

“O, indi şıltaqlıq etməyi sevir. Bilirsiniz, xoruz fransızların milli simvoludur. Ona görə də onlar tez-tez xoruzlanırlar. O, BMT-in növbəti sessiyasında deyib ki, Putin xatırlamalıdır ki, Fransanın da nüvə silahı var”.

Xatırladaq ki, Fransanın xarici işlər naziri Jan-İv Le Drian Rusiyanın Ukraynadakı hərbi əməliyyatını şərh edərkən NATO-nun nüvə silahı arsenalına malik olduğunu xatırladıb. O bildirib ki, Rusiya prezidenti Vladimir Putin bunu unutmamalıdır.

Faktyoxla Lab.  Lavrovun bu simvolu niyə xatırladığını və bunun nə demək olduğunu öyrənməyə çalışıb.

Ondan başaqlayaq ki, Fransanın bir yox, bir-neçə simvolu var. Onlardan da biri Qalli xoruzudur. Qədim dövrlərdə Fransa ərazisində keltlər, ya da romalıların dediyi kimi qallar yaşayırdılar. Latın dilində "gall" sözü təsadüfən "xoruz" sözü ilə üst-üstə düşür: gallus. Hələ intibah dövründə Avropadakı bəzi tarixçilər xoruzun Roma istilasından əvvəl müstəqil Qalliyanın  simvolu olduğunu iddia edirdilər. Bu nöqteyi-nəzər geniş yayıldı və Fransa inqilabından sonra xoruz kral zanbağının əvəzinə ölkənin emblemində yer aldı. Bu quş sikkələrdə və birinci konsulun möhüründə təsvir edilmişdir.

Həqiqətən də bu quşu Fransanın əsl simvolu hesab etmək olar. Qədim sikkələrdə həmişə təkəbbürlü davranan və hər kəsə öz üstünlüyünü göstərən xoruzu görmək olar. Orta əsrlərdə hamı onu unutdu və yalnız 14-cü əsrdə xoruz yenidən peyda oldu.  Lakin Napoleon xoruzun emblemə çevrilməsini biabırçılıq saydı və bu təklifdən tamamilə imtina etdi. Və yalnız bir əsr sonra VIII Karl xoruzun əvvəlki şöhrətini qaytardı. Bu gün Fransada xoruzun təsviri hər yerdə, hətta dövlət möhüründə də var.

“Qalli xoruzu” ifadəsi ədəbi nitqə Fransanın alleqoriyası kimi daxil olmuşdur. Karikaturaçılar tez-tez Fransanı xoruz kimi təsvir edərək, guya onların milli xüsusiyyəti olan ehtirasa işarə edirdilər. De Qoll isə onu Fransanın döyüş ruhunun simvolu kimi hərbi medallara tətbiq etdi.

Bir sözlə, Fransanın simvolu olan xoruz müstəqillik, təkəbbür, ehtiras, qətiyyət, cəsarət, əsəbilik deməkdir. Fransızlar da, keltlər kimi, Fransa sakinlərini qonşulardan fərqləndirən xarizmatik bir xarakterə malikdirlər. Fransızlar hesab edirlər ki, xoruz millətin zehni səviyyədə sabitləşmiş bir çox xüsusiyyətlərini özündə əks etdirir.