Martın 26-da Ermənistan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin kəşfiyyat qruplarının meşədə xüsusi təlim keçdiyini və bacarıqlarını necə artırdığını göstərən hesabat yayıb. Məlumatda bildirilir ki, kəşfiyyat qrupunun kamuflyaj geyimləri əraziyə uyğunlaşdırılıb.
Lakin bu təlimlərdən çəkilmiş fotoşəkillərə diqqət etdikdə, məlum olur ki, kəşfiyyatçıların geyimləri hərbi təyinatlı deyil. Üstəlik, bu formadakı emblem dərhal diqqəti cəlb edir.
Faktyoxla.Lab. erməni kəşfiyyatçılarının hansı formanı geyindiklərini və onun üzərində olan emblemin mənşəyini araşdırmağa çalışıb.
Kamuflyajdakı loqo aşağıdakı fotoda daha aydın görünür
Bu işarə Amerikanın “Kleen Guard” şirkətinə məxsusdur.
Adı yazmaqla şirkətin məhsulu haqqında məlumat tapa bilərsiniz. Məsələn, bu forma “amazon.com”-da satılır.
Qeyd edək ki, bu məhsullara digər satış saytlarında da rast gəlinir. (mənbə)
Formanın satış məlumatında bildirilir ki, bu, təmizlik işləri üçün nəzərdə tutulmuş birdəfəlik qoruyucu kombinezondur. Rəsmi internet saytında bu brendin müxtəlif məhsulları da təqdim olunur. Və onların heç biri hərbi məqsədlər üçün nəzərdə tutulmayıb.
Bu forma müxtəlif ölkələrdə satılır. Məsələn, Rusiyanın satış saytlarından birində də məhz qeyri-hərbi məqsədlər üçün nəzərdə tutulmuş birdəfəlik geyim kimi təqdim olunur.
Məhsul müxtəlif səbəblərə görə hər hansı hərbi məqsədlər üçün nəzərdə tutulmayıb və ya uyğunlaşdırılmayıb.
Məsələn, aşağıdakı fotoda NATO qoşunları Norveçdə hərbi təlimlər keçirir. Onların qış geyiminə baxdıqda, aşkar bilinir ki, hərbçilər üçün nəzərdə tutulub.
Oxşar kamuflyaj geyimləri Rusiyada hərbi təlimlər zamanı da istifadə olunur.
Beləliklə, məlum olur ki, erməni kəşfiyyatçılarının kamuflyaj formasını həqiqətən də “amazon.com” və digər saytlardan almaq olar. Bu geyimlər, mülki işlər (dezinfeksiya işləri, əczaçılıq zavodları və s.) üçün nəzərdə tutulub və hərbi təyinatlı deyil.
Matrerialın videosunu təqdim edirik: