Uzun müddətdir ki, sosial mediada “Kapitalizm kölgəsini sata bilmədiyi ağacı kəsər” deyiminin Karl Marksa aid olduğu iddia edilir.

Faktyoxla Lab. bu iddianı araşdırıb.

Açar sözlə axtarış etdikdə bu deyimə rast gəldiyimiz ilk tarix 2004-cü ilə ildir. “İnstela” adlı iştirakçı lüğət formatı platformasının “Kapitalizm kölgəsini sata bilmədiyi ağacı kəsər” başlıqlı ilk girişində qeyd edib: “Karl Marksın möhtəşəm sözü”. Ancaq orada bu iddianı təsdiq edəcək mənbə göstərilmir.

Bu deyim, sonrakı illərdə daha bir neçə yerdə görünsə də, 2013-cü ildə Türkiyədə “Gəzi Parkı” etirazlarından sonra geniş yayılıb. Sözün ingiliscə variantını axtardığımız zaman etirazlar haqda məlumatın olduğu bəzi məqalələrdə “Capitalism will cut down the tree if it can’t sell the shadow”  ifadəsinin yer aldığını görürük. Hətta deyimin almancası da (“Der Kapitalismus fällt den Baum, dessen Schatten er nicht verkaufen kann”) bir neçə yerdə Marksa aid edilərək işlədilir. Ancaq türkcədən başqa bu iki dildə nəticələr həm məhduddur, həm də əlimizdə olanlar “Gəzi Parkı” etirazları ilə əlaqələndirilir. Yəni yayılma mənbəyi türkcədən başlayıb.

 Karl Marksın “Kapital” və Fridrix Engelslə birgə yazdığı “Kommunist Manifesti” əsərlərini araşdırdığımız zaman bu sözə rast gəlmirik. Karl Marks da daxil olmaqla 80 dildə marksist yazıçıların əsərlərinin toplandığı və pulsuz əldə edilə bilən “Marksist İnternet Arxivi”ndə Marksın bütün əsərləri arasında bu deyimə rast gəlmirik. İstər ingilis, istərsə də alman dillərində.

Nəticə: Bu deyim 2004-cü ildən internetdə yayılır. İnternetdə deyimin ingilis və alman variantlarına yalnız 2013-cü ildə Türkiyədəki “Gəzi Parkı” etirazlarından sonra rast gələ bilərik. Karl Marksın əsərlərində belə bir ifadə yoxdur. (Mənbə)