2023-cü ilin aprelində Ukrayna prezidenti, Roma Papası və keşişlərin kilsə mövzusunda karikaturasının yer aldığı satirik nəşrin üz qabığı internet üzərindən yayıldı. Bu, Türkiyənin “LeMan” satirik jurnalının üz qabığı idi. Bu karikatura aprelin 7-də şəbəkədə yayılmağa başladı.

Karikaturada Papa göstərilir. O, “Bu yaxşıdır” sözlərinin fonunda Zelenskinin pravoslav keşişlərini necə yandırmasını seyr edir. Rəsmin üstündəki başlıqda deyilir: “Militant katoliklər. Növbəti kimdir?”

Üz qabığını yayan bəzi istifadəçilər hesab edirlər ki, bu, nəşrin, Pasxa barışığı təklif edən Papa Fransiskə "faşistlər tərəfindən pravoslav keşişlərinin təqib edilməsi haqqında heç nə demədiyinə" dair bir işarəsidir. Bu üz qabığı “Telegram” kanallarında, “VKontakte” və “Twitter”-də də göründü.

Aprelin 7-də Ümumdünya Möminlər Birliyinin sədri Leonid Sevastyanov pontifiklə şəxsi söhbətinə istinadən TASS-a bildirib ki, Papa Fransisk Ukrayna ilə Rusiya arasında müharibə zonasında iki həftəlik atəşkəs olmasını təklif edib. Atəşkəs aprelin 9-da başlamalı idi. Bu barədə xəbər agentliyinin saytında saat 10:44-də qeyd yer alıb (mənbə). Saxta örtük təxminən iki saatdan sonra yayılmağa başladı. Sonradan Vatikan tərəfindən papanın belə bir təşəbbüsünün rəsmi təsdiqi tapılmadı.

Faktyoxla Lab. Türkiyənin “LeMan” jurnalının saxta üz qabığını kimin və hansı məqsədlə dərc etdiyini aydınlaşdırmağa çalışıb.

Ondan başlayaq ki, “LeMan” jurnalı həftəlik nəşr olunur. Jurnal hər həftənin çərşənbə günləri satışa çıxarılır. Amma dövriyyəyə buraxılan örtükdə göstərilir ki, bu jurnal  (№1620, 12-ci buraxılış, 2023) 6 aprel (cümə axşamı) tarixdə dərc olunub. Türkiyə nəşrinin sosial şəbəkə səhifələrini (Twitter, Facebook , İnstagram), eləcə də rəsmi internet səhifəsini yoxlayanda Fransisk və Zelenski ilə bağlı karikatura tapmaq mümkün olmayıb.

Bundan əlavə, saxta üz qabığındakı şrift nəşrin istifadə etdiyindən fərqlidir. Bunu ştrix-koddakı hərf və rəqəmlərin əksəriyyətindən və jurnalın loqosunun üstündəki yazılardan görmək olar.

Məlum olub ki, ilk saxta örtük aprelin 7-də saat 12:24-də “Şeyx Tamir” telegram kanalında peyda olub. Bu kanal Ukraynada baş verənlərlə bağlı dəfələrlə saxta məlumatlar paylaşıb və ən azı üç dəfə bu mövzuda əsas dezinformasiya mənbəyinə çevrilib. 

Maraqlıdır ki, 2022-ci ilin sonunda Papanın buryatlar və çeçenlər haqqında söylədiyi sözlərdən sonra internetdə “LeMan” jurnalının saxta üz qabığı peyda olmuşdu. Belə ki, guya Papa ilə bağlı türk karikaturası dekabrın 1-dən yayılmağa başlayıb. Rəsmdə pontifik barmağı ilə çeçen milli geyimli kişiyə işarə edərək deyir: “Çeçenlər! Əsl amansızlar! Bizim kimi deyillər!”

 Eyni zamanda, Fransisklə eyni tərəfdə bir nasist, səlibçi cəngavər, həmçinin uşağı olan bir keşiş var (görünür, bu, keşişlərin uşaqlara təcavüzü ətrafında yaranan qalmaqallara işarədir). Papanın arxasında, yəqin ki, cadugərlikdə ittiham olunan qadınlara verilən cəzaya işarə olan, yandırılmış cəsəd görünür.

 Bu yazılar olan üz qabığını (örtüyü) bəzi telegram kanallarında tapmaq olar, məsələn, Solovyov, Qasparyan və başqalarında. Örtük “VKontakte”-də kiçik qruplarda və istifadəçilərin şəxsi səhifələrində də göründü.

Çeçenlər və papanın rəsmlərinin olduğu üz qabığında göstərilib ki, jurnal 1 dekabr 2022-ci ildə buraxılıb (№1604, ilin əvvəlindən bu yana 47-ci say). Yəni cümə axşamı. Axı yuxarıda qeyd etmişdik, jurnal çərşənbə günləri satışda olur.

Yenə də Türkiyə jurnalının əsas sosial şəbəkələrini yoxlayanda, belə üz qabığına rast gəlmirik. Hal-hazırda səhifələrdə yerləşdirilən jurnalın sonuncu sayı №1603 qeyd olunub və noyabrın 30-da işıq üzü görüb, iki üz qabığı (birinciikinci) var və həm də ilin əvvəlindən 47-ci say kimi qeyd olunur. Belə çıxır ki, həftəlik jurnalın 1604-cü nömrəsi əvvəlkindən - 1603-cü sayından cəmi bir gün sonra çıxıb.

Bu dəfə Telegram-da tapılan ən erkən mənbə dekabrın 1-də Moskva vaxtı ilə saat 10:52-də “Bullet” kanalında çıxıb.  “LeMan”-ın 1604 (48) saylı faktiki buraxılışı isə dekabrın 7-də çıxmalı idi.

Jurnalın 2022-ci il 47-ci sayının saxta üz qabığı

Yenə də əvvəldən başlayaq “LeMan”-ın rəsmi “Twitter” hesabında qeyd edildiyi kimi, bu, dövri nəşrdir, buraxılışları adətən həftədə bir dəfə olur.  Məsələn, 1592, 15931594 saylı nəşrləri nəzərdən keçirək: onlar müvafiq olaraq 2022-ci ilin 14, 21 və 28 sentyabrında buraxılıblar. Bundan əlavə, üz qabığında ilin əvvəlindən bəri buraxılış nömrəsi də dəyişir: müvafiq olaraq 36-cı, 37-ci və 38-ci.

Üz qabıqları № 1592 (solda), 1593 (mərkəzdə) və 1594 (sağda) 

İndi Zelenskinin rəsmi olan saxta üzlükdə göstərilən məlumatlara daha yaxından nəzər salaq: Birincisi, orada ümumi nömrə 1595, 29 sentyabr 2022-ci il və 2022-ci ilin 39-cu buraxılışı göstərilir. Belə məlum olur ki, bu jurnal gözlənildiyi kimi bir həftə sonra deyil, əvvəlki saydan bir gün sonra nəşr olunub. Amma lap belədirsə, üz qabığında bunun xüsusi, növbədənkənar buraxılış olduğu göstərilmir.

1595-ci saxta sayın üz qabığı

İkincisi, “LeMan”ın sosial şəbəkələrində - nə “Twitter”də, nə “Facebook”da, nə də “Instagram”da Zelenskinin karikaturası yoxdur, baxmayaraq ki, nəşr orada müəlliflərinin əsərlərini müntəzəm olaraq dərc edir.

Jurnalın 1595-ci sayının həqiqi örtüyü oktyabrın əvvəlində “LeMan”ın sosial mediasında yerləşdirilib və 5 oktyabr 2022-ci il buraxılışı olduğu qeyd edilib. Karikaturada Ukraynanın deyil, Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan var. Şəklin süjeti İstanbulda yeni metro xəttinin açılışına həsr olunub (mənbə). R.T.Ərdoğanın nə söylədiyi isə göz önündədir. 

Bir sözlə, məlum olur ki, anti-Türkiyə təbliğat hekayələrini dəstəkləmək üçün saxta “LeMan” örtüklərinin yaradılması adi hala çevrilib. Yəqin ki, bundan sonra da olacaq.