Mika Badalyan adlı erməni bloger Türkiyədəki prezident seçkilərindən sonra kütləvi iğtişaşların baş verməsi haqda məlumat paylaşıb və “Türk polisi Hakkari şəhərində hökumət əleyhinə etiraz edən mitinq iştirakçılarını su şırnaqları ilə dağıdır” başlığı ilə video yayıb.
Faktyoxla Lab. bu məlumatın səhihliyini yoxlayıb.
“Tərsinə foto axtarış” metodu ilə həmin videodakı kadrları axtarışa verdikdə bəlli olur ki, erməni blogerin "yeni xəbər" adı ilə paylaşdığı video 19 iyul 2014-cü il tarixinə aiddir.
Həmin kadrlar bu videodan götürülüb:
Videogörüntülər isə dövlət əleyhinə aksiyada deyil, 4 gənc arasında başlayan davanın 2 tayfa arasında qanlı münaqişəyə çevrilməsinin polis tərəfindən qarşısının alınmasıl zamanı çəkilib. Həmin hadisələrdə 1 nəfər ölmüş, 6 nəfər isə yaralanmışdır. Tayfalararası münaqişə 3 gün çəkmiş, sonunda bələdiyyə və polis sakinlərin evdən kənara çıxmaması haqda məcburi qərar verməyə məcbur olmuşdur. istinad
Bu məlumatı yayan bloger Mika Badalyana gəldikdə isə o, dəfələrlə müxtəlif bəhanələrlə erməni soydaşlarından pul yığaraq külli miqdarda vəsaiti mənimsədiyinə görə hüquq mühafizə orqanları tərəfindən axtarışa verilib və həbs olunub. Onun İrəvandakı mitinqlərdə təxribatçı çağırışlar etdiyinə, polisə müqavimət göstərdiyinə görə həbs olunub. Sonuncu polis təqibi zamanı isə bu görüntülər qeydə alınmışdır.
Nəticə:
Erməni bloger Mika Badalyanın Türkiyədə seçkidən sonra iğtişaşlar olması haqda yaydığı xəbər saxtadır. O, 8 il öncə baş verən, 2 tayfa arasında münaqişəni yeni hadisə kimi təqdim edib.