Axtarış

Select theme:

Erməni lobbisinin fəal üzvlərindən olan konqresmenlərin müraciəti təxribatçı planın tərkib hissəsidir

“Azadlıq qəzeti” “Facebook” səhifəsi ABŞ Konqresinin üzvü Ceyms Makqovernin (James McGovern) Vaşinqtonda Azərbaycan nümayəndə heyətinə qarşı təxribatda iştirak edən bir qrup şəxslə bağlı “X” platformasında paylaşdığı tvitini yayıb. Qeyd edilən səhifə elə həmin paylaşımda ABS Konqresinin 7 üzvunün vəzifə borclarını yerinə yetirən şəxslər haqda (səhifə bunu “dinc etirazçılara qarşı hədsiz zorakılıq” kimi qələmə verir) əsassız fikirlərini və ABŞ Dövlət katibi Rubiodan “sərt” tədbirlər görulməsini tələb etdikləri müraciəti də yayıb.

Faktyoxla Ceyms Makqovern başda olmaqla müraciətə imza atanların kimliyini araşdırıb.

Əvvəlcə onu qeyd edək ki, bu məktubun “PDF versiyası”nın linkinə açıq mənbələrdə (House.gov, Senate.gov, “McGovern” və “Kaine” ofislərinin saytları) rast gəlinmir.

Məlum olur ki, Makqovernin ofisi tərəfindən hazırlanan məktub nədənsə ilk dəfə olaraq “Freedom Now” adlı təşkilatın “X” profilində paylaşılıb. Makqovern də məhz təşkilatın yaydığı tviti təkrar paylaşaraq yuxarda qeyd edilən fikirləri yazıb.

Ehtimal olunan ardıcıllıq belədir:

- 5 mart 2026 – Macqovernin ofisi məktubu hazırlayıb;
- Digər 6 konqres üzvü həmmüəllif kimi imzalamaya qoşulub;
- Məktub Dövlət Departamentinə, daha sonra  advocacy təşkilatlarına göndərilib;
- “Freedom Now” məktubu 6 mart 2026-cı ildə “X”-də yayımlayıb;
- Daha sonra siyasətçilər və media sitat gətiriblər.

Bu isə onu göstərir ki, mövzu əvvəlcə erməni lobbisi tərəfindən gündəmə gətirilib, sonra bəlli QHT qrupları və Konqres üzvləri tərəfindən siyasi səviyyəyə qaldırılıb.

Konqresmenin paylaşımından dərhal sonra ANCA, (ANCA-nın saxta profili “Ani Vandaryan”) və onlardan az sonra (paylaşım fərqi 1-1,5 saatdır) AXCP Ali Məclisinin üzvü, Fransada yaşayan Qulu Məmmədli bu və digər profillərdən paylaşım ediblər.

Yeri gəlmişkən, ANCA-nın “19 fevral təxribatı”na aktiv dəstək verən Qulu Məmmədli əksər erməni teleqram kanalları tərəfindən reklam olunan “Caucasus-Chronicle” saytına açıqlaması da var.

Qeyd edilənlərdən bu nəticə çıxır ki, bu cür məktublar çox vaxt QHT-lərin məlumatları, hüquq müdafiəçilərinin brifinqləri və ya Konqres ofisləri ilə koordinasiya əsasında hazırlanır. Yəni QHT-lər Konqres məktublarını kampaniya aləti kimi yayırlar. Burada əsas məqsəd, məsələni mediada böyütmək, Dövlət Departamentinə siyasi təzyiqi artırmaq digər siyasətçiləri də mövqeyə qoşmağa təşviq etməkdir.

“Azadlıq qəzeti” “Facebook” səhifəsinin yoxlamadan yaydığı müraciətə imza atan 7 konqresmen haqda məlumat verək.

1. Konqres üzvü Ceyms Makqovern (James P. McGovern)

Ceyms Patrick Makqovern 1997-ci ildən ABŞ Nümayəndələr Palatasının üzvüdür və 2013-cü ildən Massaçusets ştatının 2-ci seçki dairəsini təmsil edir. O, Konqresin Çin Komissiyasına rəhbərlik edib və “Tom Lantos İnsan Haqları Komissiyası”nın həmsədridir.

Makqovern ermənipərəst mövqeyi ilə tanınan ən fəal Amerika konqresmenlərdən biridir:

Dağlıq Qarabağ: Makqovern “Tom Lantos İnsan Haqları Komissiyası”nda Azərbaycanın Qarabağdakı erməni əhalisinə qarşı hərəkətlərini "aqressiya" adlandırıb, "Dağlıq Qarabağdakı erməni əhalisi özünü həssas və təhlükədə hiss edir" deyib.

2020-ci il müharibəsi: Makqovern 2020-ci ildə "Azərbaycanın Dağlıq Qarabağdakı hərbi əməliyyatını pisləyən və Türkiyənin münaqişəyə müdaxiləsini qınayan" qətnaməni imzalamış konqresmenlərdən biri olub.

Terrorçu rejimə yardım: Makqovern Qaydalar Komitəsinin sədri kimi ANCA-nın dəstəklədiyi, Dağlıq Qarabağda mövcud olmuş terrorçu rejim üçün 1,4 milyon dollarlıq mina təmizləmə yardımını nəzərdə tutan düzəlişin Palata tərəfindən müzakirəsinə səs verib. ANCA bu addımı "arsaxa dəstək" kimi dəyərləndirib.

O, Konqresin Erməni Məsələləri üzrə Qrupunun üzvüdür və ANCA ilə əlaqələri yüksək səviyyədədir. Onun 2022-2024-cü illərdəki fəaliyyəti ANCA tərəfindən “ən yüksək” (“A+”) ilə qiymətləndirilib.

O, bu qiymətləri qondarma “erməni soyqırımı” Təhsili Qanununa (HR7555) həmmüəlliflik etdiyi, erməni əsirlərinin azad edilməsinə çağıran birgə qətnaməni (H.Res.240), Azərbaycanın Ermənistana “hücumunu” pisləyən qətnaməni (H.Res.1351), 2021-ci ildə ermənistanpərəst xarici yardım prioritetlərini dəstəkləyən məktubu, ABŞ-nin terrorçu rejimə yardımını genişləndirmək üçün erməni Bürosunun 2022-ci il məktubunu, ABŞ-ni Azərbaycana hərbi yardımı dayandırmağa çağıran 2021-ci il məktubunu, 2021-ci ildə prezidentə Erməni Soyqırımını tanımağa çağıran məktubu,  ABŞ-ni Türkiyəyə dron texnologiyasının ötürülməsinin qarşısını almağa çağıran məktubu, ABŞ-ni 2021 və 2022-ci illərdə Türkiyəyə “F-16” satışını dayandırmağa çağıran məktubu və s. sənədləri imzaladığı üçün alıb.

2. Konqres üzvü Eleanor Holmes Norton

Eleanor Holmes Norton da ANCA ilə əməkdaşlıq edən konqresmenlərdəndir və 2022-2024-cü illərdə ANCA tərəfindən “ən yüksək” (“A+”) qiymətini alıb. Onun bu qiymətləri hansı səbəbdən aldığını öyrənmək üçün təqdim etdiyimiz ekran görüntüsünə baxmaq kifayətdir.

3. Konqresin üzvü Jamie Raskin

ANCA-nın əlaqəli işlədiyi konqresmenlərdən daha biridir. Konqresin erməni məsələləri üzrə Qrupunun üzvüdür. ANCA 2022-2024-cü il nəticələrinə görə Raskini “yaxşı” (“B+”) ilə qiymətləndirib. O, “erməni əsirlərin”in azad edilməsinə çağıran birgə qətnaməni” (H.Res.240), Azərbaycanın Ermənistana “hücumunu” pisləyən birgə qətnaməni (H.Res.1351), Ermənistana qarşı törədilən vəhşiliklərə görə Azərbaycanı qınayan birgə qətnaməni (H.Res.1400), 2021-ci ildə prezidentə qondarma “erməni soyqırımı”nı tanımağa çağıran məktubu imzalayanlardandır.

4. Konqresin erməni məsələləri üzrə Qrupunun üzvü Dina Titus.

ABŞ Konqresində ən qatı ermənipərəst konqresmenlər sıralamasında ilk yerləri tutacaq şəxsdir. Onun fəaliyyətini ANCA hər zaman yüksək qiyətləndirib. Bunu təşkilatın saytında yayılan qiymətləndirmədən də görmək mümkündür.

Təşkilatın saytında ermənipərəst konqresmenlərin fəaliyyətini qiymətləndirən sorğu şablonunda 95% suallara “müsbət” cavab verən azsaylı konqresmenlərdəndir.

Dina Titus tək Konqresdəki ermənipərəst fəaliyyəti ilə deyil, sosial mediada anti-Azərbaycan kampaniyasında aktivliyi ilə də diqqət çəkib.

5. Konqres üzvü Donald S. Beyer Jr.

Don Beyerin adı ANCA-nın saytında ilk sıralarda çəkilir.

O, social mediada da aktivliyi ilə seçilib:

Xatırladaq ki, bu il fevralın 19-da Vaşinqtonda bir qrup radikal şəxs təxribat xarakterli hərəkətlərə yol verib, mühafizə olunan əraziyə daxil olmağa çalışıblar. Məqsədyönlü şəkildə həyata keçirilən planın icraçıları təxribat qrupunda iştirak edən azərbaycanlılar olsa da, sifarişçilərin kimliyi qısa müddətdə ortaya çıxıb. Baş verən təxribata ilk reaksiyanı Amerika Erməniləri Milli Komitəsi (ANCA) verib, təxribatçıları müdafiə edib, baş verənlərə görə Azərbaycan rəhbərliyinə qarşı ittiham irəli sürüb.

ABŞ Konqresində ANCA tərəfindən dəstəklənən erməni lobbisinin fəal üzvləri-Azərbaycana qarşı düşmənçiliyi ilə tanınan konqresmenlərin müraciəti də həmin təxribatçı planın tərkib hissəsidir.

Yazıda konqresmenlərin ermənipərəst mövqeyi, anti-Azərbaycan şəbəkədə yer tutmaları haqda məlumat verdik. Bu faktlar həm də “Azadlıq qəzeti” “Facebook” səhifəsinin xəyanətkar mövqeyini əyani göstərir. Yəni bu səhifə, cılız siyasi maraqları, hər imkanda Azərbaycana qarşı qarayaxma kampaniyasında iştirak üçün ermənilərlə işbirliyinə getməkdən belə çəkinməyəcək qədər xəyanətkar mövqedədir.     

 

 

Oxşar məqalələr: