Qarlı havada, nimdaş geyimli azyaşlı qızın qucağında kiçik yaşlı bacısı (ya qardaşı) ilə fotosu zəlzələdən sonra qeydə alınmış ən təsirli fotolardan biri kimi gündəmdədir. 06 fevral 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələni əks etdirən növbəti ürəkdağlayıcı foto adı ilə paylaşılır.
Faktyoxla Lab. bu fotonun həqiqiliyini yoxlayıb.
Əlavə bax:
Yunan yanğınsöndürənin türk uşaqla fotosu real deyil
Foto Türkiyədə çəkilməyib: Dağıtınlar altında qalmış sahibinin yanından çəkilməyən vəfalı it
Tərsinə foto axtarış metodu ilə araşdırıldıqda fotonun yayılma tarixi 6-7 il öncəyə gedib çıxır. Maraqlıdır ki, 2015-ci ildə ilk dəfə Rusiyanın VK sosial plaftormasında yayılan bu fotonun müəllifi azərbaycanlı xanım olub. Aygün Muradova həmin fotonu Cahit Sıtkı Tarancının “Memleket isterim” şeirindən bir kupletlə paylaşıb.
Bundan sonra həmin foto müxtəlif məzmunlarda paylaşılaraq sosial mediyada “viral” olub.
Təəssüf ki, fotoda arxa fon keyfiyyətsiz görüntüləndiyi, yəni arxa fonda olan maşınların nömrələri, küçələrin adları tam görünmədiyi üçün fotonun çəkildiyi yerin kordinatlarını dəqiqləşdirmək mümkün olmur.
Foto 2015-ci ildə sosial mediyada yayılıbsa, həmin dövrün Suriyada vətəndaş müharibəsinin ən qızğın vaxtlarına təsadüf etdiyini əsas götürsək, fotonun elə bu ölkədə çəkildiyini ehtimal etmək olar.
Nəticə:
Foto Türkiyədə baş vermiş dəhşətli zəlzələ zamanı çəkilməyib.