"Dağlıq Qarabağın Rus icması"na  yeni sədr  tapılıb.  Bu, Alexander Bordovdu. Yeni sədr tapıntısı ilə bağlı göndərilən təbrik məktubunda deyilir ki, ermənilər və ruslar "həm əməkdə, həm döyüşdə birlikdə olublar. Birlikdə "Artsax"ın “müstəqilliyini”, parlaq  gələcəyi müdafiə ediblər.  Məktubda əlavə olunub ki,   "Dağlıq Qarabağın Rus icması"  Aleksandr Bordovun rəhbərliyi altında bundan sonrakı işlərə də  töhfə verəcəyini vəd edir.

Qeyd edək ki,  Bordov  “icma”nın sədr müavini olarkən "Dağlıq Qarabağdakı slavyan dünyası qardaş pravoslav xalqlarının birliyinin bariz nümunəsidir" fikrini ifadə etmişdi.  

Məlumata görə, bu yaxınlarda Xankəndidə "Dağlıq Qarabağın Rus icması" məclisinin iclası keçirilib.  İclasda bildirilib ki,  müharibənin bütün əziyyətlərini Qarabağ erməniləri ilə bölüşən ən böyük milli azlığın nümayəndələri, yəni ruslar  xarici  təcavüzün nəticələrinin aradan qaldırılmasına öz töhfələrini verəcək,  “müstəqil dövlət” qurulmasına kömək edəcəklər.

Ötən il 12 oktyabr tarixində təşkilatın sədri Qalina Somova isə həmyerliləri adından Rusiya Prezidenti Vladimir Putinə müraciət  edərək  Putini Azərbaycan və Türkiyəni dayamdırmağa çağırmışdı.

Erməni tərəfinin məlumatlarına görə,   indi Qarabağda  500 rus qalıb.  Onlarla etnik rus və Rusiya vətəndaşı qaçqın olublar. Guya onlar Azərbaycanın nəzarətinə keçən şəhər və kəndləri tərk edərək  "möcüzəvi şəkildə xilas olublar".

2015-ci ildə Dağlıq Qarabağda keçirilən  "siyahıyaalınma”ya   bölgədə  238 rus və 26 ukraynalı yaşayıb. 1989-cu ildə Sovet dövründə keçirilən son siyahıyaalınmanın nəticəsinə görə,  burada yaşayan slavyanların sayı 2,5 min olub.   

Göründüyü kimi,  Qarabağda yaşayan slavyanlar ikinci deyil,  birinci Qarabağ müharibəsi zamzanı fəlakətli şəkildə azalıb və yerli ruslar  yaşayış məntəqələrinin azərbaycanlıların deyil, ermənilərin nəzarəti altına keçməsi nəticəsində qaçmağa məcbur olublar.

Rusların Qarabağdan qovulmasına baxmayaraq, erməni tərəfi işğal illərində Cənubi Qafqazdakı sülh proseslərinə qarşı "Rusiya amilindən" istifadə etməyə çalışıb.

Azərbaycan ərazilərinin erməni qoşunları tərəfindən işğal edilməsinə bəraət qazandırılmasına dair təbliğat materiallarının mütləq əksəriyyətində "rus icması"ndan bəhs edilmir. Erməni millətçilərinin ideoloqları Qarabağdakı ruslar haqqında heç nə demirlər, yalnız ermənilər haqqında danışırlar. "Qarabağın Rus İcması" layihəsi  yalnız bir neçə ildən bir   mətbuatda qabardılır və  yenidən yox olur. Hətta  Qarabağ işğalının Rusiyadakı  tərəfdarları belə, belə bir "icma" haqqında heç nə bilmirlər.

Göründüyü kimi, bu, erməni millətçilərinin uğursuz layihəsidir və zaman- zaman canlandırmağa cəhd edirlər. Bunula belə, bu aktivliyin Rusiya  sülhməramlılarının məsuliyyət zonasında Pravoslav irsinin qorunması çağırışları kontekstində təzahür etməsi diqqəti özünə çəkmir.

"Rusiya faktoru"ndan istifadə sülhməramlıların nəzarətində olan ərazidə rus dilinin ikinci rəsmi dil elan edilməsi təxribatı ilə də özünü göstərir.   Bu məsələnin 30 ildir gündəmə gətirilmədiyini və bölgədə praktik olaraq rusların olmadığını nəzərə alsaq, Qarabağ ermənilərinin qərarı həqiqi vəziyyəti əks etdirmir, əksinə geosiyasi hədəflər güddüyü məlumdur.

Əslində, Dağlıq Qarabağın rus icması işğal zamanı ermənilər tərəfindən zorla qovulub. Bunu  Azərbaycanda Rus icmasının sədr müavini Anastasiya Lavrina Qarabağdakı Pravoslav kilsələrinin Ermənistan tərəfindən məhv edilməsini şərh edərkən deyib.

Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı təkcə azərbaycanlıları deyil, Azərbaycanda yaşayan digər xalqların nümayəndələrini də yurdusuz-yuvasız qoyub. Tarixi yaşayış yerlərində evsiz qalanlar arasında 150 ildən çoxdur azərbaycanlılarla barışıq içində yaşayan Qarabağın kiçik bir kəndindən olan malakanlar da var. 1993-cü ildə onlar da ermənilər tərəfindən evlərindən qovulub.

Onlardan biri,  Yelena Timofeyeva "Moskva-Bakı" internet nəşrinə müsahibəsində doğma torpaqlarını yenidən görmək arzusunda olduğunu bildirib. Onun yaşadığı kənd Tərtərin Göyarx  kəndidir.  Dediyinə görə,  sovet illərində də ermənilər kəndin rus sakinlərini daim narahat ediblər: “Tərtər çayını bölmüşdülər.  Sanki yarısı onların, yarısı bizim idi.  Hələ o zaman da onlar düşmənçilik edirdilər,  bizi öz tərəflərinə qoymurdular.  Əhali kəndi hələ birinci Qarabağ müharibəsi başlamzadan öncə tərk edib.  1993-cü ildə Azərbaycan ordusu 52 malakanı erməni qırğınından xilas ediblər. Azərbaycanın qələbəsindən sonra onlar da  doğma Göyarx kəndinə qayıtmaq istəyirlər. 27 ailə Rusiyadan Azərbaycana, Qarabağdakı kəndlərinə qayıtmaq istəyir”.

Ermənilərin və qondarma "Dağlıq Qarabağ Rus icması"nın guya rusların azərbaycanlılar tərəfindən etnik təmizləməyə məruz qoyulması ilə bağlı dediklərinə baxmayaraq ruslar  özləri həqiqəti bilirlər. Azərbaycan  Rus icmasının rəhbəri, Azərbaycan Milli Məclisinin deputatı Mixail Zabelin bildirib ki, Azərbaycan parlamentinə işğaldan azad edilmiş Qarabağa qayıtmaq istəyən rus ailələrindən müraciətlər gəlir.  Onun szölərinə görə,  artıq dörd rus ailəsi  ona yaxınlaşaraq erməni işğalından azad edilmiş ərazilərdəki evlərinə qayıtmaq istədiklərini deyiblər.

Hazırda Krasnodar vilayətində yaşayan iki malakan ailəsi və Goranboyun Rus Borisi kəndində məskunlaşan iki ailə əvvəllər yaşadıqları Tərtərə qayıtmaq istədiklərini bildirdilər. Zabelin təssüf hissi ilə  onların kəndlərinin işğal zamanı tamamilə məhv edildiyini qeyd edib.

Erməni tərəfi Qarabağda yaşayan rusların milli mədəniyyətlərini, ənənələrini və dilini qorumaqla bağlı heç bir problemi olmadığını iddia edir. Ancaq işğal olunmuş ərazilərdə qalan pravoslav kilsələrinin vəziyyəti, işğal dövründə ermənilərin rus mənəvi irsinə münasibət bunun əksini deyir.

Bakı və Xəzəryanı bölgənin Arxiyepiskopu  mərhum  Aleksandr  Ata bununla bağlı açıqlamasında bildirmişdi ki,   işğaldan azad edilmiş ərazilərdəki Pravoslav kilsələrinin vəziyyətinin  ürəkaçan olmadığı barədə məlumatlar var. O Şuşadakı   Müqəddəs İohann Kilsəsinin  daxili və xarici götrünüşünün ermənilər tərəfindən dəyişdirildiyini, bu illər ərzində məbədin     qübbə, zəng qülləsinin  erməni Qriqorian kilsəsinin atributları ilə əvəzləndiyini bildirmişdi.  

Xocavənddəki  rus provaslav kiləsinin isə  alaq otları və ağaclar basmış dörd divarı qalıb.  1894-cü ildə inşa edilmiş bu kilsə təkcə dini ibadət yeri kimi deyil, həm də bir memarlıq abidəsi kimi dəyərlidir. Ermənilər Xocavəndi işğal etdikdən sonra bu kilsə də digər məbdələr kimi dağıntıya məruz qaldı.

Şuşadakı rus kilsəsi daha erkən, 1847-ci ildə tikilib. 1992-ci ildə Dağlıq Qarabağın işğalından sonra ermənilər onun günbəzini dağıdıb,  öz qübbələrini qaldırıb, kiləsini də  “Xanaç jam" adlandırdılar.  Bu  isə  Rus Pravoslav Kilsəsinin yerli yeparxiyanın  icazəsi olmadan həyata keçirilib. 

Erməni vandalizmindən təkcə Qafqazdakı etnik azərbaycanlıların tarixi, mədəni və dini irsi deyil, hətta həmməzhəblərinin,  siyasi müttəfiqlərinin  ziyarətgahları da payını alıb.  Nümunə olaraq Xoxavəndin Kuropatkino kəndindəki Rus procaslav kiləsinin göstərə bilərik.

Xarabalığa çevrilmiş kilsənin fotolarını erməni bloqqer Vaqe Martirosyan yayımışdı.  Martirosyan əvvəlcə kilsənin 1988 və 2000-ci illərdə çəkilən fotolarını nüamyiş etdirdi.  Fotoşəkillərin müqyisəsi göstərirdi ki,  həmin dövrlərdə kiləsinin vəziyyəti yaxşı olub.  Xocavəndin  1992-ci ildə işğal edildiyini  və 1988 və 2000-ci illərdə çəkilən fotoşəkillərə əsasən kilsənin vəziyyətinin dəyişmədiyini nəzərə alsaq, belə çıxır ki, birinci Qarabağ müharibəsində məbəd dağıntıya məruz qalmayıb.  2014-cü ildə Vaqe Martirosyan bu kilsəyə yenidən baş çəkib və  yeni fotoşəkillər nümayiş etdirib. Bu dəfə durum fərqli idi. Fotolardan  artıq  kiləsinin dam örtüyünün dağıldığı, dəmir barmaqlıqların çıxarıldığı, qərb tərəfində fasadın ciddi ziyan çəkdiyi aydın görünürdü.  Erməni vandalar kilsənin divarında  öz adlarını da yazıblar  - Armen, Qarik, Karmen və s. 

Məsələ burasındadır ki,  kilsə atəş xəttində olmayıb, amma məbədin Ermənistan Silahlı Qüvvələrinin yerləşdiyi tərəfdəki fasadının zədələnməsi təsadüfi sayıla bilməz. Kilsinin işğal olunmuş ərazilərdə yerləşən Ermənistan silahlı qüvələrinin hərbi obyektinə yaxın yerləşdiyini nəzərə alsaq, deməli  dağıntıdan Ermənisanın hərbi-siyasi rəhbərliyinin də xəbəri olub.

Xatırladaq ki, 2009-cu ildə Xankəndidə Pravoslav Kilsəsinin təməl daşı qoyulub.  2009-cu ilin noyabrında  6110 kvadrat metr ərazi  pulsuz istifadə üçün "Dağlıq Qarabağın Rus icması"na verilib. Rusiyadan bir heyət, məbədin tikintisinə başlanılması mərasimində iştirak etmək üçün Dağlıq Qarabağa gəlib. Məbədin təməl ayinini, Rus Pravoslav Kilsəsinin keşişi  Aleksandr  aparıb. O  Qarabağın "Rus icması" üçün kilsə tikdirmək qərarına görə bölgənin "səlahiyyətlilərinə" minnətdarlığını bildirib. Aradan 12 il keçsə də, hələ də  kiləsinin tikintisi   "ilk daş"dan o tərəfə irəliləməyib.

Nəhayət, sonda onu da qeyd edək ki,  "Dağlıq Qarabağın rus icması" adının özü yanlışıdır.  Azərbaycan Prezidenti İlham Əliyev bəyan edib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur: "Əgər dırnaqarası Dağlıq Qarabağın statusundan söhbət gedirsə, mən demişəm, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlədilməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var".

Beləliklə, "Dağlıq Qarabağın Rus İcması" adlı təşkilatın erməni tərəfinin təbliğat məqsədi ilə istifadə etdiyi saxta bir quruluş olduğu ortaya çıxır. Əslində Qarabağın rus əhalisi də erməni işğalından əziyyət çəkib, rus xalqının mənəvi irsi işğalçılar tərəfindən məhv edilib.  Erməni tərəfi məqsədli şəkildə Qarabağdakı rusların sayını şişirtməyə çalışıb, halbuki ermənilər tərəfindən aktiv moderatorluq edilən Vikipediyada tamamilə fərqli rəqəmlər var.

Bu qənaətə gəlirik ki,  erməni tərəfinin  “Dağlıq Qarabağın Rus icması” adından təqdim olunan məlumatları reallığı əks etdirmir.