II Qarabağ müharibəsindən sonra bir çox İran saytları, mənbələri Azərbaycanın qədim şəhəri, Qafqazın mirvarisi olan Şuşa şəhərinin adını ermənilər kimi “Şuşi” deyərək adlandırırlar. Belə yanlış təqdimatdan birini, iki gün öncə Salar Seyfəddini adlı iranlı (milliyyəti dəqiq bəlli deyil, fars ya erməni olduğunu gizlədir-red.) jurnalist edib. Onun Dünya Azərbaycanlılarının 5-ci qurultayı haqda qızışdırıcı tvit yazıb.

Tvitdə qeyd olunur ki, Dünya Azərbaycanlılarının 5-ci qurultayının bu posterində Ermənistanın Syunik bölgəsinin işğal olunduğu göstərilir. Bu poster anti-İran qurultayının işğal olunmuş Şuşi şəhərində keçiriləcəyi haqda informasiya verir.  

Əvvəla, Dünya Azərbaycanlılarının Qurultayı- Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması ilə bağlı məsələlərin müzakirə edildiyi tədbirdir. DAQ-ın heç bir siyasi düşüncəsi, başqa dövlətlərin ərazisində gözü yoxdur, separatizmi rədd edir.

İkincisi, Ermənistanın “Syunik vilayəti” deyilən yer, (əslində Zəngəzur), tarixi Azərbaycan torpağıdır. Bu haqda yetərli mənbələr, faktlar var. Sadəcə 1923-cü ildə keçmiş Sovet rəhbərliyi tərəfindən Ermənistana bölgədə nifaq salmaq, Azərbaycanı Naxçıvanla əlaqələrini kəsmək üçün hədiyyə edilib. 1988-ci ilə qədər həmin ərazilərdə Azərbaycan türkləri yaşayıb, həmin tarixdən sonra deportasiya ediliblər. Zəngəzurda törədilən soyqırımın acı nəticələri, aparılan “etnik təmizləmə” siyasəti bu gün də davam edir. Qaldı DAQ-ın emblemində Zəngəzurun Azərbaycana birləşdirilməsi, tamamilə cəfəngiyyatdır.

İranlı jurnalist kimi təqdim olunan Salar Seyfəddini indiyə Azərbaycan əlehinə bir neçə provakativ tvit yazıb.

O, İranın “Şərq” qəzetində çalışdığı vaxtda tanınmamış (2017-ci ildə) Xankəndidəki qondarma rejimin dırnaqarası rəsmisi Masis Mailyandan müsahibə götürüb, açıq-aşkar qızışdırıcı və separatçı mövqe göstərmişdi.

Qondarma rejimin sözdə xarici işlər naziri ilə müsahibədə Dağlıq Qarabağ müstəqil ölkə kimi qələmə verilir, bu ərazilərin İran üçün önəmli olduğuna deyilir, Xankəndi-Tehran birbaşa əlaqələrindən danışılır. Hərçənd İran mediasında Salar Seyfəddininin bu təxribatı ciddi təpgi görmüş və ondan İran və Azərbaycan arasında nifaq salmamaq təkidlə tələb edilmişdir. (Mənbə)  

Salar Seyfəddininin başqa bir provakasiyası haqda.

Ötən il Tehran Şəhər Şurası ("Şoraye Şəhre Tehran") İran paytaxtındakı 38 parkın və küçənin adı dəyişdirilməsi haqda qərar vermişdi. Qərar barədə məlumat Şuranın rəsmi saytında yerləşdirilib. 2710-127 saylı qərara əsasən, Pənah Xiyabanı bundan belə "Nardaran Xiyabanı" adlanacaq. Şəhəri Şurasının bununla bağlı qərarında deyilir: "Nardaran Bakı yaxınlığındakı bir kənd, İranda təhsil almış Tale Bağırzadənin doğulduğu yerdir".

Şəhərdəki Məryəm küçəsinin adı isə artıq "Şuşi"dir. Şuşa yox, məhz "Şuşi".

Tehran Şəhər Şurası Azərbaycanın mədəniyyət beşiyini, erməni işğalından azad edilmiş şəhəri ermənilərin təbirincə "Şuşi" adlandırmaqla kifayətlənməyərək "bu şəhərdə İran şahı Ağa Məhəmməd Şah Qacar xaincəsinə qətlə yetirilmişdi" bəyanatını verib.

Jurnalist Salar Seyfəddini bununla bağlı Twitterdəki bloqunda yazıb: "Küçələrin adlarının belə dəyişdirilməsi vacibdir, çünki o şəhərlərin və məkanların İran mədəniyyətinə aid olduğunu göstərir. Ümid edirəm ki, yaxın günlərdə Şəhər Şurasına təzyiq göstərərək qərarı dəyişməzlər".

İndi isə Salar Seyfəddinin, digər fars mənbələrinin israrla təqdim etdiyi və digər erməni mənbələrinin sevə-sevə paylaşdıqları “Şuşi” barədə.

Bu məsələdə Salar Seyfəddini tək deyil. Onunla birlikdə BBC-nin müxbiri Armen Shahbazian və Xakəndidə yaşayan, separatçı jurnalist Anuş Gavalyan da canfəşanlıq edirlər.  

İndi ardıcıllıqla iranlı və erməni jurnalistlərin Şuşanın “Şuşi” kimi qondarma adla çağırılması üçün gətirdikləri arqumentləri araşdıraq. Salar Seyfəddini Şuşadakı Gövhər Ağa məscidindəki bu kitabəni paylaşır və işarələdiyi yerdə “Şuşi” yazıldığını qeyd edir.

Amma həmin məscidin Qarabağ və Şuşa işğal altında olarkən erməni və İran mütəxəssisləri tərəfindən təmir edilərək (2019-cu ildə), yenidən qurulması haqda məlumat vermir. Biz isə həmin məlumatı iranlı jurnalistin diqqətinə çatdırırıq. Bu yenilənmədən sonra orada hansı dəyişikliklərin edildiyi haqda heç kim danışmır.  Maraqlananlar həmin məlumatla tanış ola bilərlər: Mənbə

Bu məscid isə 1885-ci ildə Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa edilib.

İran və erməni jurnalistlərin Şuşa adının “Şuşi” kimi təqdim olunmasında verdikləri mücadilə bununla bitmir və onların əsassız arqumentləri bir-birinin ardınca ifşa edilir.

Diqqət edək:

Salar Seyfəddini məşhur Azərbaycan müğənnisi, şuşalı Seyid Şuşinskinin soyadını əsas gətirərək deyir ki, şəhərin adı qədimdən Şuşa deyil, “Şuşi” olub. Olduqca gülünc və savadsız arqumentdir. Armen Şahbazyan da dərhal bu məqamdan yararlanmağa çalışır. Amma özlərini biabır edirlər.

 

Rus dilinin qrammatikasında ismin azalma qaydalarını oxumaq lazımdır.  Digər tərəfdən “inskiy/-insky” şəkilçisinə görə belə alınır: “Şuşinskiy/Şuşinski. 

Digər tərəfdən. Rus dilində ismin halları var. Onlardan biri yiyəlik haldır. Yiyəlik halda “Şuşa” sözü “Şuşi” kimi alınır. Buna uyğun Azərbaycan toponimlərinin bir neçəsini misal gətirmək olar. Gəncə- Ganjinski, Bərdə- Bardinski, Culfa-Culfinski.

Mütəxəssislər Şuşa sözünün fars mənbələrində Şuşi kimi səsləndirilməsini də aydınlaşdırıblar.

Ərəb dilində “A” səsi ilə bitən bir çox söz “ی” ilə yazılır, lakin “ا” kimi oxunur. Məsələn, 'مصطفی' 'musi' 'عیسی' hansıki 'Mustafa' kimi oxunur. Eynilə 'Musa' və 'İsa' kimi. Və ya məsələn, مسجدالأقصی Hansıki belə oxunur: Məscidül-Əqsa. Bundan başqa Özbəkistanın “Buxara şəhəri” də eyni cür yazılır və fərqli oxunur.   

Bu yazışmalarda Xankəndində yaşayan, sepratçı jurnalist Anuş Gavalyanın Salar Seyfəddiniyə “Şuşa” fars dilində nə deməkdir?” mövzuya nabələd sualı həm erməni, həm də fars mənbələrini ciddi məyus edir. İranlı jurnalist yazır: “Şuşa- şüşə deməkdir”. 

Nəhayət, Şuşanın “Şuşi” kimi təqdim olunmasına qarşı bizim arqument.  

İranda mühüm tarix kitablarından biri hesab edilən, Həsən Pirniya, Seyyid Məhəmməd Bessam və Abbas İqbal Aştiyaninin həmmüəllifliyi ilə yazılan “İranın Kamil Tarixi” kitabının 17-ci, yəni Qacarlar sülaləsi fəslində Şuşa adına dəfələrlə rast gəlmək olar:

“Ağaməhəmməd Xan (Ağaməhəmməd şah Qacar-red.) hicri 1209-cu ilin baharında Azərbaycan istiqamətində hərəkətə başladı və həmin ilin zilhiccə ayının əvvəlində Ərdəbildən Şuşa istiqamətində gedən yolun başında, Araz çayının üzərində yerləşən Xudafərin körpüsündən keçdi və 60 minlik qoşunla şəhəri mühasirəyə aldı. Şuşanın valisi İbrahimxəlil Xan Cavanşir güclü müqavimət göstərdi və oranı tutmaq uzandığından Ağaməhəmməd Xan bu şəhərin mühasirəsini dayandırıb Tiflisə hücum etdi.” (1209- 1210- cu illərdə Gürcüstana hücum, səhifə 952).

“Ağa Məhəmməd Xan Şuşanın qalalarından birini ələ keçirən və İbrahimxəlil Xan Dağıstana çəkilən zaman elə də əhəmiyyətli olmayan səbəblərdən xidmətçilərindən üç nəfərə əsəbiləşdi və onları öldürəcəyini dedi...” (Ağaməhəmməd xanın 21 zilhiccə 1211-ci ildə qətli, səhifə 953).

Bu, kitabda olan çoxsaylı nümunələrdən yalnız az bir hissəsidir. Kitabın digər qismlərinə nəzər saldıqda isə təkcə ermənilərin necə xəyanətkarcasına Sisianovu Gəncəni işğal etməyə çağırması deyil, həm də İrəvanın da tarixdə Azərbaycan türkləri olan Qacarlara məxsus olması və onlar tərəfindən idarə edilməsi barədə tarixi həqiqətlərin elə İran tarixçilərinin əli ilə yazıldığının şahidi oluruq.

Bundan başqa, nüfuzlu “İranika Ensiklopediyası” var. Həmin saytda axtarış bölməsində “Şuşi” yazdıqda 0 nəticə alınırsa, 

“Şuşa” yazıb axtarış verəndə nəticələrin sayı yüzlərlədir.  

Nəticə: Şuşa şəhərinin adının qondarma “Şuşi” kimi adlandırlmasının heç bir tarixi, hüquqi əsası yoxdur. Bu erməni tərəfinin şəhərin tarixini saxtalaşdırmaqdan başqa bir şey deyil.