Ermənistanın “Qolos Armenii” (“Ermənistanın səsi”) elektron nəşri 20 dekabr tarixli sayında “Aлиевщина в лихорадочных поисках денег” sərlövhəli məqalədə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işlərini davam etdirməkdə maliyyə sıxıntısı ilə üzləşməsinə və Türkiyənin bu bölgədə sərmayə planlarının sual altına düşməsinə dair  həmişə rastlaşdığımız, ənənəvi şərh verib. Boqdan Atenasyanın müəllifi olduğu yazıda iddia olunur ki, Azərbaycan hakimiyyəti azad edilmiş ərazilərin bərpasına son aylarda maliyyə tapa bilmir və çıxış yolları axtarır. Guya neft pulları qurtardığından hökumət elan etdiyi və planlaşdırdığı investisiya proqramını icra etməkdə acizdir. Sitat: “Пока же этих денег у нефтяного султана нет, и представители власти начинают признавать этот факт. А ведь еще менее года назад Алиев и его министры расписывали запланированные вложения, как беспрецедентную в мире программу, обещая молочные реки и кисельные берега там, где армяне оставили "разрушения и опустошение”. 

“Qolos Armenii”nın iddialarını davam etdirərək deyir ki, 2020-ci il müharibəsi ölkənin valyuta ehtiyatlarını tükəndirdi. Üstəlik, koronavirus pandemiyası ciddi iqtisadi ziyan vurdu. Manat üçün devalvasiya riski yaranmışdı və s.

Sitat: И действительно, азербайджанским властям есть отчего тревожиться. Война 2020-го истощила валютные резервы страны. Плюс значительный экономический ущерб нанесла пандемия коронавируса. По данным МВФ, в прошлом году спрос на экспорт нефти и газа, обеспечивающий около трех четвертей государственных доходов, резко упал, а ВВП Азербайджана сократился на 4,3%. К тому же правительство потратило миллиарды на поддержание курса маната”.

Faktyoxla Lab. bu iddiaları araşdırıb. Bu dəfə erməni mediasının nə təqdim etdiyini, hansı faktlar gətirdiyini və əslində durumun necə olduğunu məhz erməni oxucular və cəmiyyəti üçün hazırlamışıq.

Öncə, gəlin 2020-ci və 2021-ci ilin ötən dövründə Azərbaycanın iqtisadi vəziyyətinə nəzər salaq.

Birincisi, Azərbaycanda neft pulları qurtarmır, əksinə artır, 2021-ci ilin yanvar-noyabr aylarında Neft Fondunun təkcə “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan və “Şahdəniz” yatağından hasil edilən mənfəət nefti və kondensat satışından qazancı 5 milyard 550 milyon dollar təşkil edib. Yəni, milli valyuta ilə hesabladıqda, təxminən 9,4 milyard manat gəlir qazanıb. Halbuki DNF-nin 2021-ci il üzrə gəlirləri 8,1 milyard manat təsdiq edilib. Hələ ilin sona çatmasına bir ay qalmasına baxmayaraq, DNF proqnozlaşdırıldığından 1,3 milyard manat çox gəlir əldə edib. Bu isə onu deməyə əsas verir ki, 2021-ci ilin dekbar ayında mənfəət nefti və qazın satışı, aktivlərinin idarə edilməsi, bonus və s. sahələrdən də gəlirləri nəzərə aldıqda DNF-nin 2021-ci ilin maliyyə ilinin yekununda xalis qazancı 6,5 milyard dollara, yəni 11 milyard manata çatacaq. (Mənbə)

Erməni jurnalistlərin yazdığına inanan oxucu üçün deyək ki, 2020-ci ildə ağır pandemiya və müharibə ilində belə Azərbaycanın valyuta ehtiyatları azalmaq əvəzinə, artıb. Hazırda isə, yəni 2021-ci ilin yanvar-noyabr aylarında həm Dövlət Neft Fondunun, həm də Mərkəzi Bankın ehtiyatları 4,4 faiz, yəni 2,2 milyard dollar artaraq, ümumilikdə, Azərbaycanın strateji valyuta rezervləri 53 milyard dolları üstələyib. (Mənbə)

Əvəzində onsuz da iqtisadi kataklizmlər içində itib-batan Ermənistan müharibədəki  ağır məğlubiyyətdən sonra tənəzzül daha dərinləşmiş və 2021-ci ildə iqtisadi geriləmə son həddə enmişdir. Bunu bilirsiniz ki, Ermənistan 2020-ci ili 2 ağır fəlakətlə başa vurdu. Birincisi, koronavirus pandemiyası ölkənin iqtisadi imkanlarını qapatmaqla sosial öhdəliklərin icrası üçün xaricdən borc almağa vadar etdi və nəticədə maliyyə sıxıntıları dərinləşdi. Beynəlxalq institutların və MDB regionu üzrə iqtisadçı analitiklərin təhlillərinə görə, 2020-ci ili Ermənistan hamıdan bərbad vəziyyətdə başa vurdu, ÜDM təxminən 8,5% azaldı. (Mənbə)

İkincisi isə Azərbaycanın öz torpaqlarını işğaldan azad etmək üçün başladığı əks-hücum əməliyyatları nəticəsində baş verən müharibə və layiqli biabırçı məğlubiyyət Ermənistanın iqtisadi vəziyyətinə daha ağır zərbə vurdu. Müzəffər Azərbaycan Silahlı Qüvvələrinin işğalçı Ermənistan ordusuna vurduğu maddi ziyanın həcmi 3 milyard dollardan artıqdır. Nəzərə alsaq ki, düşmən döyüşlərdə artıq 8 ədəd C-300 zenit-raket kompleksini (ZRK) itirib və onlardan birinin qiyməti 115-160 milyon dollar civarındadır, zənnimizcə, mənzərə tam aydın olar. Ermənistanın 2020-ci il hərbi büdcəsi 634 milyon dollar təşkil edib. İşğalçı dövlətin təkcə hərbi itkilərinin həcmini (3 milyard dollardan artıq) hərbi büdcədən ən azı 4,7 dəfə çoxdur. Əlavə şərhə ehtiyac varmı?

Ermənistanın maliyyə ehtiyatları da tükənir, büdcəni doldurmaq üçün xaricdən borc dalınca borc alınır, nəticədə Ermənistanın dövlət borcu artaraq 9 milyard dollar həddini keçib. 2021-ci ilin 9 ayı ərzində xarici borc 9 milyard 31 milyon dollar və ya 4 trilyon dram təşkil edib. 369 milyard dram! Və hər ay borc 85-100 milyon dollar artır. 2020-ci ilin yanvarında borc 8,1 milyard idisə hazırda 9, 2 milyarda yaxınlaşıb, yəni  1 milyard 190 milyon dollar artıb. Xarici borc ÜDM-in 40 faizinə çatıb. “Fitch” beynəlxalq reytinq agentliyinin qənaətinə görə, borcun 40 faizi ötməsi təhlükəli həddir. (Mənbə)

Azərbaycan isə son bir ildə xarici dövlət borcunu 2,5 faiz də azaldaraq  (8,6 milyard dollar) ÜDM-in 18,2%-nə qədər aşağı salıb. Respublikamızın strateji valyuta ehtiyatları xarici borcu 6 dəfə üstələyir. (Mənbə)

Ermənistanın valyuta ehtiyatları da kəskin şəkildə azalaraq dibə enməkdədir. 2021-ci ilin yanvar-oktyabr aylarında rezervlər cəmi 3 milyard 201 milyon ABŞ dolları təşkil edib. Bu ölkə elə bir acınacaqlı gündədir ki, 30 il Azərbaycanın qızıl yataqlarının vəhşicəsinə istismar edən Köçərayn-Sarkisyan rejimləri həmin qızıl ehtiyatlarını korrupsiya layihələrinə və ofşorlara sərf etməklə dövlətin heç 100 kq qızıl rezervinin də yaranmasını istəməyiblər. Ermənistan 2003-cü ilin dekabrından indiyə qədər beynəlxalq ehtiyatlarda 1 kq bank qızılı yoxdur və bu ölkənin valyuta ehtiyatları xarici borcdan 4 dəfə azdır. (Mənbə)

 

Avrasiya İqtisadi Komissiyasının hesabatına əsasən, 2021-ci ilin yanvar-sentybar ayları üzrə ən pis iqtisadi durum Ermənistanda qeydə alınıb. İqtisadiyyatın “sütunu” hesab edilən sənaye sahəsində cəmi 0,7 faiz artım qeydə alınıb, bu da ittifaq dövlətləri arasında ən axırıncı göstərici deməkdir. (Mənbə)

 Azərbaycan isə 2020-ci ildə üzləşdiyi ağır pandemiyanın mənfi təsirlərini artıq arxada qoyaraq, parlaq Zəfərdən sonra yaranmış yeni reallıqlara və iqtisadi çağırışlara uyğun olaraq yeni inkişaf drayverlərini hərəkətə gətirməkdədir. 2021-ci ilin yanvar-noyabr aylarında ölkəmizdə 80 milyard 688,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,3 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 faiz, qeyri neft-qaz sektorunda isə 6,4 faiz artıb. Yəni, inkişafın əsas sütunu neft yox, qeyri-neft sektorudur. Qeyri-neft sahələrdinə artım dinamikası 3 dəfə böyükdür. Dekabr ayındakı gözlənilən artımı da nəzərə alsaq cari ildə ÜDM istehsalı 87 milyard manatı ötmüş olacaqdır. Bu isə o deməkdir ki, Azərbaycan post-pandemiya dövründə ən yaxçı və yüksək artım əldə edən dövlətlərdən biridir. (Mənbə)

Sözügedən media orqanı Azərbaycan Prezidentinin elan etdiyi layihə və proqramları şübhə altına almaqdan çəkinmir, maliyyə çatışmazlığından Qarabağ və Şərqi-Zəngəzurda “ölü sakitlik” hökm sürdüyünü deyir. Sitat: “Сейчас в Баку все меньше говорят об "умных фермах", грандиозных солнечных электростанциях, нескольких аэропортах, цветущих городах с суперсовременной инфраструктурой и деревнях по типу швейцарских селений. Взамен участились призывы властей экономить каждый выделенный на восстановление “освобожденных земель” гяпик.”

Aydınlıq gətirək: Azərbaycan tarixi Zəfərdən sonra cəmi 11 ayda 2.2 milyard manatlıq büdcə vəsaiti hesabına hansı layihələri həyata keçirməsinə bütün dünya şahiddir. Azərbaycan Cənab Prezident İlham Əliyevin birbaşa iştirakı və təşəbbüsü ilə Qarabağda və Şərqi-Zəngəzurda misli görünməmiş infrastruktur layihələri gerçəkləşdirib. Bəzilərini xatırladaq:

Füzuli Beynəlxaql Hava Limanının və Zəfər Yolunun istifadəyə verilməsi, Zəngəzur dəhlizinin Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, “Ağıllı Aqropark”ın, öz ilk sakinlərini qarşılamağa hazırlaşan Zəngilandakı “Ağıllı kənd”in inşası, Şuşada onlarla yeni layihələrin təməlinin qoyulması, Göhvər ağa məscidinin təmiri, digər məcsidlərin təmirinin aparılması, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin və büstünün, Üzeyir Hacıbəylinin heykəlinin açılışları, Natəvanın adını daşıyan bulağın istifadəyə verilməsi, Şuşanın simvollarından biri olan “Qarabağ” hotelinin açılışı, “Otel və Konfrans Mərkəzi”nin tikintisi və s.

Bunan başqa Kəlbəcər və Laçın rayonlarında mühüm obyektlərin təməlinin qoyulması, Zəngilan-Qubadlı-Laçın yolu çəkilməsi, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması, “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının işə düşməsi, Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışı və sair işləri Azərbaycan hökuməti həyata keçirmirmi?

Bərdə-Ağdam avtomobil yolunun,  Laçın Beynəlxalq Hava Limanının, Ağdam Sənaye Parkının, Ağdamda yeni şəhər və infrastrukturların, azad edilmiş böğlgələrdə onlarla məktəb, səhiyyə, sosial infrasturktur obyektlərinin Cəbrayılda “KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin təməlinin qoyulması, Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikilən tunelin, Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışı, Araz İqtisadi Zonasının yaradılması Azərbaycanın dövlət başçısınını əməyinin nəticəsidir.

Hadrut qəsəbəsində yeni məscidin, Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşının qoyulması,Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarının tikintisi, Müdafiə Nazirliyinin və Sərhəd Qoşunlarının 10-a yaxın hərbi hissəsinin açılışı, Hadrutda Komando tipli hərbi hissənin açılışı və digər saysız-hesabsız layihələr Ermənistanın gözü qarşısında həyata keçirilir? Bunları görməmək isə erməni ictimaiyyəti üçün ona görə çətindir ki, erməni mediası və təbliğat maşını bu işdə maraqlı deyillər.

“Qolos Armeni” iddia edir ki, Azərbaycanın büdcə vəsaitləri də daralır və hökumət Qarabağdakı işlərə 2 milyard manat pulu ayırmaqda belə çətinlik çəkir: “В подобных условиях найти лишние деньги на громогласно обещанные амбициозные проекты в "освобожденном Карабахе" не представляется возможным. Еще закладывая бюджет страны на 2021 г. правительство обещало, что с каждым годом суммы, предназначенные на восстановление "освобожденных земель", будут ощутимо возрастать. Однако выделенная в 2021г. на эти работы сумма в 2,2 миллиарда манат (чуть более миллиарда долларов) в 2022-ом не будет увеличена.

Azərbaycanın maliyyə imkanlarına baxsaq görərik ki, dövlət büdcəsinin vəsaitləri hər il artır. Hazırda son 30 ilin ən böyük dövlət büdcəsi – 2022-ci ilin 30 milyard manatlıq büdcə zərfi təsdiq edilib, azad edilmiş ərazilər üçün daha 2,2 milyard manat vəsait ayrılıb. Eyni zamanda, özəl investisiyların, xarici şirkətlərin, Türkiyənin də sərmayələrini nəzərə alsaq bu vəsaitin həcmi 2 dəfə artmış olacaq. Yəni, quruculuq üçün maliyyə kifayət qədər çoxdur. Bundan başqa, Azərbaycanın hərbi büdcəsi 2022-ci ildə artırlaraq  4,6 milyard manata çatdırılıb.

Göründüyü kimi təkcə, bu 2 istiqamət üzrə Azərbaycanın 2022-ci ildə büdcə xərcləri 7 milyard manat olmaqla Ermənistanın ümumi dövlət gəlirlərindən böyükdür. Bu müqayisə yetərli deyil?

 “Qolos Armenii” nəşri yazır ki, 2021-ci ilin yayında Daşkəsəndə qızıl mədənlərinə səfər edən Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi sahədə böyük çətinliklər yaşandığını etiraf edərək “Qarabağ və “Şərqi Zəngəzur” iqtisadi rayonlarında bir sıra layihələrə yenidən baxmağa məcbur olduğumuzu xatırladıb. Yəni, bəzi layihələr təxirə düşə bilər.  Sitat: “Так, еще летом текущего года Ильхам Алиев, побывав на золотоносных приисках в Дашкесане, признался, что Азербайджан испытывает большие трудности в экономической области и вынужден пересмотреть приоритетность тех или иных проектов в “Карабахе и Восточном Зангезуре”. А в феврале в интервью государственному телевидению он даже обвинил нескольких высокопоставленных азербайджанских чиновников в том, что они обратились к нему с “ненужными” строительными проектами на захваченных землях. К примеру, когда начальник пограничной службы захотел построить пограничный блокпост в Шуши, Алиев назвал это предложение “смехотворным”, отметив, что “рядом с городом нет границы”.

 Çox gülməli və məntiqsiz iddiadır. Əvvəla, Azərbaycan Prezidenti belə bir ifadələr işlətməyib, onun çıxışının mətni Dövlət İnformasiya Agentliyinin – “Azərtac”ın arxivində bir neçə dildə saxlanılır.

Diqqət edək, Cənab İlham Əliyev Daşkəsənə səfəri zamanı nə deyib? 

 Prezident İlham Əliyev Daşkəsənə səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibədə 2021-ci ilin birinci yarımilliyində iqtisadi vəziyyəti şərh edib: Sitat: “Altı ayın yekunları isə bunu göstərir ki, bizim iqtisadiyyatımız 2 faiz artıb. Bu, yaxşı göstəricidir. Xüsusilə dünyada gedən proseslərə nəzər saldıqda görürük ki, dünya ölkələrinin böyük əksəriyyəti hələ ki, iqtisadi tənəzzüldədir. Bizim iqtisadiyyatımız isə artır və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Daha sevindirici məsələ odur ki, qeyri-neft sektorumuz 5 faizdən çox artıb. Bu, doğrudan da böyük rəqəmdir, böyük göstəricidir, görülmüş işlərin təzahürüdür... Qeyri-neft sənayemiz 16,6 faiz artıb və daha da artacaq. Bugünkü bu açılış və görüləcək digər işlər qeyri-neft sektorunun sənaye potensialını daha da artıracaq... Kənd təsərrüfatı 5,6 faiz artıb. Bu da əhəmiyyətli artımdır. Keçən il, hətta pandemiyaya qədər kənd təsərrüfatında artım daha az idi – təqribən 3 faiz, 3,5 faiz, indi isə 5,6 faiz. Bu da görülmüş işlərin, islahatların nəticəsidir”.

Bu müsahibədə “iqtisadi sahədə böyük çətinliklər yaşandığı” haqda bir kəlməyə belə rast gəlirsinizmi?

Davam edək, Cənab İlham Əliyev qeyd edib ki, biz azad edilmiş şəhər və qəsəbələri, kəndləri ən qısa zamanlarda ən müasir və layiqli cənnət zonalara çevirəcəyik. Sitat: “Şəhərsalma ilə bağlı bizim işçilərimiz böyük işlər görür, çox fəal işləyirlər. Ağdamın baş planı təsdiqləndi. Füzulinin, Cəbrayılın baş planlarının ilkin versiyası mənə təqdim edildi. İndi müfəssəl plan üzərində iş aparılır. Yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin baş planı ictimaiyyətə təqdim ediləcək. Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə artıq başlanmışdır. Bir neçə xarici şirkət, tanınmış dünya səviyyəli şirkət öz təklifini verdi. İndi seçim aparılır. Eyni zamanda, əlbəttə ki, Qubadlı da, Laçın və Kəlbəcər də - o şəhərlər də yenidən qurulacaq. Yəni, bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır. Onu da bildirməliyəm ki, biz bütün bu işləri öz hesabımıza edirik. Bütün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım almamışıq. Bəli, xarici şirkətləri biz dəvət etmişik, amma podratçı kimi. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.

Prezidentin çıxışında “Qarabağ və “Şərqi Zəngəzur” iqtisadi rayonlarında bir sıra layihələrə “yenidən baxmağa məcburuq”, layihələrin ixtisarı və s. buna bənzər fikirlər var? Qətiyyən!

Cənab İlham Əliyevin həmin çıxışında Ermənistanın vəhşi talançılığı və terrorçuluğunu sübut edən kifayət qədər əsaslı arqument və dəlillər öz əksini tapıb. Həmin çıxışda bir neçə məqama diqqət yetirək: Sitat: “Azad edilmiş torpaqlarda da bu sahənin çox böyük perspektivi var. Bildiyiniz kimi, uzun illər xarici şirkətlər qanunsuz olaraq bizim qızıl və digər mədənlərimizi istismar edirdilər. Bu, cinayətdir və mən bu haqda artıq öz sözümü demişəm, bir daha demək istəyirəm, bu şirkətlərin iki yolu var: ya bizə təzminat ödəyəcəklər, bizim şərtlərimizi qəbul edəcəklər, ya da ki, onların başqa alternativi hüquqi müstəvidə bu məsələnin həll olunmasıdır. Onu da deməliyəm ki, bütün hazırlıq işləri artıq tamamlanmaq üzrədir. Bizim həm Zəngilan, həm də Kəlbəcər rayonlarında xarici şirkətlər tərəfindən qanunsuz istismar edilən qızıl yataqlarımızın bütün təhlili aparılıbdır. Beynəlxalq məsləhətçilər dəvət olunubdur. Bir daha demək istəyirəm ki, onlar vurulmuş ziyanın təzminatını öz xoşu ilə həll etsinlər, Azərbaycan dövlətinə vurulmuş ziyanı ödəsinlər və ondan sonra, ancaq ondan sonra onlar rahat yaşaya bilərlər. Yoxsa ki, bu şirkətlərin başqa yerlərdə də əməliyyatları var və onların iş reputasiyasına çox böyük ziyan dəyəcək. Hər halda biz artıq öz mövqeyimizi açıq şəkildə ifadə etmişik. (Mənbə)

Erməni mediası belə çıxışları, bu fikirləri dərc edə bilmir! Qorxurlar, beynəlxalq ədalət mühakiməsində törətdikləri cinayətlərə, iqtisadi dağıdıcılıq əməllərinə görə, cavab verəcəklərindən təşvişə düşüblər. Ona görə də, Azərbaycan Prezidentinin fikirlərini təhrif edir, yalan məlumat yazırlar. Əslində bunu etməklə peşə etikasının tələblərini və doğru məlumat çatdırma prinsiplərini ayaq altına atmış olurlar.

“Qolos Armenii” Azərbaycan Prezidenti İlham Əliyevin azad edilmiş ərazilərdə işlərin davam etdirilməsinə maliyyə tapılmadığından Avropa İttifaqından maliyyə istədiyini iddia edir. Bu iftiranın “təsvirinə” diqqət edək: “О лихорадочном поиске властью денег для исполнения хотя бы части "карабахских" обещаний Алиева говорит ряд фактов, просочившихся на страницы СМИ. Например, стало известно, что на брюссельской встрече тет-а-тет с председателем Европейского совета Шарлем Мишелем азербайджанский президент высказал недовольство "несправедливой политикой" финансовых органов Евросоюза, выделивших Армении денежную помощь в размере 2,6 миллиардов евро, тогда как Азербайджану, "оставшемуся один на один" с проблемами "разоренных территорий", эти же структуры планируют выделить "мелочь" в размере 140 млн евро.  Очевидно, что Алиев тем самым пытается инициировать дискуссии на Западе, планируя под видом гуманитарных проектов в Карабахе урвать у Европы хоть какие–то суммы”.

Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı Aİ rəhbərliyi ilə görüşlərinin əsas məzmumu Avropa İttifaqı ilə Azərbaycan arasında 2018-ci ildə imzalanmış “Tərəfdaşlıq prioritetləri” sənədi üzrə əməkdaşlığın yeni istiqamətlərini müzakirədən ibarət olub. Cənab İlham Əliyevin həmin Sammitdə də çıxışı zamanı da Aİ-Azərbaycan arasında strateji tərəfdaşlığın yeni səhifəsi olan Cənub Qaz Dəhlizinin perspektivlərindən, digər prioritetlərdən bəhs olunub. Aİ-nin Azərbaycana maliyyə dəstəyi barədə ümumiyyətlə söhbət aparılmayıb. (Mənbə)  

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə görüşündə də maliyyə, 140 milyon dollar ayrılması barədə heç bir müzakirə aparılmayıb. Cənab Prezident həmin səfər çərçivəsində İtaliyanın “İl Sole 24 Ore” qəzetinə müsahibəsində Avropa Komissiyası tərəfindən “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində Cənubi Qafqaz ölkələri üçün nəzərdə tutulan maliyyə paketinin ədalətsiz və ikili standartlara əsaslandığını xatırladaraq bildirib ki,  Ermənistana maliyyə paketinin həcminin 2.6 milyard dollar, Azərbaycana isə 140 milyon dollar ayrılması ədalətsizlikdir. 2 milyon əhalisi olan Ermənistanla 10 milyon əhalisi olan Azərbaycan arasında 20 dəfəyə qədər fərq qoyulması ikili standarlığın bariz nümunəsdir: Sitat: “Bu, çox təəccüblüdür və bu paket elan edildikdən sonra, Prezident Mişelin bu yay Azərbaycana səfərindən sonra biz bu mövzunu daim müzakirə edirik. Biz istəyirik ki, yanaşma vahid standartlara əsaslansın. Biz ədalət istəyirik və əlbəttə, Azərbaycana eyni şərtlərlə, eyni həcmdə vəsaitin verilməsini istəyirik”. (Mənbə)

Azərbaycan Prezidenti xarici KİV-ə, beynəlxalq təşkilatların nümayəndələrinə hər zaman bir mühüm mesajı çatdırıb: Dünya ictimaiyyəti azad edilmiş ərazilərə gəlsin, Ermənistanın 30 il ərzində törətdiyi vəhşilikləri, vurduğu 10 milyard dollarla ölçülən zərərləri öz gözləri ilə görsün və beynəlxalq birlik ədalətlə, vicdanla kimin terrorçu, dağıdıcı olduğuna şahidlik etsin. Dünya ictimaiyyətinə əsil vəziyyət haqqında dürüst və obyektiv məlumatlar təqdim olunsun, ikili standartlara yol verilməsin. Azərbaycan xarici ölkələrdən bundan başqa heç nə istəmir. Azərbaycan Prezidenti 2021-ci il fevralın 26-da yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında açıq bəyan etdi ki, bizim heç kimin maliyyəsinə ehtiyacımız yoxdur, azad etdiyimiz torpaqlarda quruculuğu, insanların layiqli həyat şəraitini öz imkanlarımızla həll edəcəyik:Biz 30 il ərzində öz torpaqlarından qovulmuş insanlar üçün işğaldan azad edilmiş ərazilərdə maksimum əlverişli imkanlar yaratmaq istəyirik. Onlar buna layiqdirlər. Onlar layiqli yaşamağa və müasir dünyanın bütün nemətlərindən istifadə etməyə layiqdirlər. Bu əraziləri bərpa etmək üçün bizim siyasi iradəmiz də, maliyyə resurslarımız da var və biz bunu edəcəyik”. (Mənbə)

 

Həmin məqalədə iddia edilir ki, “pul axtarışında olan” Azərbaycanın bu günlərdə Səudiyyə Ərəbistanda olan hökumət nümayəndələrinin də niyyəti maliyyə ilə bağlı olub. Sitat: “Напомним также о встрече 15-16 декабря азербайджанской делегации в Эр–Рияде с министром инвестиций Саудовской Аравии Халидом бин Абдулазизом Аль-Фалихом. Согласно бакинским СМИ, стороны обсуждали на ней возможности вложений государственного и частного бизнеса саудитов в экономику Азербайджана. Однако весьма любопытно, что переговоры от имени правительства вел не министр экономики Микаил Джаббаров, что было бы логичнее, а министр финансов Самир Шарифов. Не говорит ли это о том, что Баку больше интересовал денежный займ, нежели прямые вложения саудитов в азербайджанскую экономику?”

Bu iddia haradan götürülüb? Məqalə müəllifi bu fikirləri dekabrın 15-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində olan Azərbaycan nümayəndə heyətinin rəhbəri Samir Şərifovun Səudiyyə Ərəbistanının investisiyalar naziri Xalid bin Əbdüləziz Əl-Falih və maliyyə naziri Məhəmməd Əl Cədəan ilə görüşlərinə istinad edərək yazıb.

Birincisi, bu hansısa xüsusi görüş deyil, Azərbaycan və Səudiyyə arasında Hökumət Komissiyasının növbəti iclasıdır, 10 ildən artıqdır ki, iclaslar keçirilir. Komissiyanın iclasları qarşılıqlı plan və proqram üzrə, rotasiya qaydasında aparılır. 2 il əvvəl, Hökumət Komissiyasının 5-ci iclası Bakıda olmuşdu, indi isə Ər-Riyadda. Hökumət üzvlərinin iclasları başqa harada keçirilməlidir? Sual oluna bilər, Ermənistanda hökumət komissiyalarının iclasları harada keçirilir?

Görüşdə niyə iqtisadiyyat nazirinin deyil, maliyyə nazirinin iştirakına gəlincə isə deməliyik ki, ümumiyyətlə hər bir ölkədə dövlətlər arasında Müştərək Komissiyaların həmsədrləri müxtəlif nazirlik və komitə rəhbərlərindən təyin edilir. Eyni nazir bütün Komissiyaların sədri ola bilməz, Cənab Mikayıl Cabbarov bir neçə Hökumət Komisiyasının Həmsədri olduğundan digər Komisiyanın həmsədrləri başqa nazirliklərin rəhbərlərindən ibarətdir. Bu baxımdan Azərbaycan-Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının sədrinin də Mikayıl Cabbarov yox, Samir Şərifov olması da bu qanunauyğunluğa əsaslanır.

İndi isə əsas mətləbə toxunaq, Müştərək Komissiyanın həmsədri Samir Şərifov və Səudiyyə Ərəbistanı Krallığının maliyyə naziri Məhəmməd Əl Cədəan ilə görüşündə Azərbaycanın Səudiyyədən borc alınmasına dair saziş imzalanıb?

Görüşün protokolu bütün ictimaiyyətə açıqlanıb, bütün internet resurslarda yayılıb. İki ölkə arasında müzakirə edilən məsələlərin bütün təfərrüatları, eyni zamanda. Müştərək Komissiyanın 6-cı iclasının yekununa dair imzalanmış Protokol yayılıb. (Mənbə)

Həmçinin, xarici mediada, da Azərbaycan-Səudiyyə Ərəbistanı Müştərək Komissiyasının 6-cı iclasına dair kifayət qədər məlumatlar öz əksini tapıbdır

Həmin görüşdə, imzalanmış protokolda Azərbaycanın Səudiyyədən borc alınmasına dair hər hansı fikir, söz, cümlə, protokolda bənd yoxdur!

Bu mövzuda bir məsələni də xatırlatmaqda fayda var. Azərbaycanın ən yaxın strateji müttəfiqlərindən biri olan dost Səudiyyə Ərəbistanı 30 il ərzində ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində prinsipial qətiyyətli mövqe nümayiş etdirirək Ermənistanı işğalçı dövlət kimi tanıyıb, əlaqələr qurmaqdan imtina edib. Rəsmi Ər-Riyad 1994-cü ildən Azərbaycanla ən yüksək səviyyədə əməkdaşlıq edir, davamlı sərmayələr yatırır, 2015-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanına səfəri əlaqələrimizi daha da möhkəmləndirib. Ona görə də, Səudiyyə Ərəbistanının Qarabağda, Şərqi-Zəngəzurda investisiya planlarına heç kimin şübhəsi olmasın. Ötən il Energetika Nazirliyi ilə Sədiyyənin “ACWA POWER” şirkəti arasında külək elektrik stansiyası layihəsi üzrə investisiya, enerji alqı-satqı müqavilələrinin imzalanıb. Bu artıq o deməkdir ki, azad edilmiş ərazilərimizdə “Yaşıl enerji” layihələrində Səudiyyə Ərəbistanının şirkətlərinin yer alması gerçəkləşməkdədir. 

 “Qolos Armenii” Türkiyə şirkətlərinin Qarabağda həyata keçirdiyi layihələrə pul tapa bilmədiyini, vəd edilən sərmayə proqramlarının “puça çıxdığını” da iddia edir: “ВПРОЧЕМ, НЕ ИСКЛЮЧЕНО, ЧТО ЗАЯВЛЕНИЕ о миллиардных контрактах было продиктовано сугубо желанием подбодрить на словах "старшего брата" на фоне финансово–экономического коллапса в Турции. Как известно, рискованная кредитно-денежная политика Эрдогана и его упрямые попытки навязать Западу собственные политические капризы довели курс лиры до обвала, вызвали стагнацию экономики и массовый отток капитала из страны. Впервые за десятилетия в турецких городах выстраиваются очереди за дешевым хлебом - картина, которую можно увидеть разве что в самых бедных африканских странах. И возможно, в Баку захотели поддержать "старшего брата" обещаниями добротных тендеров, но, разумеется, лишь тогда, когда Азербайджан добудет деньги на эти проекты”.

Son bir ildə erməni mediasının əsas mövzusu Türkiyə şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə böyükmiqyaslı işlərdə aktiv iştirakı haqdadır. Erməni mediası Türkiyənin infrastruktur, yol, nəqliyyat layihələrində dayanmaq bilmədən çalışmasına, “Kolin İnşaat”, “Çingiz İnşaat” şirkətlərinin fəaliyyəti, “Eti Bakır” və “Artvin Maden” şirkətlərinin qızıl sənayesində işə başlamasına  xüsusi diqqət çəkir. (Mənbə: SputnikArmenia)

Erməni mediası və oxucuları üçün məlumat verək ki, doğrudan da Türkiyə bu bölgədə iqtisadi gücünü daha da artırır, layihələrdə aktiv iştirak edir və bu proses genişlənməkdədir. Oktyabrın 26-da Azərbaycan və Türkiyə Prezidentlərinin Zəngəzur dəhlizinin - Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və Zəngilan rayonunda “Ağıllı Aqropark”ın, “Dost Aqropark”ın təməlini qoyması ilə türk şirkətlərinin fəaliyyəti üçün yeni imkanlar yaranıb, Cənab Ərdoğanın bəyan etdiyi kimi Türkiyə şirkətləri qarşıdakı mərhələdə daha geniş layihələr icra edəcəkdir. (Mənbə)

Və bu çox normaldır. Qardaş ölkə işğaldan azad olunmuş əzəli Azərbaycan torpaqlarındadılar və özlərini qardaş torpaqda çox rahat hiss edirlər. Burada təəccüblü nə var? Əlavə edək ki, Türkiyə Sahibkarlar İttifaqı, TÜMKİAD və digər onlarla şirkət azad edilmiş ərazilərdə sənaye müəssisələrinin yaradılmasına yüz milyonlarla dollar sərmayə qoymaqdadır. Türkiyə Rifah Fondu artıq qol çırmayıb, işə başlayıb, “Eti Bakır A.Ş.” şirkəti Qaşqaçay filiz yatağında, “Artvin Maden A.Ş.” şirkəti isə Elbəydaş və Ağduzdağ filiz yataqlarında neçə aydır dayanmadan çalışır. (Mənbə)

Bundan başqa, Cənubi Koreya, İsrail, Macarıstan, İtaliya şirkətləri artıq regiondadır, sərmayə planları son tamamlanma mərhələsindədir. 2 ay əvvəl AzAz İqtisadi Zonası yaradılıb və bu sənaye modeli ilk gündən investorları özünə cəlb edib. Rusiyanın “Kamaz” şirkəti artıq ilk investor kimi qeydiyyatdan keçib, sərmayə proqramının icrasına start verilib. (Mənbə)

“Qolos Armenii” azad edilmiş ərazilərə sakinlərin geri dönəcəyinə, Zəngilanda, Şuşada insanların doğma evlərində məskunlaşmasına, Şuşaya dəmir yolunun çəkilməsinə şübhə ilə yanaşır və məntiqsiz fərziyyələr irəli sürür. Müəllif unudur ki, Zəngilanda “Ağıllı kənd” hazırdır, bir neçə gündən sonra doğma sakinlərini qəbul edəcək, Şuşada isə geridönüş may ayından başlayıb, “Xarı Bülbül” festivalının keçirilməsi, “Qarabağ” hotelinin, yaşayış evlərinin və digər sosial obyektlərin bərpasından sonra yüzə yaxın ailə Şuşaya köçüb, Ali Baş Komandanla görüşən 4 yaşlı Asif və onun yaxın dostları, qohum-tanışları neçə aydır ki, öz evlərində yaşayırlar. Möhtəşəm quruculuqla öz tarixi simasını bərpa edən Şuşaya isə Böyük Qayıdışla dəmir yolu da istifadəyə veriləcək. 9 aya Zəfər Yolunu inşa edən Azərbaycan Prezidenti üçün dəmir yolu çəkmək də asandır.

İlk dəfə olaraq hazırladığımız məqalədə “Nəticə” vermirik. Səbəbi oxuculara bilməmiş deyillər.