Vətən Partiyasının sədri Doğu Perinçek Ərzurumda İmamoğlunun daşa tutulması ilə başlayan prosesə işarə edərək, siyasi partiya liderlərini “narıncı inqilablara” qarşı xəbərdar edib. Perinçek bütün siyasi partiyaların liderlərinə məktub göndərib. Məktubda aşağıdakı ifadələr yer alıb: “İlk növbədə arzu edirəm ki, 14 may seçkilərində ölkəmiz üçün müstəqillik, birlik və bərabərlik, vətənimizin bütövlüyü, istehsalatın yenilənməsi, azadlıq və demokratiya üçün qərar verilsin. Siz həm də Türkiyənin ciddi problemlərlə üzləşdiyini yüksək qiymətləndirirsiniz. Bu kontekstdə seçkiqabağı və seçkidən sonrakı prosesdə müəyyən tənzimləmələrin gündəmimizdə olduğunun əlamətlərinin şahidi oluruq”. Məktubla yanaşı, Perinçekin 9 may 2023-cü il tarixli “Narıncı inqilaba qarşı birləşək” başlıqlı bəyanatının mətni də göndərilib. (mənbə)
"GÜLLƏLƏR DANIŞACAQ"
“Kılıçdaroğlu seçkilərdə məğlub olacağı təqdirdə, "narıncı üsyan" ssenarisi başlayacaq”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek 14 may seçkiləri öncəsi baş verənlərə münasibət bildirərkən deyib. O, qeyd edib ki, ABŞ Türkiyədə "narıncı inqilab" başlatmaq iddiasında israrlıdır. ABŞ dərin dövlətinin məqsəd və strategiyasından danışan Perinçek qeyd edib ki, bu prosesi Ankaradakı gizli qərargah planlaşdırır və idarə edir.
ABŞ Dərin Dövlətinin məqsədi və strategiyası
“Yeni Akit” qəzetinin yazdığına görə, prosesin məqsədi və ümumi strategiyası 2020-ci ilin yanvarında ABŞ Dərin Dövləti tərəfindən bütün dünyaya açıqlanıb. Söhbət "Rand Corporation"-un “Türkiyədə Milli Dalğanın Yüksəlişi” adlı 276 səhifəlik məşhur hesabatından gedir. Bu hesabatda ABŞ-ın Dərin Dövlətinin Tayyib Ərdoğanı sıradan çıxarmaq məqsədi qeyd edilib.
Məqsədə çatmaq üçün istifadə olunacaq qüvvələr CHP, İYİ Partiya, bəzi mühafizəkar qruplar və qeyri-hökumət təşkilatları kimi müəyyən edilib. Bu qüvvələr “Altılı masa"da birləşdi və Receb Tayyib Ərdoğanı devirmək planına başladı. ABŞ prezidenti Bayden seçki çıxışında və "New-York Times" qəzetinə verdiyi açıqlamada Dərin Dövlətin hədəfini və planını təkrarlayıb. (istinad)
Perinçek lap əvvəldən baş verən hadisələri ümumiləşdirərək hadisələrə belə qiymət verib: “31 mart 2023-cü ildə İYİ Partiya İstanbul şəhər təşkilatına atılan gülədən sonrakı proses MKİ rəislərinin ssenarisini təsdiqləyir. Sonrakı hadisələr də göstərir ki, o güllə elə-belə atılmamışdı.
Bütün əldə edilən məlumatlar göstərir ki, Kılıçdaroğlu seçkidə uduzsa, ABŞ Türkiyədə “narıncı inqilab” təşkil edəcək. Dünya ictimaiyyəti Soros kimi maxinatorların idarəçiliyində bunu Ukrayna, Gürcüstan kimi ölkələrdə əvvəllər də yaşayıb.
Fevralın sonunda stadionlarda “Tayyib Ərdoğan istefa!” aksiyalarını təşkil edən və idmansevərləri qıcıqlandıran da məhz Gizli Qərargah olub. Daha sonra Meral Akşenerin qulağından tutub Altı Masaya oturdan da Gizli Qərargah idi. Planın alətlərinə gəlincə, onlar artıq ABŞ-ın Dərin Dövlət Hesabatında açıqlanıb. Baş rollarda Meral Akşener, Əkrəm İmamoğlu və Kılıçdaroğlu görünür. Atlantik mediası və MKİ rəhbərlərinin açıqlamalarını bu üçlük təkrarlayır”.( istinad)
Bəs maraqlıdır ki, Doğu Perinçəyin haqqında danışdığı “RAND Corporation”un hesabatı nədir və həmin hesabatda nədən bəhs olunur?
Faktyoxla Lab. olaraq “Rand Corporation”un hazırladığı hesabatı, onun içində qeyd olunan Türkiyədə xaos yaratmaq planının mövcud olub olmadığını oxucularımız üçün araşdırdıq.
Söhbət 2020-ci ilin yanvar ayında “RAND Corporation”un Türkiyə hesabatından gedir. Əvvəlcə onu qeyd edək ki, “RAND Corporation” ABŞ Müdafiə Nazirliyi üçün tədqiqat hesabatları və təhlillər hazırlayan beyin mərkəzidir. 1948-ci ildən fəaliyyət göstərən bu təşkilatın hesabatları Mərkəzi Kəşfiyyat İdarəsi, Pentaqon və ABŞ Dövlət Departamenti tərəfindən yüksək qiymətləndirilir və tövsiyələrinin 90 faizindən çoxu yerinə yetirilir. RAND-ın Türkiyə ilə bağlı daha əvvəl dərc edilmiş hesabatları da var. Ancaq əvvəlki hesabatlar elə də böyük səs-küy yaratmayıb. 2020 – ci ilin yanvarında dərc olunan bu hesabat həm böyük səs-küyə, həm də ictimaiyyətdə qarışıq reaksiyalara səbəb oldu.
Odur ki, hesabatın məzmununa toxunmağa, reaksiyaların rəngini dəyərləndirməyə keçməmişdən öncə onu hazırlayanların kimliyinə diqqət etmək lazımdır.
Bu hesabatı hazırlayanların başında uzun illər NATO-da çalışmış, təxminən qırx illik təcrübəyə malik yüksək səviyyəli kəşfiyyat və təhlükəsizlik məmuru Stephen J. Flanagan dayanır. Qeyd etmək lazımdır ki, Flanagan on il ərzində üç müxtəlif Amerika prezidentinin təhlükəsizlik üzrə müşaviri vəzifəsində çalışıb.
O, RAND-da baş politoloqdur. 1989-1999-cu illər arasında o, Amerika prezidentlərinin xüsusi köməkçisi, həmçinin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Mərkəzi və Şərqi Avropa üzrə direktoru vəzifəsində çalışıb. 2013-2015-ci illər arasında o, təhlükəsizlik siyasəti üzrə strategiya məsələlərində aparıcı mütəxəssis (MTK) olub.
S.Flanaqan son illərdə xüsusilə Türkiyə, Rusiya, NATO və Qara dəniz təhlükəsizlik strategiyaları üzərində işləyir. Çap olunan altı kitabın müəllifidir.( istinad)
Stephen Larrabee RAND-da “Avropa Təhlükəsizliyi” sektorunun rəhbəridir. O, ABŞ Milli Təhlükəsizlik Şurasında Sovet-Şərqi Avropa münasibətləri üzrə ekspert kimi çalışıb. Onun Rusiya, Balkanlar, Ukrayna və Türkiyə ilə bağlı əsərləri xüssusi ilə diqqəti cəlb edir. O, Türkiyə ilə bağlı bir çox hesabatlara da imza atıb: “Problemli Tərəfdaşlıq: Qlobal Geosiyasi Dəyişikliklər Çağında ABŞ-Türkiyə Münasibətləri” (2009), “Türkiyənin Kürd Problemi” (2011), “Türkiyə ABŞ-ın Təhlükəsizlik Partnyoru kimi” (2008), “Türkiyədə siyasi İslamın yüksəlişi (2008)”.( mənbə)
Anika Binnendijk-Rusiya və Avrasiya üzrə ekspertdir. O, ABŞ Dövlət Departamentində Siyasət Planlaşdırma Bürosunda çalışıb və Pentaqonun Müdafiə Departamentində xüsusi köməkçi və siyasi məsləhətçi vəzifələrində çalışıb. 2016-cı ildən RAND-da politoloq vəzifəsində çalışır. (mənbə)
Hesabatın hazırlanmasında həmçinin aşağıdakı şəxslər də iştirak ediblər: Yaxın Şərq və İsrail üzrə ekspert Şira Efron, İran eksperti Ceyms Hubler, beynəlxalq təhlükəsizlik və terrorizm üzrə ekspert Maqdalena Kirçner, ərəb dünyası eksperti Ceffri Martini, Xarici Əlaqələr Şurasının üzvü Katherine Costello və müdafiə eksperti Peter A. Wilson.( mənbə)
Qeyd etməliyik ki, “RAND Corparartion”un Türkiyə ilə bağlı olan bu Hesabatı ABŞ-ın Milli Təhlükəsizlik Şurası kimi ən yüksək orqanlarında çalışmış yüksək səviyyəli kəşfiyyat rəhbərləri və təhlükəsizlik ekspertləri tərəfindən hazırlanmış hərtərəfli strategiya sənədidir.
Hesabatda nələrin olduğuna gəldikdə isə bildirməliyik ki, hesabat kifayət qədər əhatəli hazırlanıb və Türkiyəni hərtərəfli əhatə etməyə çalışan, regiona dəfələrlə səfər edən 10 mütəxəssisin rəyləri ilə araya ərsəyə gəlib. Hesabat təxminən 9 fəsil, 243 səhifədən ibarətdir.
Bu fəsillərin ən çox qalmaqala səbəb olan hissəsi isə “Türkiyə dönüş nöqtəsindədir” adlı ikinci fəslidir ki, burda ölkə haqqında ümumi qiymətləndirmə aparılıb. Bu fəsildə insan hüquqları, hərbi və mülki obyerktlərin qorunma ölçüləri, millətçiliyin diskriminasiya kimi yayılıb yayılmaması, keçmişdə olan və yeni yanaşma mexanizmlərinin yaratdığı təhlükəsizlik təhdidləri, xarici siyasət və “sıfır problem siyasətindən dəyərli tənhalığa” kimi dəyişən yeni təhlükəsizlik siyasətlərindən bəhs edilir.
Digər bölmələrdə Türkiyənin İran və İraqla əlaqələri, Türkiyənin ərəb dünyası ilə əlaqələri, Türkiyə-İsrail əlaqələrinin gələcəyi, Türkiyənin Rusiya siyasəti və Rusiya ilə münasibətləri, Türkiyənin Orta Asiya və Qafqaz siyasəti, Türkiyənin Avropa, AB və NATO, Türkiyə-ABŞ tərəfdaşlığı və əlaqələri müzakirə edilib. Bunların hər birinə ayrıca bir fəsil ayrılıb və Türkiyənin hara doğru getdiyi ilə bağlı proqnozlar verilib.
RAND - ın hesabatında Türkiyənin ABŞ, Avropa Birliyi və NATO ilə gələcəyi üçün dörd potensial ssenari müəyyənləşdirilib ki, onları aşağıdakı kimi sadalaya bilərik:
1. “Sərt müttəfiqliyin davam etdirilməsi”. Bu ssenariyə görə Türkiyə sərt müttəfiq olmağa davam edəcək.
Müttəfiqlikdə bəzən tərəddüd etsə də, sonda NATO-nun əməliyyat və siyasətlərinə və bu ittifaqın kollektiv təhlükəsizlik zəmanətlərinə sadiq qalır.
Bu ssenariyə görə, Türkiyənin Avropa və ABŞ ilə münasibətləri qarşılıqlı maraqlar oxunda və böyük fasilələr olmadan idarə oluna bilər.
2- “Demokratiya gəlir” və “Ərdoğan gedir”: 2023-cü ildən sonra bir müxalifət lideri və ya müxalifət koalisiyası Ərdoğanı məğlub etməyi bacararsa və 2017-ci ildə referendumla qəbul edilən konstitusiya dəyişiklikləri geri çevrilərsə, Türkiyə üzünü daha çox Qərbə çevirəcək. xarici siyasət və təhlükəsizlik siyasətində Avropa nəzarətinə geri dönəcək. (Bu ssenariyə görə, əsl demokratiya Ərdoğanın seçki ilə devrilməsidir.)
3- Akrobatika siyasəti. Türkiyə bu ssenariyə görə Qərb dünyası ilə Avrasiya arasında tarazlıq siyasəti yürüdəcək.
Avrasiyada inkişaf etməkdə olan tərəfdaşlar (Rusiya, İran, Çin) və NATO müttəfiqləri ilə münasibətlərini tarazlaşdırmağa meylli olan Türkiyənin bu siyasətləri zaman-zaman qalıcı ola bilər.Bu, Türkiyənin Avroatlantik məkanla Avrasiya arasında balans siyasətini izləyəcəyi yeni siyasi mövqe deməkdir.
4- Avrasiyanın yeni müttəfiqi olmaq. Bu ssenariyə görə, bir gün Avropa ilə ABŞ arasında fərqli siyasətlər qırılma nöqtəsinə çata bilər.
Belə olan halda Türkiyə NATO-dan rəsmən çıxmaq, Avrasiya və Yaxın Şərqdəki tərəfdaşları ilə müxtəlif strukturlar reallaşdırmaq üçün hərəkətə keçəcək. Qərb dünyası və ABŞ ilə daha uzaq və daha gərgin münasibətlərə səbəb olacaq bu vəziyyət bəzi hərbi münaqişə risklərini də bərabərində gətirə bilər.
Xülasə, Qərbin daha dözə bilməyəcəyi bu Türkiyə bir gün münaqişə risklərini özündə daşıyan bir parçalanma yaşaya bilər.( mənbə)
Araşdırmalarımız zamanı RAND Corporationun hazırladığı bu hesabatda Türkiyə ilə bağlı bir sıra təhriflərin olduğunu və qərəzli cümlələrdən istifadə edildiyini müəyyənləşdirdik. Məsələn, ölkənin qanuni yolla seçilən prezidenti Ərdoğan belə demək mümkündürsə, diktator yerinə qoyulub tənqid olunur; amma FETÖ lideri “könüllü surətdə sürgünə gedən sufi İslam hərəkatının lideri...” kimi təriflənir. Həmçinin, hesabatda Türkiyənin avtoritar quruluşa keçərək millətçi kursa meylləndiyi və bunun da onu “çətin müttəfiq” kimi xarakterizə etmək üçün şərait yaratdığı qeyd olunur.
Hesabatda həmçinin qeyd olunub ki, 2023-cü ildə müxalifət liderləri Ərdoğanı devirərsə və ölkə parlament sisteminə geri dönərsə, bu Türkiyədə demokratiyanın qələbəsi kimi qəbul olunmalıdır.( istinad)
Əslində, bu iddia yeni də deyil. Belə ki, hazırki ABŞ prezidenti Con Bayden hələ seçilməmişdən əvvəl “Biz Ərdoğanı seçkilərlə devirəcəyik və müxalifət dostlarımızı hakimiyyətə gətirəcəyik." Həmçinin, Baydenin bunun üçün müxalifətin dəstəklənməli və cəsarətləndirilməli olduğunu sözlərinə əlavə etmişdi.( istinad)
Müşahidələrimiz zamanı onu da müəyyənləşdirdik ki, ölkədə Ərdoğana qarşı müxalifətdə birləşən Millət İttifaqının və onların görünməyən tərəfi olan Xalqların Demokratiyası Partiyasının (HDP) bundan sonra hansı addımları atacaqları həmin hesabatda öz əksini tapıb. CHP və altılı masa deyə təbir edilən “Millət İttifaqı” həm seçki kampaniyasında, həm də ondan öncəki ortaq bəyənatlarında “Biz NATO-ya, Qərbə bağlıyıq” – tezisini hər zaman ön plana çıxarıb. “Yeni Əsr” qəzetində yer alan bir analizdə də açıq – aşkar qeyd olunur ki, 15 iyul 2016-cı ildə FETÖ terrorçuları vasitəsi ilə çevrilişə cəhd etdilər. İndi “Millət İttifaqı” üstəgəl HDP koalisiyası ilə buna cəhd edəcəklər. Müxalifət partiyaları 2023-cü ildə Ərdoğanı devirəcəklərini xəyal edirlər. Xahiş edirəm buna sui-qəsd nəzəriyyəsi kimi baxmayın. BÜTÜN BUNLARIN VAŞİNQTONDAN idarə olunduğu açıq-aşkar görünür. ( istinad)
Araşdırmalarımız zamanı “RAND Corporation”nın həmin hesabatında “Problemli müttəfiq” kimi təqdim olunan Türkiyəni zərərsizləşdirmənin yollarını araşdırdıqları diqqətimizi çəkdi. Belə ki, onlar çıxış yolu kimi Ərdoğanı devirmək üçün bir araya gələ bilməyən müxalifətin birləşmək məcburiyyətində olduğunu vurğulayır və qeyd edirlər ki, əgər bu dövrdə Türkiyədə ciddi bir koalisiya ortaya çıxarsa və Ərdoğanı və AKP-ni siyasət səhnəsindən uzaqlaşdırarsa, o zaman 2018 – ci il seçkilərində NATO müttəfiqləri və Avropa İttifaqı ilə əlaqələri canlandırmağı qarşısına məqsəd kimi qoyan qabaqcıl üç partiya (CHP, İyi partiya və HDP) daha novator yanaşma əldə edə bilər. Daha sonra isə bu müxalifət cəbhəsini dəstəkləyərək ABŞ-nin və Qərbin Türkiyəyə münasibəti yenidən müzakirə oluna bilər.( istinad)
Türkiyədə harmoniyada işləyəcəyi hökumət istəyən qərb 14 mayda keçiriləcək seçkilərdən əvvəl bir xaos planı ortaya atıb. Sosial çağırışlarla xalq arasında narazılığı artırılması, bununla da xaos və anarxiya planı üçün əlverişli zəmin yaradılması məqsədini güdən bu qüvvələrin istəkləri hesabatda da öz əksini tapıb. Plan problemlərdən qidalanaraq hökumətə qarşı hərəkat yaratmaq və sonda dəyişmək məqsədi daşıyır.( istinad)
CHP –yə yaxınlığı ilə bilinən, televiziya proqramlarının birində “Bayraktar” PUA - ları oyuncaq adlandıran jurnalist Merdan Yanardağ 2020 -ci ilin sentyabrında “Bir gün” qəzetində yazdığı “Qələbəliyin pisliyi” adlı köşə yazısında “RAND Corporation”-un həmin hesablaşma və çevriliş taktikasına uyğun olaraq “küçələrə hökm edən, ölkəyə də hökm edəcək” – deyərək, Türkiyədəki sol təmayüllü qruplaşmaları silahlanmağa çağırmışdı.( mənbə) Onun bu fikirləri ictimaiyyət tərəfindən tənqidlə qarşılanıb. Belə ki, Vətən Partiyasının sədr müavini Serdar Üsküplü qonaq olduğu bir verilişdə Merdan Yanardağın çox təhlükəli bir rakursdan hadisələrə yanaşdığını bildirib və “Rand Corparation”-un tezisləri ilə hərəkət edən müxalifəti tənqid edib.( istinad)
“Milat” qəzetinin köşə yazarı Ufuk Coşgun təqribən bir ay öncə yayımladığı bir tvitində yenə Mərdan Yanardağın “tele1” kanalında dediyi “Bunu mənim etibarlı mənbədən aldığım məlumat kimi düşünün. Səsvermə bülletenlərində Ərdoğandan başqa namizədlərə veriləcək səslərin silinəcəyi və saat 17:00-dan sonra Ərdoğanın xeyrinə 'Bəli' möhrünün görünəcəyi ilə bağlı iddialar var.” sözlərini əsas kimi göstərərək “Rand Corporation”-un hesabatında deyildiyi kimi, onlar seçkidə uduzacaqları təqdirdə indidən yaradacaqları xaos haqqında bizə ipucu verirlər. Boş yerə narahat olmayın. dövlət heç vaxt ölkədə vətəndaş müharibəsinə icazə verməz.” – yazmışdı. ( mənbə)
Göründüyü kimi,
-Türkiyədə 14 may seçkilərindən sonra baş verə biləcək xaos planı hələ 2020-ci ildə “Rand Corparation”-un bu ölkə ilə bağlı hesabatında qeyd olunub və hal – hazırda “Millət İttifaqı” adlanan müxalif qüvvənin bir arada olmasının əsas səbəbi Qərbin həmin tezisləridir,
-Bu kimi təhdidlərin ölkənin aparıcı media orqanları və siyasətçiləri dilə gətirilməsi bu iddianın real olduğunu təsdiqləyir,
-“Millət İttifaqı”nın üzvlərnin israrla Qərb və ABŞmeylli bəyanatlar səsləndirmələri də iddiaların doğru olduğunu deməyə əsas verir.