“YouTube” alqoritmi iqlim dəyişikliyi ilə bağlı dezinformasiya olan videoları önə çıxarır və məzmun yaradıcıları ondan pul qazanırlar.

Bu məzmun ilk dəfə 16 yanvar 2020-ci ildə "Nieman Lab" tərəfindən " YouTube”-un alqoritmi iqlim dezinformasiya videolarını sıxışdırır və onların yaradıcıları bundan faydalanır" başlığı ilə yayımlanıb.

“YouTube” videosunda reklam görünəndə, adətən videonu istehsal edən şəxs reklam gəlirinin 55, “YouTube” isə 45%-ni alır. Bu, məzmun yaradıcılarına, işlərinə görə kompensasiya vermək üçün hazırlanmış bir sistemdir.

Lakin videolarda məsələn, iqlim dəyişikliyi ilə bağlı dezinformasiya olduqda, onlar mahiyyət etibarı ilə daha çox dezinformasiya yaratmağa təşviq edirlər. Eyni zamanda, “YouTube”-da reklam verən brendlərin reklamlarının harada göründüyü barədə heç bir fikri yoxdur.

Dərc olunan hesabatda qeyri-kommersiya ictimai fəallıq təşkilatı “Avaaz”, “YouTube”-un iqlim dəyişikliyi ilə bağlı dezinformasiyadan ibarət videoları nə dərəcədə artırdığını hesablayıb. “Avaaz” 5000-dən çox video topladıqdan sonra "qlobal istiləşmə" ilə bağlı axtarış nəticəsində müvafiq təkliflərdəki 100 videodan 16-da dezinformasiya olduğunu aşkar edib. “İqlim dəyişikliyi” axtarış termini ilə axtarışlar üçün nəticələr bir qədər yaxşı olub (9%). Açıqca dezinformasiya tapmaq məqsədi daşıyan “iqlim manipulyasiyası” üçün axtarışlar daha pis nəticə verib (21%).

Yanlış məlumat ehtiva edən videolar eyni axtarış şərtləri üçün görünən digər videolardan daha çox baxış və daha çox bəyənmə əldə edib (axtarışdan asılı olaraq orta hesabla 20-90%-ə qədər).

“Avaaz” apardığı araşdırmalar nəticəsində iqlim dəyişikliyi ilə bağlı dezinformasiyanın əks olunduğu videolarda reklam edilən 108 fərqli brend müəyyən edib. Qəribədir ki, bu reklamların 1/5-i “yaşıl və ya etik brend” olan “Greenpeace” və ya “World Wildlife Fund” kimi təşkilatlara aiddir. Bu və bir çox digər brendlər “Avaaz”a bildiriblər ki, reklamlarının iqlim dəyişikliyi ilə bağlı dezinformasiyadan ibarət videolarda göründüyündən xəbərsizdirlər.

“YouTube”-un video tövsiyələrinin insanların platformada izlədiklərinin 70%-ni təşkil etdiyini nəzərə alsaq, “Avaaz” əsl günahkar kimi “YouTube” alqoritmlərini göstərir.

Hesabatda deyilir: “İqlim dəyişikliyi ilə bağlı dezinformasiyanın olduğu kiminsə baxdığı və ya bəyəndiyi hər bir video oxşar məzmunun həmin şəxsə tövsiyə edilməsinə səbəb olur və izləyicini dezinformasiya qabarcığına salır”.

“YouTube” bir il əvvəl sui-qəsd nəzəriyyələri və ya dezinformasiyadan ibarət videoların sayını azaltmaq üçün alqoritmini dəyişdirəcəyini söylədi. Amma fərdi sübutlar bu istiqamətdə çox az irəliləyiş olduğunu göstərir.

 Əsl narahatlıq ondan ibarətdir ki, “YouTube” 13-17 yaşlı yeniyetmələr arasında ən çox istifadə edilən platformalardan biridir və yeniyetmələr dezinformasiyanı aşkar etməkdə çox təcrübəli deyillər. Ötən il “Stanford” araşdırması göstərdi ki, "tələbələrin 96 faizi iqlim dəyişikliyi ilə bağlı bir vebsayt ilə mədən yanacaq şirkəti arasındakı əlaqənin vebsaytın etibarlılığına necə təsir edə biləcəyini düşünmür".

Keçmişdə “YouTube” videoların altına məlumat qutuları əlavə etməklə iqlim dəyişikliyi ilə bağlı dezinformasiyanı azaltmağa çalışıb. Bununla belə, “Avaaz” qeyd edir ki, bu qutular tez-tez iqlim dəyişikliyi ilə bağlı ümumi terminlər haqqında “Vikipediya” məqalələrinə gətirib çıxarır və videolarda dezinformasiyanın olduğunu göstərmir.

“ Popular Information”-a verdiyi açıqlamada “Google” "tövsiyə sisteminin xüsusi fikirlərə əsaslanan videoları və ya kanalları filtrləmək və ya aşağı salmaq üçün nəzərdə tutulmadığını" bildirib. Şirkət, həmçinin əlavə edib ki, o, "məhdud məzmunu və zərərli dezinformasiyanı ehtiva edən videolar üçün tövsiyələri azaltmağa və bu yöndə “YouTube” rəsmilərinin fəaliyyətlərini genişləndirməsinə önəm verir".

“Google”, iqlim dəyişikliyi ilə bağlı dezinformasiya olan videoların "zərərli dezinformasiya" hesab edildiyini, lakin “Avaaz” tərəfindən qeyd edilən bəzi videoların belə olmadığını iddia edib. Məsələn, “Google”, “Fox News”dan iqlim dəyişikliyi ilə bağlı dezinformasiyanın yer aldığı bir videonun, siyasi və elmi mövzuda ictimai müzakirənin məqsədəuyğun olduğunu bildirib.

“Avaaz”ın “YouTube” üçün dörd tövsiyəsini təqdim edirik:

* İqlim dəyişikliyi haqqında dezinformasiyadan ibarət videoları rahat şəkildə təbliğ edən, iqlim dəyişikliyi ilə bağlı dezinformasiyanın olduğu aşkar edilən videoların tövsiyə alqoritmindən silinməsi və onları dərc edən insanların pul qazanmasının qarşısını alın.

* Monetizasiya siyasətlərinə dezinformasiya daxil edin və reklamçıların iqlim dəyişikliyi ilə bağlı dezinformasiya olan videolarda reklam göstərməməsini təmin edin.

* Onlara dezinformasiya olan videoları yoxlamaq imkanı vermək üçün fakt yoxlayıcılarla işləyin. Bununla belə, “Avaaz” onu da bildirir ki, videoları silməyi məsləhət görmür, çünki bu, ifadə azadlığına ziddir.

* Yanlış məlumat ehtiva edən məzmuna baxış sayı və bunların neçəsinin alqoritmlə əlaqəli olduğu barədə məlumatları paylaşın.