Cəmil Həsənli mediada Çin universitetlərinin təbliğatının aparılmasını tənqid edib.

O, “Facebook” hesabında yazıb ki, Prezident İlham Əliyevin bu yaxınlarda Çinə etdiyi səfər fonunda aparılan bu təbliğat “tamamilə yanlış və zərərlidir”.

C.Həsənli vurğulayıb ki, çinlilər öz uşaqlarını yüksək səviyyəli təhsil almaq üçün Qərb, xüsusən də ABŞ universitetlərinə göndərir: “Deməli onlar öz uşaqlarını daha yaxşı təhsil almaq üçün Harvard, Prinston, Kolumbiya, Stenford, Berkeley, Yeyl, Oksford, Kembric, LSE, Sarbon, Humbolt universitetlərinə göndərəcək, biz də öz gənclərimizi Çin universitetlərinə. İş gəlib o yerə çatıb ki, Azərbaycanda “Erasmus” təhsil proqramını qapadıb, Çin universitetlərini təbliğ edirlər. Faciədir. Anlamazlıqdır. Nadanlıqdır”, - deyə o, qeyd edib. 

Faktyoxla Lab. Çindəki ali təhsil müəssisələrinin reytinqini araşdırıb. 

Əvvəlcə, ümumiyyətlə dünya universitetlərinin reytinq sıralamasının tərtib olunması metodologiyası haqda qısa informasiya verək.

Dünyanın tanınmış ali məktəblərinin reytinq cədvəli bir sıra obyektiv və subyektiv amillər (məsələn, proqramların keyfiyyəti, elmi tədqiqat və əsərlərin elmi çəkisi, qəbul tələbləri, tələbələrin müəllimlərə nisbəti, maddi və tədris bazasının inkişaf xərcləri, tələbə sorğusu məlumatları bazası, məzunların karyera perspektivləri və s.) əsasında ekspert tərəfindən verilən qiymətləndirmə ilə tərtib olunur.

Reytinqlərdə daha yüksək yerlər tutmaq təhsil müəssisələrinin inkişafını stimullaşdırır, daha perspektivli tələbələri cəlb etmək imkanı qazandırır, maliyyələşdirməni (təqayüd verənlərin marağı)  və tədqiqat səviyyəsini artırmaq imkanı verir.

Universitetlərin ilk reytinq sıralaması 1983-cü ildə ABŞ-də və 90-cı illərin əvvəllərində isə Böyük Britaniyada tərtib olunmağa başlayıb. 2003-cü ildən isə dünya universitetlərinin illik reytinq sıralanması -  ARWU (adətən Şanxay reytinqi adlandırılır-red.) dərc edilir.   

İllik tərtib olunan universitet reytinqlərinin sayı çoxdur. Hər bir reytinq tərtibatçısı özünəməxsus metodologiya və fərqli kriteriyalar əsasında iş görürlər. Reytinqlərin əsas növləri:

- Qlobal – bütün dünya universitetlərini müqayisə edən tanınmış reytinq siyahıları var: “QS” (Quacquarelli Symonds), "Times Higher Education” (THE), ARWU (Şanxay), U.S.News və s.;

- Regional- konkret regiona aid ali məktəbləri qiymətləndirir. Məsələn, Asiya, Avropa və s;

- Milli (ölkələrə görə) – konkret ölkənin təhsil müəssələrini analiz edir. Misal üçün, Böyük Britaniya üçün, “Times” (Good University Guide), “Guardian” (The Guardian University Guide), “Independent” (The Complete University Guide), ABŞ üzrə U.S News və digərləri mövcuddur;

- Sahəvi-ixtisaslar üzrə: QS reytinqi (Quacquarelli Symonds) bu qəbildəndir. Sahələrə gəldikdə isə, misal üçün, “Taylor Nelson Sofres” və “TNS Global Survey”- qonaqlama, “Fashionista”, “Business of Fashion” və “Domus” moda və dizayn, Karneqi Fondu isə tədqiqat institutları üzrə ixtisaslaşıblar.

- Biznes-məktəblər: “FT (Finansial Times) reytinqi”;

- Tələbə sorğuları əsasında tərtib olunan ən tanımış reytinq cədvəli isə ildə 3 milyon tələbə arasında keçirilən rəy sorğuları əsasında formalaşan “International Student Barometer”-dir.

Ekspertlər reytinqləri necə tərtib edirlər?

Reytinqin nəticələri və onların gücünün qiymətləndirilməsi kriteriyaları müxtəlifdir. Qiymətləndirmədə ekspert kimi akademik cəmiyyət, tələbələr və işəgötürənlər çıxış edirlər. Məsələn, “THE” (Times Higher Education) reytinqi 43 ölkədən 250 ali təhsil müəssisəsindən məzun olanların ilk ildə ixtisaslarına uyğun iş tapdıqları şirkət, müəssisə rəhbərlərinin (işəgötürənlər) rəyi əsasında formalaşır. İşəgötürənlər ən bacarıqlı və perspektivli gənc mütəxəssisləri yetişdirən universitetlərə səs verirlər.

Əvvəlcə, onu qeyd etməliyik ki, Çin Xalq Respublikasındakı 10 universitet “Times Higher" Dünya universitetləri Təhsil reytinqi” (THE,  Times Higher Education World University Rankngs) 2025-ə əsasən ilk 160-a daxildir və bunlardan ikisi 12, 14-cü yerləri tuturlar. timeshighereducation 

 

Arayış: Times Higher Education” (THE)

“Times Higher Education” elmi jurnalının reytinq qiymətləndirməsi 80 ölkəni əhatə edir. “THE” reytinqə görə ali məktəblər aşağıdakı kriteriyalarla qiymətləndirilir:

• Akademik mühit

• Xarici müəllim və tələbələrin sayı

• Təmsilçilərin istinad indeksi (Elmi sahədə qəbul edilmiş alimin əsərlərinin əhəmiyyətinin göstəricisi, tanınmış elmi dövri nəşrlərdə həmin alimin məqalələrinə istinadların sayıdır)

• Ali məktəbin tədqiqat gücü

• Biznes üçün innovasiyalar

“Tsinghua”Pekin Universitetləri 2025- ci il reytinqinə görə bu il Çinin ən yaxşı iki universiteti sayılır. usnews

“Tsinghua” Universiteti “Ən Yaxşı Qlobal” Universitetlər sıralamasında 2024 -cü ildə “THE” reytinində 12-ci yerdə, 2025-ci ildə isə “US News-Best Global Universities” reytinqində 16-cı yerdə qərarlaşıb.  

Arayış. “US News — Best Global Universities”

1983-cü ildən etibarən əvvəl kollecləri, daha sonra universitetləri qiymətləndirməklə tanınıb. ABŞ-nin tanınmış xəbər agentliyi olan “US News” 2014-cü ildən dünyanın 81 ölkəsindəki 1500 universiteti illik qiymətləndirməyə başlayıb. Habelə ayrıca olaraq 5 regional və 28 fənn reytinqi də mövcuddur.

Qiymətləndirmədə əsas kriteriyaları: tədqiqat gücü, akademik nəşrlər, ən çox istinad edilən məqalə sayı

“Tsinghua” Universiteti Pekinin şimal-qərbindəki Haidian rayonunda yerləşir. 1911-ci ildə yaradılıb. Onun 20 iki illik kolleci və 54 fakültəsi var ki, tələbələr həmin fakültələrdə incəsənət, iqtisadiyyat, təhsil, mühəndislik, tarix, idarəetmə, tibb, hüquq, ədəbiyyat, fəlsəfə və sosial elmlər üzrə təhsil alır. O, öz ənənəvi memarlığının çox hissəsini qoruyub saxlayır, Qərb üslubunda tikilmiş bir çox bina ilə yanaşı, kampusdakı (tələbə şəhərciyi – red.) tarixi Amerika təsirini əks etdirir. Təhsildən kənar həyat baxımından universitetin elm və texnologiya, idman, incəsənət və ictimai rifahı əhatə edən 110-dan çox tələbə birliyi var. İki Nobel mükafatçısı, fiziklər Tsung-Dao LiChen Ning Yang da daxil olmaqla, siyasət, akademik və sənaye sahəsində bir çox uğurlu insanlar “Tsinghua” Universitetini bitiriblər.

Əsas tədris dili Çin dilidir, baxmayaraq ki, bəzi magistr dərəcələri ingilis dilində təklif olunur. Məsələn, Universitetdə Çin siyasəti, xarici siyasət və beynəlxalq münasibətlər, maşınqayırma, qlobal biznes jurnalistikası üzrə ingilis dilində tədris olunan magistr proqramları var. Təhsil haqqı dərəcə proqramına və tədris dilinə görə dəyişir. Universitetdə 100 fərqli ölkədən tələbə təhsil alır ki, onların əksəriyyəti Asiya və Avropa ölkələrindəndir.

Son bir ildə universitetin çinli olmayan tələbələrinin 41 faizi bakalavr, 29 faizi magistr, 9 faizi doktorant, qalanları isə daha qısamüddətli proqramlarda iştirak edib. “Tsinghua” Universitetində həm bakalavr, həm də magistr tələbələri üçün yataqxanalar mövcuddur.  

Ölkənin əsas reytinqli universitetlərindən olan Pekin Universiteti isə “Dünya universitetlərinin reytinq üzrə 2024” siyahısına görə 47, “Dünya Universitet Reytinqləri 2025” sıralamasına görə 13-cü, “QS World University Rankings 2025”-də 14-cü yerdədir. 1898-ci ildə qurulan və ilk olaraq Pekin İmperator Universiteti kimi tanınan Pekin Universiteti Çin tarixində ilk milli universitet olub və yarandığı gündən Çində aparıcı ali təhsil və tədqiqat müəssisəsi sayılıb. 

Arayış. “QS World University Rankings”

Britaniyanın “Quacquarelli Symonds” (QS) şirkəti tərəfindən hazırlanır, 46 istiqamət üzrə illik olaraq tərtib edilir. Bu reytinqə görə universitetlər aşağıdakı kriteriyalara görə qiymətləndirilirlər:

• Ali məktəbin akademik mühitdə nüfuzu;

• Hər bir müəllimin bacarıq indeksi

• Tələbə/müəllim nisbəti

• İşəgötürənlər arasında nüfuz

• Xarici müəllimlərin faiz göstəricisi

• Xarici tələbələrin faiz göstəricisi

Reytinqdə iştirak etmək üçün, universitet bakalavr və ən azı 2 geniş fənn istiqaməti üzrə (hüququ və biznes, sosial təlim və incəsənət, mühəndis işi və texnologiya) post-diplom proqramı təqdim etməlidir. Son illərdə QS reytinqində mütləq qalib ABŞ və Böyük Britaniya universitetləri olur.

Tarixi boyu Pekin Universiteti biliyin inkişafında və cəmiyyətin məhsuldarlığının artırılmasında əhəmiyyətli rol oynayıb. Bu universitetdə təhsil almış görkəmli alimlər, siyasətçilər, sahibkarlar və novatorların nəsilləri Çinin modernləşdirilməsini dərindən formalaşdırıblar və ölkənin inkişafında öncül olmağa davam edirlər. Bundan başqa, 2018-ci ildə yaranmasının 120-ci ildönümünü qeyd edən Pekin Universitetinin 2019-cu ildə “BULUDLAR” (Yaradıcılıq, Liderlik, Açıqlıq, Unikallıq, Müxtəliflik və Formalaşdırma məqsədlərinin qısaldılması) kimi xarakterizə olunan Qlobal Mükəmməllik Strategiyasını işə alıb. timeshighereducation

Universitet bakalavr təhsili üçün 93 ixtisas, ikinci bakalavr pilləsi üçün 2 ixtisas, magistrlər üçün 199 ixtisas və doktorantura namizədləri üçün 173 ixtisas üzrə 30 kollec və 12 şöbədən ibarətdir. Universitet hələ də fundamental elmlərə diqqət yetirməklə yanaşı, tətbiqi elmlərin inkişafına da xüsusi önəm verir. Hazırda Pekin universitetində 216 tədqiqat institutu və tədqiqat mərkəzi, 2 böyük milli mühəndislik tədqiqat mərkəzi, 81 əsas milli fənlər və 12 digər sahələr üzrə fundamental laboratoriya var. topuniversities

 

2024-cü il sıralamasına görə 20000 universitet arasında 78-ci, “QS World University Rankings 2025”-də 39-cu yerdə olan Fudan Universiteti Çinin Şanxay şəhərində yerləşir. 1905-ci ildə yaradılıb və ilk olaraq Fudan İctimai Məktəbi adlandırılıb. 1917-ci ildə isə özəl universitet statusu alıb. Bu gün Fudan Universiteti bütün bakalavrların təxminən 15%-ni təşkil edən əcnəbi tələbələrlə birlikdə 30.000 civarında böyük tələbə kontingentinə malikdir.

Universitet incəsənət, humanitar və elmlər üzrə 70 bakalavr proqramı təklif edir və beynəlxalq dünyagörüşünə malik olmaqla fəxr edir. Universitetin bir sıra kursları ingilis dilində tədris olunur və təhsil müəssisəsi 200-ə yaxın xarici universitetlə qlobal əlaqələrə və mübadilə proqramlarına malikdir. Ali təhsil müəssisəsində xaricdə təhsil proqramları təşviq edilir, bakalavrların 40%-i beynəlxalq mübadilələrə başlamağı seçir.

Universitet akademik təhsilin xarakterin fərdi inkişafı, müxtəlif mədəniyyətlərin dərk edilməsi və müstəqil tədqiqat metodlarının öyrədilməsi ilə birləşdirildikdə ən təsirli olacağı inancına əsaslanan bir etika ilə təhsilə liberal yanaşmasını tətbiq edir. Bu məqsədlərə çatmaq üçün Fudan Universitetində mühazirə və konfranslarda ideologiya və mədəniyyəti birləşdirən innovativ tədris yanaşmasını mənimsənilib, bu mühazirələrin əksəriyyəti internetdə açıq şəkildə yayımlanır.

Araşdırmalarımız zamanı müəyyənləşdirdik ki, Universitet öz tələbələrinə layihələri ilə kömək etmək üçün bir sıra təşəbbüslərə malikdir. Məsələn, Universitetin bakalavr təhsili üzrə akademik tədqiqat üçün maliyyə yardımı platforması hər il 500 tələbəyə öz müstəqil akademik tədqiqatlarını maliyyələşdirməkdə kömək edir. Bundan başqa, bu ali təhsil müəssisəsinin Magistr Tədqiqat İmkanları Proqramı (FDUROP) tələbələrə öz ideyalarını nümayiş etdirmək imkanı yaradır. (mənbə)  

Bir məqamı da qeyd edək ki, 2000-ci ildə Şanxay Tibb Universiteti ilə birləşmədən sonra yeni Fudan Universiteti formalaşıb. 4 əsas kampusa bölünən təxminən 2.500.000 kvadrat metrlik sahəyə malik olan bu ali təhsil ocağına Handan (“Wujiaochang” bölgəsindəki əsas kampus), “Fenglin”, “Jiangwan” və “Zhangjiang”, 11 geniş mövzu sahəsini təklif edən 35 kollec və fakültə, 5 dövlət səviyyəli əsas laboratoriya, 29 tədqiqat laboratoriyaları, xəstəxanalar və 5,5 milyondan çox kitab və saysız-hesabsız rəqəmsal resursu özündə birləşdirən kitabxanalar daxildir. topuniversities

Qeyd etmək lazımdır ki, dünya reytinq sıralamasında 47-ci yerdə qərarlaşan “Zhejiang” Universiteti, 52-ci yerdə olan “Şanxay Jiao Tong” Universiteti, 53-cü yerdə olan Çin Elm və Texnologiya Universiteti, 65-ci yerdə olan “Nanjing” Universiteti, 134-cü yerdə qərarlaşan “Vuhan” Universiteti,146-ci yerin sahibi Pekin Normal Universiteti və 152-ci yerdə qərarlaşan Harbin Texnologiya İnstitutu kimi ali təhsil ocaqları da ABŞ-nin və Qərbin bir sıra qabaqcıl təhsil ocaqları ilə sıx əməkdaşlıq edir və tələbə mübadilə proqramları həyata keçirirlər. (mənbə)

Məsələn, “Nanjing” universitetində Cons Hopkins Universiteti ilə əməkdaşlıq edən Çin və Amerika Tədqiqatları Mərkəzi də daxil olmaqla bir neçə əməkdaşlıq institutu yaradılıb

Vuhan Universiteti Böyük Britaniya, ABŞ, Fransa, Almaniya, İrlandiya, Rusiya, Yaponiya, Cənubi Koreya, Honq-Konq və bir çox digər ölkələrdəki bir çox tərəfdaş kollec və universitetlərlə qarşılıqlı mübadilə proqramları həyata keçirir ki, bu barədə ali təhsil müəssisəsinin rəsmi veb-səhifəsindən məlumat əldə etmək olar.  

Universitet reytinqlərini müəyyən edən digər bir metodologiya Şanxay Dünya Universitetlərinin Akademik Reytinqi (ARWU- Academic Ranking of World Universities) adlanır. Adının Çinin Şanxay şəhəri ilə eyni olması heç də öz universitetlərinin daha çox irəli çəkilməsi anlamına gəlmir. Bu, ARWU-nun 2024-cü il üçün bütün dünya universitetləri ilə bağlı hazırladığı reytinq cədvəlidir.

Bu isə həmin meyarlara uyğun gələn Çin universitetlərinin siyahısıdır.

Arayış. Şanxay Dünya Universitetlərinin Akademik Reytinqi (ARWU- Academic Ranking of World Universities) 2003-cü ildən “Shanghai Ranking Consultancy” Agentliyi tərəfindən dərc olunur. 1200 universitet analiz edilir, bunlardan yalnız 500-ü haqda məlumat verilir. ARWU daha çox sonradan elmi karyerasını davam etdirən məzunların təhsil aldığı universitetlərə fokuslanır.

Şanxay reytinqinə görə ali məktəblər aşağıdakı kriteriyalarla qiymətləndirilir:

• Nobel mükafatı və “Filds medalı” alan məzunların sayı (reytinqə +10% təsiri var);

• 21 geniş dissiplinar sahədə ən çox istinad edən tədqiqatçıların sayına görə (+20% təsiri var);

• ”Nature” və ”Science” jurnallarında dərc edilmiş məqalə sayına görə (+20% təsiri var);

• Genişləndirilmiş elmi istinad indeksi və “Web of Sceince”-in sosial elmlər üzrə istinad indeksində ən çox qeyd olunan işlərin sayına görə (+20% təsir edir)

• Hər bir şəxs üçün universitetin akademik məhsuldarlığına görə (+10% təsiri var)

Göründüyü kimi,

- Cəmil Həsənlinin Çinin ali təhsil müəssisələri haqqında səsləndirdiyi fikirlər həqiqətdən uzaq, qərəzli, siyasi məqsədlər daşıyır;

- Qərbdən maliyyələşən bir şəxs olaraq, onun Çinlə bağlı hər zaman “araşdırmalar” aparması və Qərb-Çin qarşıdurması fonunda bu cür açıqlama verməsi “anlaşılandır”;

- Bu ölkənin ali təhsil müəssisələrindən 10-u dünyanın 20000 universiteti arasında ilk 160-a daxil olmağı bacarıb;

- Çin universitetlərində təhsil səviyyələri yüksəkdir və dünyanın bir sıra qabaqcıl təhsil ocaqları ilə qarşılıqlı təhsil mübadilələri həyata keçirilir.