Uzun müddətdir sosial mediada 12 yaşlı əfqan qızın satışa çıxarıldığı fotosu paylaşılır. Bu ürəkağrıdan fotoya maraq və diqqət böyükdür. Paylaşımlarda hətta qadın hüquq müdafiə təşkilatları, uşaq hüquq müdafiə təşkilatlarına çağırışlar edilir, tədbir görülməsi istənilir. Həmin paylaşımlardan bir neçəsini təqdim edirik.
Fotonun əsli budur:
Türkiyə sosial şəbəkə istifadəçilərində bu foto daha dərin iz buraxıb.
Bu profil sahibi yazır ki, anasını, bacısını, yoldaşını Əfqanıstdanda qoyub qaçmış kişilərin ana, bacı və xanımları "Taliban bazarında" satışa çıxarılıb.
Ukrayna mətbuatı da bu mövzuda bacardığını nümayiş etdirib, hətta azyaşlını terror törətməkdə günahlandırıb.
Azərbaycan mediasında da oxşar məlumatlar yayılıb.
Faktyoxla Lab. məlumatın həqiqiliyini araşdırıb.
Araşdırma nəticəsində bəlli oldu ki, sözügedən foto 18 may 2011-ci ildə Əfqanıstanda NATO əleyhinə etirazlar zamanı çəkilib. Bu etirazların səbəbi 17 may 2011 -ci ildə Əfqanıstanın şimalındakı Talokan şəhərində NATO qüvvələrinin təşkil etdiyi əməliyyatda iki qadın və iki kişi olmaqla dörd nəfərin öldürülməsi idi. NATO-nun rəhbərlik etdiyi qüvvələr basqın zamanı ölənlərin silahlı üsyançılar olduğunu bildiriblər. Independent -in məlumatına görə, NATO -ya qarşı şiddətli etiraz aksiyalarında 4 -ü mülki olmaqla 12 nəfər ölüb, 80 nəfər yaralanıb. Takhar əyalətinin səlahiyyətliləri, əyalətin paytaxtı Taloqanda 2000 -dən çox nümayişçinin polislə toqquşduğunu bildirib.
Aksiya ilə bağlı xəbərlərdə fotonun mənbəyi "Reuters" xəbər agentliyi olaraq göstərilir. Qeyd olunur ki, foto "Reuters" -in foto arxivindədir və Vəhdət Əfqan adlı bir fotoqraf tərəfindən çəkilib.
Fotonun təsviri isə belədir:
"Ailə üzvləri NATO və Əfqanıstan qüvvələrinin basqını nəticəsində bir gecədə öldürülən bir əfqan qızı, 18 May 2011 -ci ildə Taloqandakı etiraz zamanı ağlayarkən üzünü örtdü. Yüksək bir səhiyyə işçisinə görə, iki qadın və iki kişinin ölümünə səbəb olan basqından sonra keçirilən etiraz aksiyalarında 10 nəfər ölüb, 50 -dən çox adam yaralanıb.
Atəşi açan Koalisiya qüvvələrində iştirak edən Almaniyanın əsgərlərinin olduğu bildirilir. Bu barədə "Şpigel" geniş foto-reportaj təqdim edib.
"Amerikanın səsi" radiosu da faktı təsdiqləyib. Hətta Rusiya mediası da qeyd edilənlərin doğru olduğunu, NATO əsgərlərinin izdihama atəş açması haqda məlumatın həqiqiliyini bildirib.
Faktları gətirməklə heç də "Əfqanıstanda erkən nikahlar olmur" iddiasını irəli sürmürük. Əfqanıstdan erkən nikah hallarına çox rast gəlinir. UNICEF -in məlumatına görə, Əfqanıstan azyaşlıların ərə verilməsinə görə dünyada 18 -ci yerdədir (572 min). Bundan əlavə, Əfqanıstanda qızların 35% -i 18 yaşından əvvəl, 9% -i isə 15 yaşından əvvəl ailə qurur. UNFPA Əfqanıstan internet saytında uşaq evliliyinə dair məlumatlar belədir:"Uşaq evliliyi qanunsuzdur, lakin Əfqanıstanda yaygındır. Əfqanıstanda qızlar üçün minimum evlilik yaşı 16 və ya 15 -dir, bu da beynəlxalq səviyyədə tövsiyə olunan 18 yaş standartının altındadır. Bu birliklər daha çox kənd yerlərində, xüsusən Pakistan sərhədlərində baş verir”.
Nəticə: Şəkilin Əfqanıstanda hərraca çıxarılan bir qıza aid olduğu iddiası yalandır. Sözügedən fotoşəkildə ailə üzvləri NATO (Almaniya) və Əfqanıstan polisinin etirazçı izdihama atəş açması nəticəsində yaxınlarını itirmiş qızdır. Foto isə 18 May 2011 -ci ildə etirazlar zamanı çəkilib.
Digər iddiaya görə, açıq-saçıq geyimləri ilə diqqət çəkən bu qadınların fotosu da vaxtilə Əfqanıstanda çəkilib.
Həmin fotonun Əfqanıstana aidiyytaının olub-olmadığını araşdırdıq.
Araşdırma nəticəsində bəlli oldu ki, bu foto yeganə foto deyil, bir neçə rakursdan çəkilmiş fotosessiyadır.
Lakin araşdırma nəticəsində bu fotoların fotoqraf Allan Grant tərəfindən "Life" jurnalı üçün çəkildiyi məlum oldu və fotoların jurnalın arxivində saxlanıldığı müəyyən olundu.
Fotolar isə Əfqanıstanda deyil, Kaliforniadakı Beverly Hillsdə çəkilib. Fotolarda diqqət çəkən bəzi detallar dediklərimizi təsdiqləyir.
Nəticə: Paylaşılan bu fotoların 1960-cı illər Əfqanıstanda çəkildiyi iddiası doğru deyil.