“Politico Europe”nin 20 noyabr 2024-cü il tarixində dərc etdiyi “Azərbaycanın Avropaya qaz gambiti - Rusiya üçün yaxşı xəbərdir” adlı məqaləsinə dərhal Azərbaycan rəsmilərininmediasının cavab reaksiyası oldu.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” səhifəsində məqalənin dezinformasiya xarakterli olduğunu, Avropa jurnalistikasının, media standartlarının çökdüyünü qeyd edib. “POLITICO Europe”ın “Avropanın Azərbaycan qaz qambiti Rusiya üçün yaxşı xəbərdir” başlıqlı məqalə dezinformasiyanın çirkin nümunəsindən başqa bir şey deyil. Burada faktların yoxlanılmasında peşəkarlıq görünmür, material dedi-qodu və şayiələr üzərində yazılıb. Avropa jurnalistikasının və media standartlarının belə aşağı səviyyəyə düşməsi, yumşaq desək, utancvericidir. Avropa İttifaqı qlobal media dezinformasiyalarına qarşı xüsusi həssaslıq və narahatlıqla yanaşır. Bu başa düşüləndir! Bəs Avropa mediası saxta xəbərlər və başqaları haqqında yalanlar yaymaqla məşğul olanda reaksiyalar necə olur?”, - Hikmət Hacıyev bildirib.

"Politico"nun Avropa bürosu Azərbaycandan üzr istəmək və saxta məlumatları əks etdirən məqaləsini təkzib etmək əvəzinə, Avropa və dünya ictimaiyyətini çaşdırmaq üçün dezinformasiyalar yaymağa davam edərək 25 noyabr 2024-cü il tarixində “Azərbaycan Rusiya qazını Aİ-yə təkrar ixrac etmir, Brüssel isə təkid edir” adlı ikinci məqaləsini yayıb.

Faktyoxla Lab. Məqsədli saxta xəbər yayan “Politico Europe”nin qərəzli, qeyri-peşəkar və jurnalistikanın təməl prinsiplərinin pozulduğu hər iki məqaləsini araşdırıb.

“Politico”-nun “fake”ləri

1) Saytın hər iki məqaləsində səslənən iddiaları cəmləşdirdikdə ən çox diqqət çəkən ittiham “Azərbaycan Avropa ölkələrinə qaz nəqlini tam yerinə yetirmək üçün “Rusiya qazı”ndan asılıdır və Rusiyadan qaz idxal edir” fikridir.

Məqalənin müəllifi, “Politico”-nun özünə region üzrə ekspert adı vermiş əməkdaşı Qabriel Qavinə izah edirik:

Azərbaycan dövlətlərarası qaz sazişi ilə yaxın qonşuları olan nə Rusiyadan, nə Türkmənistandan, nə də İrandan qaz idxal etməyib və etmir. Enerji şirkətləri öz aralarında kommersiya şərtləri əsasında, yəni enerji müəssisələrinin qarşılıqlı enerji mübadilələri məqsədilə dünyada mövcud olan təcrübələrdən- “swap” (dəyiş-düyüş) və “tollinq” (qarşılıqlı mübadilə) müqaviləri ilə qonşu ölkələrin şirkətlərindən qaz alır və ya geri ötürür. Bu, idxal hesab edilmir və birgə müəssisələrin öz daxili enerji mübadilələridir. Bunu Azərbaycan Prezidenti Rusiya qazının Avropaya satmaqda ittihamlara cavab verərəkən də ətraflı izah edib. Həmin kommersiya mübadiləsi qarşılıqlı olaraq daxili təminatları əvəzləmək xarakteri daşıyır. Sitat:Rusiya qazının ixracı üçün bir növ kanal olmaqda ittiham olunmaq tamamilə ədalətsizlikdir”.

Ona görə də Azərbaycanın Rusiyadan müxtəlif dövrlərdə mübadilə prinsipi üzrə həyata keçirdiyi alış və satışlar idxal çərçivə siyasəti hesab edilə bilməz.

Bəli, Azərbaycan məhz bu mübadilə prinsipi üzrə 2024-cü ilin ötən dövründə Rusiyadan 141,6 milyon kubmetr qaz nəql edib.
Q. Qavinin və onun rəhbərliyinin bunu anlaması lazımdır ki, qəbul edilən qaz həcmi Azərbaycanın ehtiyacları üçün deyil, mövsümə uyğun olaraq (pik hədlərdə) digər ölkələrlə qarşılıqlı mübadilə şəklində aparılan əməliyyatdır.  
Eləcə də Azərbaycan vaxtilə Türkmənistan qazını “swap” (dəyiş-düyüş) tipli müqavilə ilə əməliyyatlar həyata keçirib. Bu isə sadəcə enerji əməkdaşlığının, şaxələndirilmiş enerji siyasətinin bir hissəsidir və daha çox geosiyasi məzmun daşıyır. “Türkmənistan qazı” da “Rusiya qazı” kimi Azərbaycanın yanacaq təminatında heç bir təsiredici amil gücünə malik deyil.

Yeri gəlmişkən, məqalədə əsas iddialardan biri kimi Rusiyanın “Qazprom” şirkəti və Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında ötən illərdə aparılmış mübadilələrə diqqət çəkilir. Söhbət 2022-ci və 2023-cü illdə “swap” öhdəliyi üzrə tərəflərin bir-birinə qış mövsümündə qaz barter etməsindən, yəni Azərbaycanın şimal, Rusiyanın isə cənub regionuna qarşılıqlı mübadilə rejimində qaz verilməsindən gedir. Azərbaycan həmin dövrlərdə Rusiyadan bir milyard kubmetr qaz tədarük edib və bunu 2023-cü ilin yaz-yay mövsümündə qaytarıb

2) “Rusiya qazı” Azərbaycandan Avropaya ötürülür.

İzah edirik:  “Şahdəniz” yatağından çıxan qaz  birbaşa Səngəçal terminalına nəql olunur. Oradan isə yalnız bir çıxış xətti var: TANAP. Bu xətdən Avropaya nəql edilən qaz boru xətti sonradan TAP-la birləşən Cənubi Qafqaz Boru Kəmərilə Aİ-yə çatdırılır. “Qazprom” və SOCAR arasında qarşılıqlı tərəfdaşlıq əsas etibarilə “Şimal-Cənub” layihəsi və Hərtərəfli Elmi-Texniki Əməkdaşlıq Proqramı üzrə nəzərdə tutulub.

Bu isə qazın iki ölkənin regionları üzrə qarşılıqlı mübadilə əsasında aparılmasını nəzərdə tutur. Həmin qazın Azərbaycanın nəql sexminə heç bir aidiyyatı yoxdur. Bunu Avropa Komissiyasının İqlim Fəaliyyəti və Enerji üzrə sözçüsü Tim Makfi də təsdiqləyib, Azərbaycanın son iki ildə Rusiyadan aldığı qazı daxili istehlakı üçün mübadilə etdiyini bildirib. O, Rusiya qazının tədarükü ilə bağlı Bakıya qarşı iddiaların əsassız olduğunu təsdiqləyərək Avropa İttifaqı bazarlarına tədarükü təmin edən Cənub Qaz Dəhlizinin yalnız Azərbaycanın qaz yataqları ilə bağlı olduğunu xatırladıb.

Onu da xüsusi qeyd edək ki, beynəlxalq statusa malik olan bu kəmərlərə və paylayıcı sistemə təkcə Azərbaycan deyil, TAP konsorsiumu, layihənin operatorları, bp kimi nəhəng təminatçılar nəzarət edir. Qazın yataqdan çıxarılmasından başlanmış kəmərlərə nəqli, ölçmə stansiyalarında həcmi və keyfiyyətinin yoxlanılması Cənub Qaz Dəhlizi qrupu (“Cənub Qaz Dəhlizi QSC”) tərəfindən tənzimlənir, o cümlədən qazın mənşə ölkəsinə məxsusluğu və s. məsələlər dəqiqliklə izlənilir, yanacağın hər partiyasının həcmləri və çatdırılması qrafikləri giriş və çıxışda qeydə alınır.

 

Azərbaycan Aİ ilə tədarükün şəffaflığını və sabitliyini nəzərdə tutan uzunmüddətli sazişlər bağlayıb və etibarlı ölkə kimi bu amilə xüsusi diqqət yetirir. Bunu Azərbaycanın partnyorları olan Aİ-nin enerji üzrə nümayəndələri də dəfələrlə etiraf ediblər.

Tim Makfi ötən il də bəyan etmişdir ki, Aİ-nin Azərbaycandan aldığı qaz həcmlərinə Rusiya qazı daxil deyil. Sitat: “Bizim Azərbaycandan əldə etdiyimiz qaz tədarüklərində Rusiya qazı yoxdur. Biz yalnız Xəzər resurslarını idxal edirik”.

Beləliklə, bütün bu tutarlı faktlar Rusiya qazının Azərbaycana idxalı və nəqlötürücü sistemə yönəlməsi barədə iddiaları rədd edir. 

“Politico”nun Azərbaycanın Rusiyadan re-export və ya rus idxal qazı hesabına Aİ-nin qazla təmin edilməsi barədə səsləndirdiyi ittihamların cəfəngiyyatdan başqa bir şey olmadığını təsdiqləyir.

3) Məqalədə qeyd olunan açıq-aşkar saxta məlumatlardan biri də COP29 Sammiti ərzində Azərbaycanın Slovakiya, Bolqarıstan və Serbiya ilə qaz sazişləri imzalaması haqdadır.

COP29 Sammiti ərzində Azərbaycanın imzaladığı sazişlərə diqqət yetirək.

1) Noyabrın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin üçtərəfli görüşü olub. Azərbaycanın, Qazaxıstanın və Özbəkistanın dövlət başçıları “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”i imzalayıblar. İstinad Göründüyü kimi Saziş imzalanıb, amma nəşrin bildirdiyi kimi qaz emalı, istehsalı, nəqli haqda deyil, tamamilə başqa mövzuda- hökumətlər arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqındadır

2) Doğrudur, noyabrın 19-da “SOCAR” və “PowerChina” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb. Amma bildirək ki, bu mövzuda da “Politico Europe”nin əməkdaşlarını sevindirə bilməyəcəyik. Çünki Anlaşma Memorandumu Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafında birgə imkanların araşdırılmasını özündə ehtiva edir. Memorandum günəş və külək elektrik stansiyalarının inşası, inteqrasiya olunmuş ağıllı enerji sistemləri, yaşıl hidrogen istehsalı ilə bağlı layihələrin qiymətləndirilməsi və sərmayə qoyuluşunda birgə səyləri nəzərdə tutur. Mənbə

3) COP29 çərçivəsində “SOCAR Green” MMC, Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Asiya İnkişaf Bankı (ADB) və Asiya İnfrastruktur və İnvestisiya Bankı (AIIB) arasında Azərbaycanda həyata keçiriləcək layihələrin maliyyələşdirilməsi sənədlərin imzalanmasının da qaz sazişlərinə heç bir aidiyyatı yoxdur. Saziş Azərbaycanda iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi haqdadır. İstinad

Nəhayət, ehtimal edirik ki, “Politico”nun saxta iddiasına yalnız SOCAR ilə “IntelliGrid” arasında Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqinə dair imzalanan Saziş uyğun gələ bilər. Amma bu fakt da saxta və yarımçıqdır. Çünki  bu saziş, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “Esyasoft” holdinq və “Presight” şirkətinin birgə müəssisəsi olan “IntelliGrid” arasında “AzəriQaz” İstehsalat Birliyinin bütün xidmət zonasında ən müasir Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqi haqdadır. Bu isə tamamilə başqa mövzudur və “Politico” növbəti saxta məlumat yaymaqla özünü ifşa edib.

Beləliklə, COP29 Sammitində Azərbaycan hökuməti ilə bir neçə ölkə, eləcə də dünyanın ən nüfuzlu şirkətləri arasında yaşıl enerjinin istehsalı, tədarükü və Avropa İttifaqına nəqli üzrə saziş və memorandumlar, habelə Azərbaycanın enerji stansiyalarının alternativ yanacaq infrastrukturunun qurulması və qalıq yanacaq effekti verən texnologiyalardan ayrılması və hidrogen əsaslı yeni texnologiyaların qurulması üzrə mühüm sazişlər imzalanıb. Bütün bu sənədlər yaşıl enerjiyə keçidin əsas sütunlarından biridir. Ən əsası isə odur ki, Azərbaycan COP29-da bu sazişlərin imzalanması ilə yaşıl kabel layihəsinin icrasının stimullaşdırılmasını yaratdı. Özbəkistan, Qazaxıstan və Azərbaycanın öz yaşıl enerji ehtiyatları məhz həmin yaşıl enerji kabeli ilə Avropaya nəql olunacaq. Yəni Azərbaycan Avropanın enerji təhlükəsizliyinin yeni xəttinin də təminatçısına çevrilir.

4) Azərbaycan qazının tükənməsi və bu səbəbdən Avropanın qaz təminatı üçün müxtəlif yollara əl atması haqda deyilənlər də saxta məlumatdır.

Avropa Komissiyasının rəsmisi Tim Makfi qeyd edib ki, Azərbaycan öz resursları ilə Avropya tələb olunan həcmdə qaz tədarükünü tam təmin edir və qarşıdakı illərdə bərpa olunan enerji mənbələri də daxil olmaqla, enerji həcmləri artırılacaq. Anlaşma memorandumu çərçivəsində məqsəd 2027-ci ilə qədər tədarükləri hər il 20 milyard kubmetə çatdırmaqdır
Həmin tələbatı təmin etmək üçün Azərbaycan ehtiyatları kifayət qədər böyükdür. Ölkəmizin qaz ehtiyatları 2,5 trilyon kubmetr həcmində qiymətləndirilir ki, bu da gələcək onilliklər üçün daxili və xarici bazarların sabit təchizatını təmin edir
Ölkənin istehsal gücü ona ildə 50 milyard kubmetrədək qaz hasil etməyə imkan verir ki, bu da yalnız yerli imkanlar hesabına Avropa İtifaqı regionu üçün 2027-ci ilə nəzərdə tutulan 20 milyard kubmetr qazı nəql etməyə imkan verəcək. Yəni Azərbaycanın heç dövlətin idxal qazına ehtiyacı yoxdur və olmayacaq. 

Avropya qaz nəqlinin əsas mənbəyi “Şahdəniz -2” layihəsi üzrə hasilat hər il artır və bu mənbə hazırda 10 milyard kubmetr qazdan əlavə 16 milyard kubmetr qaz hasil edəcək böyük layihədir.


2026-cı ilə qədər Aİ regionuna qazın həcmi məhz bu layihənin resursları hesabına 14 milyard kubmetrə çatdırılacaq.

Hələ 11 il əvvəl, 2013-cü il dekabrın 11-də Prezident İlham Əliyev “Şahdəniz-2” üzrə yekun investisiya qərarının imzalanması mərasimdə bəyan etmişdir ki, Azərbaycanın qaz potensialı 2,5 trilyon kubmetrdən artıqdır. “Şahdəniz”in əlavə ehtiyatlarından başqa Xəzərdə kəşf edilmiş “Abşeron” və “Ümid” yataqları, “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı dərin qaz ehtiyatları, olduqca perspektivli “Şəfəq-Asiman”, “Babək”, “Zəfər-Məşəl“ və başqa strukturlar da ölkəmizin potensialından tam istifadəyə imkan verəcək.

Bu zəngin mənbələr tamamilə imkan verir ki, Azərbaycan Avropa Komissiyası ilə 2022-ci ildə imzaladığı anlaşmada nəzərdə tutulduğu həcmdə - qazın 2027-ci ilə qədər iki dəfə artırılaraq 20 milyard kubmetrə çatdırılması öhdəliyini təmin etsin.

5) Yazıda diqqətçəkən digər saxta məlumat Qubad İbadoğlunun məhz Azərbaycan Rusiyadan aldığı qazı Avropya ötürməsi haqda hazırladığı hesabatdan sonra həbs olunması barədədir ki, bu haqda geniş danışmağa ehtiyac görümürük. İddia tam saxtadır.

6) Bu bolkun yekununda bir məqamı diqqətə çatdıraq ki, açıq mənbələrdə “Politico”nun dəfələrlə saxta məlumat yaymasına rast gəldik.

Misal üçün, 

1-ci fakt “Politico Europe”nin Macarıstanın Rusiyaya qarşı qəbul olunan sanksiyaları bloklaması haqda məqaləsi Macarıstan mediası və rəsmiləri tərəfindən tam təkzib olunsa da, sayt səslənən əks-iddialara əhəmiyyət verməmiş və məqaləni olduğu kimi saxlamışdır.

2-ci fakt: Saytın Rusiya XİN müavini A.Rudenkonun Çin Xalq Respublikasının sədri Si Çzinpinlə görüşməsi haqda məlumatı da saxta xəbər kimi tam təkzib olunub. 

3-cü fakt. “Medium” saytında “Politico”nun ciddi saxtakarlığa yol verməsi haqda qeydə rast gəlirik. Sitat: “Razkrinkavanje” Politico Europe-un bəyanatını "ne drži" və ya "həqiqətə uyğun deyil” kimi qiymətləndirib. Bu, saxta məlumatın yayılması üçün hazırlanmış daha böyük bəyanatın və ya məqalənin bir hissəsidir. Baxmayaraq ki, “Politico” sonradan məqaləyə düzəliş etmiş və qalmaqal yaradan hissəni silmişdir.

Saytın hər iki məqaləsində böyük monipulyasiya jestlərinə rast gəlinir. Bir tərəfdən Azərbaycanda qaz ehtiyatlarının tükəndiyini iddia edən “Politico” digər tərəfdən Azərbaycanı qaz emalını 37 mlrd kubmetrdən 49 mlrd. kubmetrə qaldıracağını deyir. Sonra əlavə edilir ki, istehsalı bu qədər qaldırmaq qalıq yanacaq istehsalını azaltmaqla bağlı qəbul olunan qlobal iqlim məqsədlərinə ziddir. Riyakarlıqla qeyd edilir ki, Aİ Azərbaycanı yeni metan qazının atmosfesrə buraxılmasının qarşısının alınması üçün qəbul olunmuş yeni qərara tabe olmağa məcbur edir. Çünki neft hasilatı zamanı havanın metanla çirkləndirilməsi, qaz hasilatından 84 dəfə çox baş verir. 

“Politico”nun Azərbaycanın qalıq yanacağı, yəni qaz nəqlini Avropaya artırmaqla qlobal iqlim öhdəliklərinə qarşı çıxacağına dair irəli sürdüyü ittihamlar manipulyasiya və saxta məlumatdır. 

(ardı var)

Növbəti yazıda:

- “Politico” ermənilərin “etnik təmizləmə” adı altında təqdim etdikləri manipulyasiya silahını Azərbaycana qarşı necə istifadə edir?

- “Politico”nun əməkdaşı qərəzlidir, yoxsa savadsız?

- Hər iki məqalənin müəllifi Qabriel Qavin Azərbaycana qarşı niyə qərəzlidir?

- Avropalı oxucular “Politico”nun fəaliyyətini necə qiymətləndirirlər?